Səbinə İlyasova: "Ronaldu Torresdən də yaraşıqlı oğlandır" MÜSAHİBƏ

Səbinə İlyasova: "Ronaldu Torresdən də yaraşıqlı oğlandır" MÜSAHİBƏBiG.AZ AzNews.az-a istinaden futbol üzrə 20-ci dünya çempionatının gedişatında idman müsahibələrini davam etdirir. Növbəti həmsöhbətimiz tanınmış müğənni, əməkdar artist Səbinə İlyasovadır

-Səbinə xanım, dünya çempionatının oyunlarına baxırsınız?

-Vaxtım olduqca baxıram. Ən çox sevdiyim İspaniya yığması idi, onlar da məni məyus etdi. İspanlardan heç belə zəif oyun gözləmirdim. Azarkeşlik etdiyim komanda mübarizəni dayandırdığına görə məcburən oğlumun çox sevdiyi almanlara azarkeşlik edirəm. O, lap uşaqlıqdan futbol xəstəsidir, "Bavariya"nın fanatıdır. Hətta futbolçu olmaq istəyirdi, mən imkan vermədim və sonradan beynəlxalq əlaqələr fakültəsinə daxil oldu. Türklərdən isə "Fənərbağça"nı daha çox bəyənir və mən də oğluma görə məhz bu iki komandanın azarkeşiyəm.

-İspaniya milli komandasında hansı oyunçuların oyununu daha çox bəyənirsiniz?

- Ən çox bəyəndiyim "Çelsi"nin və İspaniya yığmasının hücumçusu Fernando Torresdir. Onun meydanda qaçmağını çox bəyənirəm, ceyran kimi qaçır.

-İspaniyada ondan da bərk qaçan oyunçular var.

-Bir də qapıçı İker Kasilyası bəyənirəm. Amma o da biabır oldu, beş qol buraxdı qapısından.

-Bəyəndiyiniz hər iki oyunçu həm də zahiri görünüşlərinə görə diqqət çəkirlər...

-Ona qalsaydı, Ronalduya azarkeşlik edərdim.

-Hesab edirsiniz ki, Ronaldu daha yaraşıqlıdır?

-Əlbəttə, Ronaldu Torresdən də yaraşıqlı oğlandır. Amma mənim sevdiyim oyunçu Torresdir. Oyunçu kimi də portuqaliyalı daha güclüdür. Bu dəfə ispanlara azarkeşlik etməyimə gəlincə, onlar dünya və Avropa çempionu olmuşdular və düşündüm ki, indi daha yaxşı çıxış edəcəklər. Amma tam tərsinə oldu. Görünür özlərinə arxayın oldular da.

-Yəqin ki, çempionatın gedişiylə bağlı xəbərləri də oxuyursunuz.

-Adətən belə şeylərlər oğlum maraqlanır. Amma mən də ara-sıra saytlardan oxuyuram.

-Məsələn?

-Məsələn, bilirəm ki, Rusiya millisi artıq qrupda qaldı və geri döndü.

-Deyirlər ki, İranı məhz siyasi səbəblərə görə Argentinaya uduzdurdular. Sizcə mundialda siyasət də rol oynayır?

-Məncə idmanın siyasətə dəxli olmamalıdır. Amma təəssüf ki, var. O oyunda Messinin qolu hər şeyi həll etdi.

-Hansı komandanı çempion görmək istərdiniz?

-Almaniyanı. Amma hollandlar da yaxşı oynayırlar.

-Bəs sizcə yarımfinala hansı komandalar qalacaq?

-Almaniya, Hollandiuya, Braziliya və Argentina.

-Bəs finalda?

-Almaniya və Hollandiya.

-Öz komandalarımızın oyunlarına baxırsınız?

-Yerli komandaların heç birinə azarkeşlik etmirəm. Çünki bizdə komandalar tapşırıqla, dost-tanışla formalaşdırılır. Belə olanda da yaxşı oyundan və komandadan söhbət gedə bilməz.

