"Azərbaycana gəlin gəlmək qismət olmadı" - müsahibə

"Azərbaycana gəlin gəlmək qismət olmadı" - müsahibəBugünlərdə Azərbaycandakı istirahət mərkəzlərinin birində konsert verən türkiyəli müğənni Ebru Polat Ailem.az-a müsahibə verib.

BiG.AZ həmin müsahibəni təqdim edir.

- Azərbaycanı çox sevirəm və burda olduğum üçün çox xoşbəxtəm. Bu, Azərbaycanda ikinci konsertimdir. Konsertə bir gün qalmış gəldim və bütün günümü gəzməyə sərf etdim. Burada gəzməli, görməli yerlər çoxdur.

- Azərbaycanda ən çox nəyi sevdiniz?

- İnsanlarını sevdim. Azərbaycanlılar çox qonaqpərvər və nəzakətlidirlər. Nə istəsəm, çox kübarlıqla yerinə yetirdilər. Ən əsas da cömərd olmaqlarıdır. Məsələn, bu gün qadın salonuna getdim. Saç ustası pul almadı, dedi ki, bu saç düzümünü sizə hədiyyə edirəm. Ətrini də hədiyyə etmək istəyirdi. Səhər bir yerdə qəhvəaltı etdim, orda da məndən pul almadılar. Yəni o qədər cömərd və təmiz ürəklidirlər. Ona görə də, azərbaycanlıları çox sevirəm.

- Nə vaxtsa Azərbaycana tətil üçün gəlməyi düşünürsünüzmü?

- Əlbəttə, düşünürəm. Çünki buranı gərçəkdən çox sevirəm. Əslində, Azərbaycanda yaşamağı da çox istəyirəm. Düşünürəm ki, vaxtım olsa, gəlib iki ay yaşasam, çox gözəl olar.

- Azərbaycan mətbəxini bəyəndinizmi?

- Yeməkləriniz çox dadlıdır. Burada kilo alacam. Yemək masasına gətirilən bütün yeməklər çox dadlı olur, dayana bilməyib yeyirəm. Həm yüksək qonaqpərvərliyiniz, həm də dadlı mətbəxiniz var.

- Sosial şəbəkələrdə paylaşdığınız şəkillərdən hiss olunur ki, daha çox dəniz səyahətlərini sevirsiniz.

- Düzdür, mənim üçün ən gözəl istirahət dənizdə olmaqdır. Mən izmirliyəm, İzmir qızları dənizi çox sevirlər. Çünki İzmiri də dəniz əhatələyib. Mənim üçün ən gözəl istirahət dəniz kənarında, ya da dənizin içində gəzintidə olmaqdır. Bu yaxınlarda gəmi icarəyə götürdüm və bir həftə tətil etdim. Bu səyahətim haqda mətbuatda şəkillər və xəbərlər çıxmışdı.

- Mətbuatda haqqınızda bir çox xəbərlər dərc edilir. Onlardan biri də sizin azərbaycanlı bir məmurun oğlu ilə sevgili olduğunuz haqda idi. Bu məlumatlar nə dərəcədə həqiqətəuyğundur?

- Bu xəbərləri mən də görmüşəm. Amma yazılanlar doğru deyil. Çünki mənim nişanlım türkdür və İstanbulda yaşayır. Amma çox istərdim ki, azərbaycanlı bir bəylə ailə qurum. Ötən dəfə Azərbaycana gələndə də bunu söyləmişdim. Amma, Azərbaycana gəlin gəlmək qismət olmadı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 4330   Tarix: 10 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dilarə Əliyeva anasından danışıb ağladı - Video

Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib:. "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana"

06.07.2020 5362
.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ

Tanzaniyanın Tarangire qoruğunda çəkdiyi bir foto "National Geographic"in onlayn versiyasında "Redaktorun seçimi" olan məşhur fotoqraf Arif Ələkbərin -a müsahibəsini təqdim edirik:. Tanınmış səyahətçi-fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Arif Ələkbər. Bəs siz özünüzü nec

17.01.2020 3720
.

"Az qalıram stolu götürüb başına çırpım"- Kamil Zeynallı ilə SƏMİMİ MÜSAHİBƏ

tanınmış idmançı, peşəkar məşqçi Kamil Zeynallı ilə müsahibəni təqdim edir:. Bu gün kifayət qədər tanınırsınız. Hər bir kəsə maraqlı olardı Kamil Zeynalı necə məşhurlaşdı?. Ümumiyyətlə, heç vaxt keçmişimi danan insan olmamışam.Mənim keçmişimdə, kasıb vaxtımda əlimdən tutan adamı cəmiyyətdə, ictimaiyyətd

22.11.2019 8851
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ

Hər gün sosial şəbəkələrdə qarşımıza çıxan ,gözümüzü oxşayan və bizim bəzən fikir vermədən ötüb keçdiyimiz maraqlı fotoların müəllifləri bu fotolar üzərində bəzən günlərlə vaxt və əmək sərf edirlər. Baxdığı hər bir mənzərədə gözəlliyi tapıb fotoya çevirən bu adamlar işləri ilə əlaqədar olaraq bəzən təhlük

12.02.2020 5023
.

Qaralmaq üçün krem çəkdi - YAŞILLAŞDI - FOTO

İnsanların çoxu, xüsusən də qadınlar bürünc dəri rəngini sevirlər. Bu səbəbdən çoxları havanın isinməsiylə hovuza, dənizə qaçıb, günəş vannası qəbul edir, bəziləri isə mövsümə baxmayaraq, solyariyə gedib arzuladığı dəri rənginə qovuşur. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, məhz bu "zaqar"

29.04.2020 4051
.

"Evdə qalan" kişilərin şikayəti: Qadınlar bizi eybəcərləşdirdilər - VİDEO

Koronavirus pandemiyası ilə əlaqədar özünütəcrid etmiş kişilər qadınlar tərəfindən eybəcərləşdirilmələrindən şikayət ediblər. Bu barədə "Daily Mail" xəbər yayıb. Çippenhemdən olan 28 yaşlı Maks Brehamın sevgilisi Arizona İstvud sözün həqiqi mənasında dəlləkliyi onun başında öyrənmək istəyib

02.04.2020 4440
.

Mənzurə istirahətdən foto PAYLAŞDI - "Çox köksüz, bir az arıqlayın"

Müğənni Mənzurə Musayevanın sosial şəbəkədə paylaşdığı istirahət fotosu müzakirələrə səbəb olub. "Ölkə.Az" xəbər verir ki, əksəriyyət sənətçinin görünüşü barədə xoş sözlər desə də, bəzi izləyicilər onu tənqid etməkdən çəkinməyib. Hətta izləyicilərdən biri "Çox köksünüz, biraz arıqlayın

04.08.2020 7471
.

Ayan və qızından yeni - FOTO

Son günlər karantin rejimi ilə əlaqədar məşhurlar evlərindən, ailələrindən tez-tez paylaşımlar edirlər. xəbər verir ki, müğənni Ayan Babakişiyeva da mütəmadi olaraq qızı Selena ilə görüntülərini paylaşır. Ayanın son paylaşımı da Selena ilə fotosu olub. Onların fotosu diqqət çəkib. Samirə Qasımova

23.04.2020 5360