Spirtli içkilərə aludə olan xalqlar - İLK ONLUQ

Spirtli içkilərə aludə olan xalqlar - İLK ONLUQ

ünyada hər il içki istehlakı artmaqda davam edir. İnsan sağlamlığına zərəri elmi baxımdan sübuta yetirilmiş bu fakt belə içkiyə qurşanan insanların sayının azalmasına əsaslı təsir göstərə bilmir.

Dünya Səhiyyə Təşkilatı il ərzində planetdə baş verən 2,5 milyon ölüm faktının (ümumi ölümlərin 4%-i) həddən artıq spirtli içkinin qəbul olunması səbəbindən baş verdiyini müəyyən edib. Gündəlik həyatın, xüsusən əlamətdar hadisələrin ayrılmaz elementinə çevrilən spirtli içkilər bir çox xalqların adət-ənənələrinin ayrılmaz tərkib hissəsi, bəzi xalqlar üçün isə dini baxımdan “şeytan əməli” hesab olunur. Alkoqollu içkilərin istehlakı ilə bağlı BMT nəzdindəki Dünya Səhiyyə Təşkilatı (ÜST) sonuncu dəfə 2010-cu ildə geniş araşdırma aparıb. Həmin zaman dünyada adambaşına ən çox içki içən xalqların sayı müəyyən olunub. Siyahı bir çox gözlənilməzlikləri ilə yadda qalıb.BiG.AZ modern.az-a istinadən həmin siyahını təqdim edir.

Moldova:

DST-ün araşdırmalarına görə dünyada ən çox spirtli içki içən xalq moldovanlardır. Avropanın şərqində yerləşən və daha çox çaxır məhsulları ilə tanınan Moldovada 15 yaşından yuxarı hər bir vətəndaş il ərzində 18,22 litr spirtli içki qəbul edir. Ən çox içilən içkilərə gəldikdə isə çaxır 4,67, pivə 4,57 və digər alkoqol içkilər 4,42 litr təşkil edir.

Çexiya:

Mərkəzi Avropa regionun sakinləri sayılan çexlər isə dünyada 2-ci içkisevər xalq hesab olunur. Tarixən pivə istehsalı ilə məşhur olan bu xalq il ərzində adambaşına 16,45 litr spirtli içki qəbul edir. Bu içkilərdən pivə 8,5, çaxır 2,33, digər alkoqol içkilər isə 3,59 litr təşkil edir.

Macarıstan:

10 milyon əhalisi olan bu Avropa ölkəsi də əhalisinin içkiyə olan aludəçiliyi ilə seçilir. Macarlar ildə 16,27 l içki içirlər. Bunun 4,42 litri pivə, 4,94 litri çaxır və 3,2 litri isə digər spirtli içkilər təşkil edir.

Rusiya:

İçki içmə potensialı dünyada əfsanəyə çevrilən şimal qonşumuz Rusiya Dünya Səhiyyə Təşkilatının siyahısında 4-cü pilləni tutmaqla kifayətlənmişdi. Orta statistik Rusiya vətəndaşı ildə 15,75 litr içki qəbul edir. Bunun 3,65 litri pivə, 0,1 litir çaxır və 6,88 litri isə digər alkoqol içkilər (əsasən vodka) təşkil edir

Ukrayna:

Rusiyanın qərb qonşusu Ukrayna da öz slavyan qardaşından içki yarışında geri qalmır. Ukraynalıların içki sərfiyyatı il ərzində 2,69 litri pivədən, 0,58 litri çaxırdan və 5,21 litri vodkadan ibarət olmaqla 15,57 litr təşkil edir.

Estoniya:

Rusiyanın Avropada həmsərhəd olduğu Estoniya da dünyanın ən çox içki içən 10 xalqından biridir. Ukraynalılardan 0,1 litr daha az spirtli içki içən estonlar ildə 15,56 litr ilə kifayətlənirlər. Bunun 5,53 litri pivə, 1,09 litri çaxırdan və 9,19 litri vodka daxil olmaqla digər spirtli içkilərdən ibarətdir.

Andorra:

Cəmi 76 min əhalisi olan Andorra dünyada içki istehlakına görə qabaqcıl yerlərdən birində qərar tutub. Andorralı ildə 15,54 litr içki qəbul edir ki, bu həcmin 3,93-ü pivə, 5,69-u çaxır və 3,14-ü isə digər spirtli içkilərdən ibarətdir.

Rumıniya:

Daha bir Şərqi Avropa ölkəsi Rumıniya adambaşına 15,29 litr içki içməklə dünyada vətəndaşları ən çox içki qəbul edən 8-ci xalq kimi qeyd olunub. Bu içki sərfiyyatının 4,07 litri pivə, 2,33 litri çaxır və 4,14 litri isə digər alkoqollu içkilərdən ibarətdir.

Sloveniya:

Yuxarıdakı ölkələrdən yalnız Macarıstanla qonşu olan Sloveniya il ərzində n dünyada ən çox içən 9-cu xalq kimi göstərilib. Statistik hesablamalara görə adambaşına 15 yaşını bitirmiş sloven 15,19 litr alkoqollu içki qəbul edir. Ən çox içilən içkilər arasında 4,1 litr pivə, 5,1 litr çaxır və 1,33 litr digər içkilər yer alır.

Belarus:

Sərt şəriət qaydalarının hökm sürdüyü Daha bir Şərqi Avropa xalqı belaruslar içki sərfiyyatının həcminə görə dünyanın ən çox içən 10-cu xalqıdır. “Onluğu” qapadan belaruslular il ərzində adambaşına 15,14 litr içki qəbul edirlər. Bunun 1,84 l itri pivə, 0,8 litri çaxır və 4,08 litri əsasən vodkadan ibarət olan digər içki məhsullarıdır.

Yəmən dünyada ən az içki qəbul edən sakinlərə malikdir.

Bu ölkdə adambaşına bir neçə milliqram spirtli içki düşür. Az içki qəbul edən digər xalqlar kimi küvetyliləri, paksitanlıları, somalililər və liviyalıları misal çəkmək olar.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Digər Oxunub: 3313 Tarix: 26.06.2014



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Atiii
Atiii 27.06.2014
alkashlar

tewekkurler ELISS
А ты попробуй сказатъ в лицо то,
что говоришъ за спиной...


 
urey
urey 27.06.2014
Xebere Görə Təşəkkürlər


 
milawkam
milawkam 27.06.2014
Men dedimki ya rusiya yadaki amerika birinci olar.
Heledeki meettel qalmiwam.Ne yaxwi amerika yoxdu.
TWK MUELLIFE


 
scarlett
scarlett 26.06.2014
Azerbaycanin adi yoxdu Turkiyenin adini fikirlesmisdim amma yoxdu


 
PapinaDo4
PapinaDo4 26.06.2014
Men dedim Rusiya olar 1ci.))


 
leyla_agayeva
leyla_agayeva 26.06.2014
yaxşı ki Azerbaycan yoxdu onluğda xəbərə görə təşəkkür ELISS


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər