"İnter" ilk dəfə "Birlik kuboku"nun qalibi oldu! (İnter-6:5-Şaxtyor)

Bu gün "Birlik kuboku" turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, XIX ənənəvi yarışın finalında Azərbaycan çempionu "İnter" Belarusun gümüş medalçısı "Şaxtyor"a qalib gələrək, ilk dəfə turnirin qalibi olub.
Əsas vaxtda qalib müəyyənləşmədiyindən, hərəsi 10 dəqiqə olmaqla əlavə vaxt təyin edilib. Ancaq həmin 20 dəqiqəlik mübarizədə də hesab açılmayıb. Belə olan halda, oyun sonrası penaltilər təyin edilib. Hər komanda 5 zərbənin 2-ni qeyri-dəqiq yerinə yetirib. Komandamızda gürcü müdafiəçi İlya Kandelaki ilə bolqar yarımmüdafiəçi Petar Zlatinov qapıçı ilə dueldən qalib ayrıla bilməyib. Rəqib son zərbəni dəqiq vurmaqla, turnirin qalibi olmaq şansına malik olsa da, gürcü qapıçımız Georgi Lomaya zərbəni qaytarmaqla, buna imkan verməyib. Əlavə zərbələlərin üçüncüsündə belaruslu futbolçunun əsəbləri tarıma çəkilərək, zərbəni yana vurub. Bununla da "Birlik kuboku"nun 3-cü dəfə Bakıya gəlməsi reallaşıb.
Qeyd edək ki, "İnter"ə qədər 2006-cı ildə "Neftçi" Moskvada, 2 il sonra "Xəzər Lənkəran" Sankt-Peterburqda turnirin qalibi olub.

"Birlik kuboku"

Final
"İnter" (Azərbaycan) – "Şaxtyor" (Belarus) 0:0 (Penaltilərlə - 6:5)

Peterburq İdman Konsert Kompleksi

İNTER: Lomaya, Daşdəmirov, Abramidze, Levin, Kandelaki, Çertoqanov, Çervenka, Zlatinov, Kruqlov (Əmiraslanov, 46), Obikadze, Karlsons.

ŞAXTYOR: Kurskis, Kolomıç, Çeledinski, Yanuşkeviç, Polyakov, Rojkov, Leonçik, Qrenkov, Sitko, Alumona, Rios.

Oyun sonrası penaltilər seriyası

Karlson (1:0)
Sitko (1:1)
Assioli (2:1)
Rojkov (2:1)
Çervenka (3:1)
Belous (3:2)
Kandelaki (3:2)
Kolomıts (3:3)
Zlatinov (3:3)
Polyakov (3:3)
Çertoqanov (4:3)
Kurskis (4:4)
Levin (5:4)
Leonçik (5:5)
Mjavanadze (6:5)
Qrenkov (6:5)

TƏBRİKLƏR !!!

BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 4314   Tarix: 23 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qarabağ"ın futbolçusu: Tarix yazdıq

"Qarabağ"ın futbolçusu Olavio Juninyo Almaniyada "Bayer 04"ə 2:3 hesabı ilə uduzduqları Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu ilə bağlı paylaşım edib. "Report"un məlumatına görə, 27 yaşlı hücumçu şəxsi instaqram hesabından fotolar yayımlayıb. Braziliyalı forvar

17.03.2024 330
.

Messi ərəb brendinin siması oldu - VİDEO

Dünya şöhrətli futbolçu Lionel Messi Səudiyyə Ərəbistanında geyim brendinin reklamına çəkilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bein.Sports" məlumat yayıb. Belə ki, Argentina millisinin və "İnter Mayami"nin hücumçusu "Sayyar" brendinin siması olub. Bu şirkə

13.03.2024 456
.

Azərbaycan idmançısı Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Azərbaycan idmançısı Zeynəb Sultanova Almaniyanın Dortmund şəhərində atıcılıq üzrə beynəlxalq ISAS-2024 turnirində ikinci qızıl medalını qazanıb. "Trend"in məlumatına görə, qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında o, bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünü

24.03.2024 214
.

AFFA rəsmisi UEFA-dan təyinat aldı

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb. Bu barədə milli assosiasiya məlumat yayıb. Bildirilib ki, o, 17 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda A liqasının 1-ci qrupunu

17.03.2024 322
.

Arda Turan "Qarabağ"a təşəkkür etdi (FOTO)

Türkiyə futbolunun əfsanəsi, "Eyubspor"un baş məşqçisi Arda Turan "Qarabağ"ın Avropa Liqasında "Bayer"ə qarşı keçirdiyi oyunla bağlı paylaşım edib. Qaynarinfo xəbər verir ki, ulduz futbolçu Azərbaycan təmsilçisinə mübarizəsinə görə təşəkkürlərini bildirib: . "Qarabağ"

15.03.2024 618
.

"Qarabağ" və "Bayer"in start heyətləri açıqlandı

Bu gün Avropa Liqasında 1/8 finalın cavab oyunları keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" da növbəti matçına çıxacaq. Ölkəmizin avrokuboklardakı yeganə təmsilçisi Almaniyada "Bayer"lə görüşəcək. Xatırladaq ki, "Qarabağ" bu rəqibl

14.03.2024 709
.

"Ehtiyac yaransa, bu addımı atacağıq" - Qurban Qurbanov

"Bakıdakından daha yaxşı oynamağa çalışacağıq". BİG.AZ "İdman və biz"ə istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 final mərhələsində qarşılaşacaqları "Bayer" ilə cavab matç üçün Almaniyaya yollanarkən Heydə

12.03.2024 662
.

"Beşiktaş" Qurban Qurbanovu istəyir

"Beşiktaş"ın baş məşqçisi Fernando Santoşun ardıcıl məğlubiyyətlərindən sonra klub yeni çalışdırıcı axtarışındadır. İstanbul təmsilçisi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlanır. Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Fotospor" saytı yayıb. Bildirili

18.03.2024 566
.

Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar

İdman gimnastikasının tamblinq növü üzrə Azərbaycan millisi Qazaxıstanın Almatı şəhərində keçirilən turnirdə 6 medal qazanıb. "Report" Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçilərimiz 3 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər. Fərdi mübarizəd

23.03.2024 206