-Məsələn "Qarabağ" bu il çox güclüdür...

-Adına görə istərdim ki, "Qarabağ" yaxşı oynasın və daha böyük uğurlar qazansın.

-İndiyə kimi tribunadan futbola baxmısınız?

-Yox, bizdə müğənni stadiondan futbola baxanda ona qəribə baxırlar və narahatçılıq yaranır.

-Sizinlə qətiyyən razı deyiləm. Çünki əksər müğənnilərdən daha populyar olan Bəhram Bağırzadə milli komandaların bütün oyunlarını stadiondan izləyir.

-Bir-iki ildən sonra birdəfəlik xaricə getmək fikrim var. Onda gedib baxacam. Əvvəllər "Neftçi"yə azarkeşlik edirdim, amma etimadımı doğrultmadılar.

-Və son olaraq yarızarafat bir sual verim. Sizcə dünyada ən eybəcər futbolçu kimdir?

-(Gülür) Balotelli. Amma ürəyi təmiz oğlandır, kövrəlir, ağlayır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 1869   Tarix: 02 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"BİG GROUP"un rəhbəri Emil Əkbərovla SƏMİMİ MÜSAHİBƏ

Həyat hər bir insana uğur qapılarına doğru yollar göstərir, lakin bir çoxları o yolları çətin bilib, daha rahat yolun ardınca qaçır, sonda isə uğursuzluğun səbəbini başqalarında axtarmağa başlayır, daim kimisə nədəsə günahlandırırlar. Halbuki insan həyatının bütün məsuliyyətini öz üzərinə götürüb va

08.07.2020 1152
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817
.

Ayan və qızından yeni - FOTO

Son günlər karantin rejimi ilə əlaqədar məşhurlar evlərindən, ailələrindən tez-tez paylaşımlar edirlər. xəbər verir ki, müğənni Ayan Babakişiyeva da mütəmadi olaraq qızı Selena ilə görüntülərini paylaşır. Ayanın son paylaşımı da Selena ilə fotosu olub. Onların fotosu diqqət çəkib. Samirə Qasımova

23.04.2020 5360
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ

Çoxları qarlı zirvələri fəth etməyə səy göstərir. Bunu arzulayır. Lakin sərt küləkdə, 30 dərəcə şaxtada dağların hər saniyə uça bilən buz bağlamış çıxıntılarından, yumşaq qarla örtülü təhlükəli yamaclarından keçə bilmək hər kəsin bacara biləcəyi bir iş deyil. Bəs kimlər alpinist ola bilər?. Alpinizimi

20.02.2020 6876
.

"Hamımız hamilə olmalıyıq"

Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib. Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ il

08.01.2020 2998
.

"Küçə musiqiçisinə qız vermərəm"- Küçə musiqisi ilə məşğul olan Sərxan Əzizlə MÜSAHİBƏ

Hər bir ölkədə olduğu kimi son illər Azərbaycanda da küçə musiqisi inkişaf etməkdədir. Lakin bu sənətin inkişafına mane olanlar, dırnaqarası yanaşanlar var. Bu məqamda bir məsələni nəzərə almalıyıq ki, şəhərə gəzinti üçün çıxanda, yaxud da işdən yorğun evə qayıdanda qulağımıza gələn o həzin musiqi ruhumuz

25.01.2020 3632
.

Azərbaycanlı jurnalist Türkiyədə veriliş aparıcısı oldu

Tanınmış jurnalist, yazar Şəhla Aslan Türkiyənin "KonTV" televiziya kanalında yeni yayımlanmağa başlayan "Dünya gözünde Türkiye" adlı verilişdə aparıcılıq etməyə başlayıb. Proqramda Türkiyədə yaşayan xarici vətəndaşların Türkiyəyə dair fikirlərinin müzakirə olunması nəzərdə tutulub

28.01.2020 3795