Erməni qızı Azərbayсan sərhədində - FOTO

Erməni qızı Azərbayсan sərhədində - FOTOMarqaryan Azərbaycanlılarla əvvəlki kimi dostluq və qardaşlıq şəraitində yaşamaq istəyini nümayiş etdirir.

Erməni bloger Ani Marqaryan İсevanda Ermənistan-Azərbayсan sərhədini göstərən lövhənin altında şəkil çəkdirib.

BiG.AZ ANS PRESS-ə istinadən xəbər verir ki, fotoşəklini sosial şəbəkədə yerləşdirən erməni qızı bu addımının tam siyasətdən uzaq bir məqsəd daşıdığını, dözümlülük və qardaşlıq mesajı olduğunu bildirib.

Ani Marqaryanın bu addımı bu gün Qazaxın işğal edilmiş kəndlərində Azərbaycana qarşı nifrət sərgiləyən baş nazir Ovik Abramyanın çıxışlarından kəskin fərqlənir. Hakimiyyəti ələ keçirmiş "Qarabağ klanı"ndan fərqli olaraq sadə erməniləri təmsil edən Ani Marqaryan azərbaycanlılarla əvvəlki kimi dostluq və qardaşlıq şəraitində yaşamaq istəyini nümayiş etdirir.

Xatarlıdaq ki, daha öncə Ani Marqaryan Azərbaycanın işğal olunmuş Hadrut rayonunda Bakını göstərən lövhənin altında şəkil çəkdirmişdi. Bununla da son illərdə böyümüş və Qarabağ münaqişəsinin tarixçəsindən xəbərsiz erməni gənclərinə bu ərazilərin Azərbaycana aid olması mesajını verir.

Erməni qızı Azərbayсan sərhədində - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 9760   Tarix: 07 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040