Almanlara başlarını qaldırmağa imkan verməməliyik

Almanlara başlarını qaldırmağa imkan verməməliyikArgentina millisinin baş məşqçisi Alexandro Sabelya DÇ-2014-ün Almaniya ilə final oyunu ərəfəsində mətbuat konfransı keçirib.

BiG.AZ saytının, "Sport-ekpress"ə istinadən yaydığı xəbərə görə, tədbirə 20 dəqiqə gecikən mütəxəssis suallara qısa cavab verib.

- Finala çıxdığımız üçün xoşbəxtik. Qələbə qazanmaq üçün hər şeyi edəcəyik. Komandamız hazırda mübariz əhval-ruhiyyədədir. Hər bir futbolçu öz ölkəsinə sevinc bəxş etmək əzmindədir.

– Almaniya ilə oyunda sizin üçün ən vacib məqam nə olacaq?

- Almanlara başlarını qaldırmağa imkan verməməliyik. Almaniya adi milli komanda deyil. Onlar planetin ən güclü millilərindəndir. Onların hücumu zamanı sanki üzərinə böyük bir dalğa gəlir. Təhlükə bizi hər mövqedən vura bilər. Almaniyaya qalib gəlmək üçün ideal oyun keçirməliyik. Müdafiədə ciddi oynamalı, hücumda şanslarımızı boşa verməməliyik.

– Siz oyunçularınıza DÇ-2010-da Almaniyaya 0:4 hesablı məğlubiyyəti xatırlatmısınız?

– Son iki çempionatı müqayisə etmək istəmirəm. Dörd il əvvəl olanlar tarixdə qalıb. O zaman mən komandada deyildim, ona görə də yarışa necə hazırlaşdıqlarını bilmirəm. Bir ona əminəm ki, futbolçular qələbə qazanmağı çox istəyiblər. Təəssüf ki, erkən qol onların oyununu "sındırdı". İndi Argentina komandası daha konservativ oyun nümayiş etdirir.

– Mundialdan sonra millinin tərk edəcəyiniz haqda xəbərlər yayılıb.

– Bu haqda hələ fikirləşməmişəm. Hələlik ancaq qarşıdalı finalı düşünürəm.

– Anxel Di Mariya finalda oynaya biləcək?

– Onun durumuna baxacağıq. Hər şey son məşqdən asılıdır. Məşqdən sonra futbolçunun özü və həkimlərlə danışacağıq.

– O fikirlə razısınız ki, finaldakı qələbə Argentina futbolu üçün çox vacibdir?

– Bütün ölkənin arzusu yerinə yetəndə ciddi dəyişiklik baş verir. Bu, Argentinada futbolun böyük sıçrayışı üçün yaxşı bir şansdır. Qələbə gənclərə yeni stimul verə, inkişaf başlana bilər. Bu, ilk növbədə ölkə çempionatına, regional liqalara və uşaq futbol məktəblərinə aid olacaq.

– Argentina azarkeşləri Braziliyanı sevmirlər. Siz mundialda Braziliya millisini qabaqlamaqdan məmnunsunuz?

– Şəxsən mən Braziliyaya həmişə hörmətlə yanaşmışam, onu böyük futbol ölkəsi saymışam. Beş dünya çempionluğu heç kimdə yoxdur. "Marakana"da final oynamaq şərəfdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 938   Tarix: 13 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünya çempionumuz koronavirusa yoluxdu

Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal

31.08.2021 1111
.

Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı

Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda

29.08.2021 1349
.

Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək

İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"

05.09.2021 1542
.

Olimpiya mükafatçısı: "Problemlərimi yumruqlarla deyil, sözlərlə həll etməyi tərcih edirəm"

İrina Zaretskaya - Tokio Olimpiadasının gümüş mükafatçısı, 2018-ci ilin dünya çempionu, 2015-ci ildəki Avropa Oyunları və 2017-ci ildəki İslam Həmrəyliyi Oyunlarının qalibi. Onun həyat şüarı "Nə olursa olsun, yalnız irəli"dir. Həyatının əsas məqsədi isə Olimpiya qızılını qazanmaqdır. -a müsahibəsind

12.09.2021 850
.

"Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq

Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr

02.09.2021 898
.

CAS-ın Nurlan İbrahimovun şikayətinə baxacağı tarix açıqlandı

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq. Dinləmələr oktyabrın 8-nə təyin edilib. Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı "Facebook" hesabında ermənilərlə bağlı paylaşımın

29.08.2021 669
.

DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub. Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşm

04.09.2021 1053
.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

07.09.2021 1468
.

Pele əməliyyat olundu

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

06.09.2021 1378