Bütün dünyanı sarsıdan toy – VİDEO

Bütün dünyanı sarsıdan toy – VİDEOXərçəng xəstəsi olan Filipp toyundan 10 saat sonra vəfat etdi...

Toyundan 10 saat sonra vəfat edən Filippin sakini xərçəng xəstəsi Rouden Qo və onun sevgilisi Lizlin toy çəkilişləri internet hitinə çevrilib.

BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, hal-hazırda bu videoçarxa YouTube-da dörd milyon dəfədən çox baxılıb.

Təntənəli mərasim iyun ayının 18-də Filippinin paytaxtı Manilanın xəstəxanalarının birində baş tutub. Səhərisi gün Rouden ölüb. Toyda iştirak edən qohumlar və dostlar göz yaşlarına hakim ola bilməyiblər. Toyda, həmçinin cütlüyün iki yaşlı qızları da iştirak edib.

Öncədən toy mərasimi 8 iyula planlaşdırılırdı, amma may ayında Roudendə dördüncü dərəcəli xərçəng aşkar edilib. Toy gününün vaxtı Roudenin getdikcə sürətlə pisləşən sağlığına görə dəyişdirildi.

ABC-CBN-in verdiyi xəbərə görə, toy çəkilişinin videosunu internetə mərhumun qardaşı yerləşdirib.

Onun sözlərinə görə, o videoçarxa tək baxmaq istəyirdi, amma göz yaşlarını tuta bilməyən qardaş bu videonu bütün dünyaya göstərməyi qərara alıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2424   Tarix: 27 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040