Müsəlmanlığı rədd edən Məryəm edamdan qurtuldu - FOTO

Müsəlmanlığı rədd edən Məryəm edamdan qurtuldu - FOTOSudanda dinini dəyişdirdiyinə görə edama məhkum olunan və iyun ayında həbsxanada doğuş keçirən Məryəm İbrahim azad olunub.

BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, beynəlxalq təşkilatların məsələ ilə bağlı Sudan hökumətinə təzyiqlərindən sonra ölkənin Xarici İşlər Nazirliyi "məlum şəxsin Ədalət Nazirliyinin qanuni prosesləri tamamladıqdan sonra azad olunacağını" bəyan etmişdi.

Həbsdən əvvəl həkim işləyən 27 yaşlı Məryəmin atası müsəlman, anası isə xristian olub. Atası onları uşaqkən atıb getdiyindən Məryəm xristian qanun-qaydaları ilə böyüyüb. Ancaq Sudan qanunlarına görə, o, müsəlman hesab olunur. Məryəm xristian Daniel Vani ilə evlənəndən sonra rəsmən ərinin dinini qəbul edib. Məryəmin bacısının bu haqda polisə xəbər verməyindən sonra onu dərhal həbs ediblər.

Din dəyişdirməyin qadağan olduğu Sudanda məhkəmə Məryəmi 100 şallaq və edam cəzasına məhkum edib. Həmin vaxt (mayın 15-i) o, 8 aylıq hamilə olub.

Vəkili iyun ayının əvvəlində qadının Maya adlı bir qız dünyaya gətirdiyini və məhkəmənin Məryəmin edamını 2 illik təxirə saldığını bildirmişdi.

Ən dəhşətlisi isə doğuşa qədər qadının hücrəsində əli qandallı saxlanmağı və iki yaşlı oğlu Martinin də anası ilə eyni hücrədə qalmağıdır.

Vəkilin dediyinə görə, Məryəm heç xəstəxanaya da aparılmayıb. "Müsəlman olmaqdansa, ölərəm" deyən Məryəm müsəlmanlığı rədd etməsinə səbəb kimi bunları deyib: "Ailəmi başsız qoyacağımı bilirəm, amma özümə yalan deyə bilmərəm. Mən müsəlman deyiləm".

Qeyd edək ki, Məryəmin qaynı onun həyatının azad olunduqdan sonra da təhlükədə olduğunu nəzərə alaraq, cütlüyün tezlikdə Amerikaya mühacirət edəcəklərini deyib.

Müsəlmanlığı rədd edən Məryəm edamdan qurtuldu - FOTOMüsəlmanlığı rədd edən Məryəm edamdan qurtuldu - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2930   Tarix: 26 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040