Özəl qəbiristanlıqlar yaradıla bilər?

Özəl qəbiristanlıqlar yaradıla bilər?Azərbaycanda özəl və bələdiyyə qəbiristanlıqlarının yaradılması təklif edilir.

BiG.AZ XezerXeber.com-a istinadən xəbər verir ki,Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, Azərbaycanda yalnız qəbiristanlıqlarda torpaq sahəsinin ayrılması deyil, dəfn mərasimlərinin keçirilməsi də çox ciddi məsələyə çevrilir.

Bu sahədə müasir təcrübənin öyrənilməsinə ehtiyac olduğunu deyən millət vəkili qeyd edib ki, xüsusilə şəhər yerlərindəki qəbiristanlıqlarda yerlərin çatışmazlığı və oradakı torpaq sahələrinin qeyri-qanuni olaraq baha qiymətə satılması halları var.

Bunu həm günah hal, həm də qanun pozuntusu kimi dəyərləndirən M.Quliyevin fikrincə, bunları aradan qaldırmaqdan ötrü alternativ yollar axtarılmalıdır. Alternativ yollardan biri bələdiyyələrin fondunda olan torpaqlardan bələdiyyənin özünün qəbiristanlıq kimi istifadə etməsi, digəri isə özəl qəbiristanlıqların yaradılmasıdır.

Özəl qəbiristanlıqların yaradılması üçün hüquqi əsasların olmasını vacib sayan M.Quliyev bildirib ki, belə məzarlıqların yaradılması həm qeyri-qanuni ödənişləri aradan qaldıracaq, həm də qəbiristanlıqlarla bağlı müəyyən standartların hazırlanaraq tətbiq olunmasına yardım edəcək: "Standart qəbirlərin olması da çox maraqlı məsələdir. Yəni qəbiristanlıqlarda muzeylər, məbədlər tikilməsin, ölülər bir-birindən fərqləndirilməsin. Qəbiristanlıqların standartlarının olması standart qəbirlərin olması məsələsini də tənzimləyə bilər. Eyni zamanda, belə olduqda qəbiristanlıqların qorunması da təmin edilə bilər".

Özəl qəbiristanlıqların yaradılması məsələsinin müvafiq məcəllələrə daxil edilməsi üçün təkliflər hazırlaya biləcəyini açıqlayan M.Quliyev bildirib ki, qəbiristanlıqlara xidmət göstərilməsi, onun qorunması, dəfn mərasiminin təşkil olunması üçün bələdiyyələrə də imkan yaratmaq lazımdır. Bələdiyyələr bu sahə üzrə müəyyən xidmətləri pullu etməklə bu işləri daha yaxşı səviyyədə görə bilərlər. Bunun üçün bələdiyyələrin səlahiyyətləri, işçiləri də var.

Millət vəkilinin sözlərinə görə, bələdiyyələrin qəbiristanlıqlar yarada bilməsi üçün qanunvericilikdə hər hansı qadağa yoxdur. Azərbaycanda bələdiyyənin öz ərazisində müəyyən xidmət işlərini, o cümlədən dəfn xidmətini təşkil etmək səlahiyyəti var: "Bələdiyyələr istəsələr, mərasim evləri də tikərək o xidmətləri göstərə bilərlər. O cümlədən dəfn xidmətləri göstərib qəbir daşlarının hazırlanması, qəbiristanlıqlarda yaşıllıqların salınması, qəbirlərə qulluq edilməsi və s. kimi işləri də görə bilərlər".

Dəfn məsələsi ilə bağlı qanunvericilikdə bəzi boşluqların olduğunu deyən M.Quliyev əlavə edib ki, qəbiristanlıqlarda dəfn üçün yerlərin hansı əsaslarla ayrıla bilməsi hazırkı qanunvericilikdə öz əksini tapmayıb: "Bu məsələ qanunvericilikdə tənzimlənmir. Biz bir dəfə "Dəfn mərasimləri və qəbiristanlıqlar haqqında" qanun layihəsi hazırlamaq istədik. Bu məsələ həll edilməmiş qaldı, amma aktuallığını saxlayır. Hesab edirəm ki, sadə qanunvericilikdə boşluqlar var və bu qanun qəbul oluna bilər".

