"Qadın bişirdiyi yeməklərin sirrini açmaz" - müsahibə

"Qadın bişirdiyi yeməklərin sirrini açmaz" - müsahibəSon vaxtlar xeyli arıqlaması ilə diqqət mərkəzində olan bəstəkar Aygün Səmədzadə "Formaggio" jurnalına müsahibə verib. BiG.AZ həmin müsahibəni təqdim edir.
- Aygün xanım, deyirlər musiqi yeməyin dadına təsir edir...

- Musiqinin birbaşa yox, əhval vasitəsilə təsirinə inanıram.Yəni əhvalın yaxşı vaxtında gözəl musiqiylə xörək bişirsən, yəqin ki, dadlı olar. Amma bu da var ki, əl qabiliyyəti olmasa, nə qədər çalıb-oxusan da xeyri yoxdur.

- Əl qabiliyyətiniz necədir?

- Hələ ki, tərifləyirlər.

- Özünüzün icad etdiyiniz resept varmı?

- Var və o yeməklər mənim qonaqlıq süfrəmdə mütləqdir.

- Birinin reseptini bizə də deyin.

- Məncə bir çox qadın vurduğu ətirlərin və bişirdiyi yeməklərin sirrini tam açmaz. Nəyisə deməz, özünəməxsusluğu, fərqliliyi saxlamaq xatirinə... Amma birini deyərəm.

Toyuq filesi ət maşınından keçirilir. Ona çəkilmiş soğan (3-4 ədəd), kartof (1ədəd), yumşaq çörək (1 dilim) əlavə edilir. Duz-istiot, zövqə görə digər ədviyyatlar əlavə olunur. 4-5 ədəd kök sürtgəcin xırda gözündən keçirilir. Bitki yağında yüngülvari qızardılır, ona da lazımi miqdarda duz-istiot və yarım çay qaşığı cirə əlavə olunur. Sonra soba listi yağlanır. Hazırladığımız toyuqdan orta alma ölçüsü boyda küftələr tutulur və listə düzülür. Küftələrin ortalarını dairəvi şəkildə yatırıb, içinə bişmiş kökü əlavə edirik və təxminən 30 dəqiqə bişməyə qoyuruq. Quş yuvası formasında gözəl-dadlı-asan yemək. Yanında qarnir kimi kartof və ya badımcan, qızardılmış heyva verə bilərsiniz.

- Evdə yeməyə üstünlük verisiniz, yoxsa restoranda?

- Müəyyən dövr mən artıq çəkidən əziyyət çəkmişəm. Son 2 il yeməyə münasibətim dəyişib, kifayət qədər arıqlamışam... Ona görə ümumiyyətlə, yeməyə üstünlük vermirəm. Amma ev xörəyinin yerini restoran verməz, restoran ab-havasını da ev... Hər ikisinin öz yeri var.

- Hansı restoranlara getməyə üstünlük verirsiniz?

- Xidmət səviyyəsi normal olanlara...

- Bizim restoranlarda xidmət səviyyəsi necədir?

- Təbii ki, hər bir adam getdiyi məkanı imkanına, çevrəsində olduğu mühitə, zövqünə, prestijə və ya rahatlığa görə seçir. Və sadaladığım bütün amillərin ən başında xidmət durur. Gözəl xidmət varsa, restoran qazanacaq, yoxdursa təbii ki, itirəcək. Çünki müştərini bir-iki dəfə aldada bilərsən, sifarişi gecikdirə bilərsən. Tər qoxusuyla, başını qaşıyaraq stola yaxınlaşan, normal müraciət qaydalarını bilməyən, menyu anlayışından bixəbər, ofisiant bolluğu olan yerlərə getmirəm. Əlbəttə dəvətli olduğumuz toylarda belə problemlərlə daha tez-tez üzləşirik. Çünki əksər restoran və şadlıq sarayları xidmət səviyyələrinin artırılması deyəndə yalnız yemək çeşidlərindəki dəyişikliyi nəzərdə tuturlar, daha qlobal inkişaf həddinə çatdıqlarını isə nədənsə, hind və ya özbək rəqsiylə nümayış etdirirlər. Amma biz sivil cəmiyyətin insanlarıyıq, hamımızın dediyinə görə, qonaqpərvərik və bunu artıq restoran xidmətində də standartlara uyğun göstərmək lazımdır. Milliliyi və ən əsası lokal koloriti qorumaq şərtilə... Azərbaycanın digər füsunkar guşələrində, bulaq başında, meşə kənarlarındakı yeməkxanalarda qulağa xoş gələn yerli ləhcəli danışıq qaydalarını, bu dağdan o dağa eşidiləcək müraciət formalarını Bakı restoranlarında, Bakıətrafı kəndlərdə, İçərişəhərin kafe və restoranlarında eşitmək istəməzdim.

- Restoranda ödədiyiniz ən yüksək hesab nə qədər olub?

- Yediyinin-içdiyinin-geydiyinin hesabını aləmə car çəkən adamlara hörmət eləmirəm. Xərclədiklərimin də sayını bilmirəm, çünki əhəmiyyətsiz informasiyadır. Amma böyük xərcli yerlərdə adətən, mən yox, ailəmizin kişiləri əllərini cibinə salır.

