Bu gün bütün kolleclərə ixtisas seçimi başa çatır

Bu gün bütün kolleclərə ixtisas seçimi başa çatırÜmumi orta təhsil bazasında ( 9 illik) orta ixtisas təhsili müəssisələrinə iyulun 2-də başlanmış ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.

BiG.AZ -ın Modern.az-a əsasən verdiyi məlumata görə, ixtisas seçimi internet vasitəsilə həyata keçirilir. İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılırlar. 2014-2015-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar "Abituriyent" jurnalının 3-cü sayında dərc olunub. Abituriyentlər eyni zamanda elektron ixtisas seçimi ərizəsindən keçid etməklə kolleclərə qəbul aparılan ixtisasların siyahısı ilə tanış ola bilərlər.

Qeyd edək ki, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi" yalnız təsdiq edildikdən sonra hüquqi əhəmiyyətə malik olur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1868   Tarix: 10 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040