Komitənin sədr müavini qeyd edib ki, hazırda qəbiristanlıqlarda dəfn üçün yerlər icra hakimiyyətinin sərəncamı əsasında ayrılır. Bəzi hallarda isə bələdiyyələr də onlar üçün ayrılmış yerlərdə bu işləri idarə edir: "Əslində, heç idarə də etmir. Bələdiyyə də deyir ki, buranın qiyməti bu qədərdir, pulunu bələdiyyənin kassasına keçir, ölünü dəfn et. Amma bələdiyyə bütövlükdə bu xidməti öz üzərinə götürsə, həm sivil olar, həm də orada müəyyən abadlıq işləri aparılar, müəyyən standartlar gözlənilər. İndi hər kəsin dəfn üçün torpaq almağa imkanı olmur. Elə insan olur ki, onun heç qohum-əqrəbası olmur. Amma o işi bələdiyyələr görsə, daha yaxşı olar. Müəyyən faiz insanlara da bu məsələdə güzəşt edə, bəzi kateqoriyalı insanlar üçün isə bunu pulsuz edə bilər. Bu işləri bələdiyyə öz öhdəsinə götürsə, onun müəyyən fondu da yarana bilər, bu işdən xeyriyyəçilik kimi də istifadə edə bilər".

Deputatın sözlərinə görə, ölkə qanunlarında qəbiristanlıqlarda torpaq yerlərinin ayrılmasına görə rüsumlar müəyyənləşdirilməyib: "Ola bilsin ki, icra hakimiyyəti orqanları, ya da Nazirlər Kabineti səviyyəsində bir sənəd var. Amma qanunvericilikdə onlar tənzimlənmir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1075   Tarix: 27 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Şəbnəm ancaq toy bazarına işləyir"

"Şəbnəm yaxşı qızdır, üzərində çalışır. Amma toy bazarına çalışır onlar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Tarixin bir günü" verilişində müğənni Şəbnəm Tovuzlunun ünvanına deyib. Sənətçi Şəbnəmin toy üçün çalışdığını söyləyib. G.Əliyeva aparıc

11:53 0
.

Xocalıda qalıqları tapılan şəhidin oğlu: "Atam bizi çıxardı, özü orada qalıb döyüşdü" - VİDEO

Xocalı soyqırımı zamanı qətlə yetirilən və bir müddət əvvəl rayon ərazisində aşkarlanan kütləvi məzarlıqda qalıqları tapılan şəhid Akif Mahmudov dəfn edilib. Mərhum Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, Xocalı sakinləri iştirak ediblər

27.03.2024 346
.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27.03.2024 275
.

Orucluqda yeməklərdə nələrə diqqət edək?

Oruc tutmaq İslamın əsas şərtlərindən biri sayılır. Müsəlmanlar orucu təkcə ruha deyil, həm də cismə mütləq faydası olacağı kimi qəbul edirlər. Metabolizmanı orucluğa hazırlamaq məqsədi ilə qidalanma alışqanlıqları və yuxu prosesinə dəyişiklik etmək lazımdır. Ramazan ayı ən çox mədə və həzm sistemin

27.03.2024 239
.

Dilan Polatın "qara qutusu" Şule əvvəl villa aldı, sonra gecə klubu açdı

Dilan Polatın özbəkistanlı köməkçisi Xaydarova deportasiya edildikdən sonra ölkəsində gecə klubu açıb. xarici mediaya istinadən xəbər verir ki, Dilan Polatın qara qutusu kimi tanınan özbəkistanlı köməkçisi Şulə gecə klubu açıb. Ölkəsinə qayıdarkən təyyarədən çəkdirdiyi TikTok videosunu "Millət olara

12:09 0
.

Çin atmosfer və kosmos mühitini müşahidə edən peyklər buraxıb

Çin atmosfer və kosmos mühitinin müşahidələri üçün istifadə edilən "Yünhay-2" peyklərinin üçüncü qrupunu kosmosa göndərib. xəbər verir ki, Sinxua agentliyinin xəbərinə görə, "Yünhay-2 03" peykləri "Long Mart 6" raketi ilə ölkənin şimalındakı Şansi əyalətindəki Tayyüen Pey

27.03.2024 181
.

İsrail ordusu Livan sərhədində bəzi yolları bağlayıb

İsrail ordusu Livan sərhədində bəzi yolları mülki avtomobillərin hərəkətinə bağlayıb. xəbər verir ki, Times of Israel qəzetindəki xəbərə görə, mülki avtomobillərin hərəkətinə bağlı olan yollar Yuxarı Qaliley bölgəsinin Livan sərhədinə yaxın əraziləridir. Xəbərdə İsrail ordusunun Livan sərhədində bəz

27.03.2024 169
.

Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ

Fevralın 12-dən Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbuluna start verilib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 1 nəfər üçün 5850 dollar müəyyənləşib. Eyni zamanda, Həcc ziyarət

27.03.2024 246
.

Bu gün ilk Qədr gecəsidir

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, İdarənin Şamaxı Astrofizika Rəsədxanasından əldə etdiyi təqvimə əsasən, martın 28-dən 29-na keçən gec

11:03 0