- Adətən nənələrimiz xəstəlikləri türkəçarə ilə sağaldardılar. Yadınızda o türkəçarələrdən hansı qalıb?

- Mən bacardığım qədər az dərman istifadə edirəm. Qrip zamanı limon və baldan, moruq mürəbbəsindən, çörəkotu yağından istifadə edirəm. Güclü soyuqdəymə zamanı əvəlik və umac çox kömək edir. Bronxitə qarşı profilaktik vasitə razyana çayıdır. Nanə dəmləməsi gərgin iş rejimindən sonra faydalıdır. Yüksək təzyiqə qarşı ən gözəl vasitə isə cəfəri və limon şirələrinin qarışığıdır. Yapon əzgili (muşmula) də bu baxımdan yaxşıdır.

- Hansı zonanın mətbəxini daha çox sevirsiniz?

- Azərbaycan mətbəxi ümumiyyətlə, dünyanın ən zəngin dadlı, kalorili mətbəxlərindən biridir. Bunu həm də çox səyahət etdiyimdən, yəni şəxsi təcrübəmdən bilirəm. Bir bakılı kimi mənim üçün Bakı mətbəxinin dadı mübahisəsiz və mübaliğəsiz gözəldir. Öz qədim biş-düş ənənələri olan zonaların mətbəxini qiymətləndirirəm. Həmişə deyirəm bunu: Bakı, Gəncə, Lənkəran, Quba, Şəki, Naxçıvan, Qarabağ xanlıqlarının mərkəzləri zamanında kübar mədəniyyət və eyni zamanda mətbəx ənənələri formalaşdırıblar. Onlara yaxın regionlar da ordan bəhrələnib. İndi hər sahədə olduğu kimi, burada da hər şey qarışıb, kim-kimin xörəyini yeyir, bilinmir. Bir də ki, əlinin dadı-duzu, ən əsası isə səliqəsi varsa, bişirənin haralı olduğu vacib deyil. Vacib olan oturduğun ocağın güvənli, yediyin çörəyin halal olmasıdır.

- Dediniz ki, çox səyahət etmisiniz. Neçə ölkənin mətbəxindən dadmısınız və hansı ölkənin mətbəxi sizə daha dadlı gəlib?

- İngiltərə, Fransa, İtaliya,Yunanıstan, Avstriya, Hollandiya, Belçika, Türkiyə, İsrail, Rumıniya, Bolqarıstan, Gürcüstan, İspaniya, Rusiya, Estoniya, Litva, İsveçrə, İsveç, Macarıstan, Slovakiya, Özbəkistan, Tacikistan, Moldova və s. Hərəsinin öz üstünlükləri var. Zövqə görədir. Amma gürcü, yunan, türk mətbəxi maraqlıdır. Təbii ki, bizdən sonra.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 1825   Tarix: 24 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Küçə musiqiçisinə qız vermərəm"- Küçə musiqisi ilə məşğul olan Sərxan Əzizlə MÜSAHİBƏ

Hər bir ölkədə olduğu kimi son illər Azərbaycanda da küçə musiqisi inkişaf etməkdədir. Lakin bu sənətin inkişafına mane olanlar, dırnaqarası yanaşanlar var. Bu məqamda bir məsələni nəzərə almalıyıq ki, şəhərə gəzinti üçün çıxanda, yaxud da işdən yorğun evə qayıdanda qulağımıza gələn o həzin musiqi ruhumuz

25.01.2020 3632
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

"Vəzifəli adamların övladlarından yekəxanalıq öyrənmişəm"

Müğənni İlqar Xəyal AzTV-də yayımlanan "Gün başladı" proqramında qonaq olub. BİG.AZ xəbər verir ki, ifaçı veriliş zamanı dostluq münasibətlərindən söz açıb:. "Bəzi insanlar var ki, mənfəət güddükləri insana salam verirlər. Yaxud düşünürlər ki, həmin insanla ünsiyyətdə olsalar onun vasitəsil

13.11.2019 2270
.

Aysun haqqında yayılan BİABIRÇI İDDİALARA cavab verdi

İnstaqramda "Giveaway" təşkil edən şirkət müğənnini Aysun İsmayılovanın başını bəlaya salıb. Shownews xəbər verir ki, qonorar qarşılığında "Giveaway" reklam edən Aysuna izləyiciləri inanıb və ödəniş edərək həmin yarışmaya sponsor olublar. Bunun qarşılığında isə sponsor olan səhifələr

22.06.2020 11748
.

Bu da Afət Fərmanqızının HEÇ YERDƏ GÖRMƏDİYİNİZ OĞLU - FOTO

Müğənni Afət Fərmanqızı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Afət "İnstagram" hesabında yeni foto paylaşıb. Fotoda müğənninin oğlu da yer alıb. Afət şəkli paylaşaraq oğlunun üzünü gizlədib. İzləyiciləri onun bu addımını birmənalı qarşılamayıb. Həmin fotonu təqdi

19.05.2021 13239
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817
.

Dilarə Əliyeva anasından danışıb ağladı - Video

Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib:. "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana"

06.07.2020 5362
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083