5 milyon Android virusa yoluxdu

5 milyon Android virusa yoluxdu

Google şirkəti Android təhlükəsizlik sistemini altı həftədən bir yeniləməyi planlaşdırır

"Android platforması istifadəçilərinin 0.5%-nin cihazı ən azı bir dəfə virusa yoluxub".

Bu haqda San-Fransiskoda keçirilmiş tədbirdə çıxış edən Google şirkətində Android və Chrome OS hazırlaması üzrə direktor Sundar Piçai deyib.

BiG.AZ saytı anspress.com saytına istinadən bildirirki, Google-un məlumatına görə, aylıq bir milyarddan çox insan Android platforması ilə işləyən qurğulardan istifadə edir. Bu o deməkdir ki, 5 milyon aktiv istifadəçi zərərli proqramların qurbanı olub. Bu göstəriciyə Çin sakinləri və internet nəhənginin mobil əməliyyat sisteminin modifikasiya edilmiş versiyası ilə işləyən Kindle planşetlərinin sahibləri daxil deyil.

F-Securenin məlumatına görə, 2013-cü ildə mobil virus təhdidinin təxminən 97%-i Android qurğuların payına düşür, halbuki bir il əvvəl (2011-ci ildə 66,7%, 2010-cu ildə 11,25%) bu göstərici 79% olub.

Sundar Piçai deyib ki, Google şirkəti Android təhlükəsizlik sistemini altı həftədən bir yeniləməyi planlaşdırır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1838 Tarix: 30.06.2014



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
AxwamlaR
AxwamlaR 09.07.2014
Xeber ucunn twk
Safiye
Safiye 30.06.2014
Aaa menki 5milyon olmasada virus duwmesinden cox qorxuram internetden goturulen mahnidan duwe biler???

XEbere gore twk


 
UREY
UREY 30.06.2014
Xebere Görə Təşəkkürlər