Argentina və Almaniya milləri haqda bunları bilirdiniz? - ARAŞDIRMA

Argentina və Almaniya milləri haqda bunları bilirdiniz? - ARAŞDIRMAİyulun 13-də Argentina və Almaniya milliləri arasında DÇ-nın final oyunu keçiriləcək.

BiG.AZ saytı, final oyunu və Argentina-Almaniya milliləri arasında baş tutan oyunlar haqda araşdırma edib. Həmin araşdırmanı oxucularımıza təqdim edirik.

Final oynunun nəticəsindən aslı olaraq, Almaniyanın 4-cü, Argentinanın isə 3-cü dəfə kuboka sahib olmaq şansı var. Almaniya üçün çempion olmağın ayrı bir özəlliyi var: Birləşmiş Almaniya heç vaxt dünya çempionu ola bilməyib. Hər 3 qələbə Almaniya Federativ Respublikasına məxsusdur. Alman "maşını" belə bir şansı əldən buraxmaq istəməyəcək. Argentina isə Amerika torpağına arxalanacaq.

Argentinanın qalib olmasını şərtləndirən əsas amil mundialın Amerikada keçirilməsidir. Çünki dünya çempionatı tarixində Amerika qitəsində keçirilən bütün mundiaların qalibi "yerli" yığmalar olublar. Avropalılar həmişə əliboş geri dönüblər. Ancaq "köhnə dünya" Braziliyaya 1 dəfə Avropadan (İsveç, 1958) kubok aparmağa imkan verib. Sonrakı mundiallarda yazılmamış qanuna əməl olunub. "Amerikada keçirilən mundialda heç zaman 2 Avropa komandası finala çıxa bilməz" prinsipi bu il də özünü doğrultdu. Finalda indi Avropa və Amerika təmsilçiləri iştirak edəcək. Bu isə Argentinanın çempion olacağı fikrini möhkəmləndirir.

Bəs, Almaniya? Yəni onun qələbəsini şərtləndirən kənar amillər yoxdur? Diqqətinizə 3 amili çatdırmaq istəyirəm.

Birincisi, mundial hər 4 ildən bir keçirildiyindən oyunlar uyğun olaraq At, İt və Pələng ilinə təsadüf edir.

Bu 3 zodiakın arasında Almaniya üçün ən uğurlusu At ili olub. İndiyədək mundialın 6-sı At ilinə təsadüf edib. Bunun birində (1930) Almaniya mundiala qoşulmayıb. Yerdə qalan 5-nin 4-də finala yüksəlib: 2 dəfə çempion, 2 dəfə də gümüş medalçı olub. Cəmi 1-də (1978) aşağı göstəriciyə (1/4) nail olub.

At ili Argentina üçün də uğursuz olmayıb. Argentina 1954-ci ildə mundiala qoşulmayıb. Yerdə qalan 5 mundialın 3-də finala yüksəlib. Bunların 1-də çempion, 2-sində gümüş medalçı olub.

Bir məsələni də diqqətdən qaçırmayaq. At ilinə (1990) təsadüf edən final oyununda Almaniya Argentina üzərində qələbə çalıb.

Hazırki mundialın da At ilinə təsadüf etməsi Almaniyanın şansını daha da artırır.

İkincisi, finalın Argentinanı sevməyən Braziliyada keçirilməsi də Almaniyaya əlavə üstünlük verir. Biabırçı məğlubiyyətdən sonra üstəlik Argentinanın Braziliya ərazisində çempion olmasını udmaq çətin olacaq.

Üçüncüsü, Almaniya çempionluqdan əvvəlki 2 çempionatda 2-ci və 3-cü yerləri bölüşüb. Məsələn, 1974-ci il qalibiyyətindən əvvəl 2-ci (1966) və 3-cü (1970), 1990-cı il qalibiyyətindən əvvəl isə 2-ci (1982 və 1986) yerləri tutub. Oxşar göstərici 2002-ci (2), 2006-cı (3) və 2010-cu (3) illərdə müşahidə edilib. Deməli, çempionluq yetişib.

Təbii ki, əsas söz oyunçularındır. Sadəcə, yuxarıda sadalananlar indiyədək keçirilmiş oyunlardan çıxan nəticələrdir. Bu qaydalar hər an pozula bilər. Etiraf edim ki, Argentinanın xeyrinə olan yeganə əsaslandırma kifayət qədər güclüdür. Ancaq əgər bir dəfə Braziliya bu qaydanı pozaraq Avropadan kubok gətiribsə, nəyə görə Avropa da onun əvəzini çıxmasın?


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2176   Tarix: 13 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688
.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709
.

Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. -a istinadən xəbər verir ki, bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçünc

07.09.2021 975
.

Ronaldonun yeni klubu rəsmən açıqlandı

"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib

27.08.2021 1027
.

"Qalatasaray"dan ayrılan Falkaonun La Liqa klubuna keçidi rəsmiləşib

Türkiyənin "Qalatasaray" klubundan ayrılan futbolçu Radamel Falkao karyerasını İspaniyada davam etdirəcək. "Report" xəbər verir ki, "Rayo Valyekano" 35 yaşlı hücumçunun transferini açıqlayıb. La Liqa təmsilçisi kolumbiyalı oyunçu ilə imzalanan müqavilənin detalları barəd

05.09.2021 787
.

Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO

Mahir Emreli "Legiya"nı Avropa Liqasının qrup mərhələsinə çıxaran qollara imza atıb. xəbər verir ki, Emreli "Slaviya" (Praqa) ilə qarşılaşmanın 59-cu və 70-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb - 2:1. Mahir Emreli iki oyunda üst-üstə 3 qol, avrokuboklarda isə ümumilikd

27.08.2021 1005
.

Olimpiya mükafatçısı: "Problemlərimi yumruqlarla deyil, sözlərlə həll etməyi tərcih edirəm"

İrina Zaretskaya - Tokio Olimpiadasının gümüş mükafatçısı, 2018-ci ilin dünya çempionu, 2015-ci ildəki Avropa Oyunları və 2017-ci ildəki İslam Həmrəyliyi Oyunlarının qalibi. Onun həyat şüarı "Nə olursa olsun, yalnız irəli"dir. Həyatının əsas məqsədi isə Olimpiya qızılını qazanmaqdır. -a müsahibəsind

12.09.2021 850
.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551