Maykl Duqlas xanımının siqaret çəkmək vərdişindən narahatdır

Maykl Duqlas xanımının siqaret çəkmək vərdişindən narahatdır

Hollivud aktyoru Maykl Duqlas və Ketrin Zeta Consun boşanma ərəfəsində olduğu, amma son anda bu fikirdən daşındığı haqda xəbər vermişdik.

BiG.AZ saytı axsam.az saytına istinadən bildirirki, cütlük bütün fikir ayrılıqlarının öhdəsindən gəlsə də, Maykl Duqlas müsahibəsində yaşadıqları çətin günlərdən danışıb:

“Ketrin həddindən artıq uşaqlara diqqət ayırırdı. Həyat yoldaşına diqqət ayırmalı olduğunu unutmuşdu. Qayğıdan kənar qalmışdım”.

Maykl həyat yoldaşı Ketrinin siqaret çəkmə vərdişinə görə də narahat olduğunu deyib. O, bildirib ki, aktrisanın gündə iki paket çəkməsini normal hesab etmir. Mayklın sözlərinə görə, xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün həyat yoldaşının bu vərdişi ona narahat edir. Duqlas Ketrinin bu vərdişdən qurtulacağı ilə bağlı ona dəfələrlə söz verdiyini, amma əməl etmədiyini deyib. Aktyorun sözlərinə görə, o, öz sağlamlını təhlükə altına atıb.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1472 Tarix: 07.07.2014
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Aysel14
Aysel14 07.07.2014
bunlar neve-babaya oxşuyur o_O


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər