Qış bulvarının möcüzələri – VİDEO

Qış bulvarının möcüzələri – VİDEOVə yaxud da qanundan kənarda qalanlara həsr olunur.

BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki,Son aylar bütün xəbər portalları yol polisinin Bakı yollarında tıxacların aradan qaldırılması sahəsində apardıqları mübarizədən xəbərlər verir. Ən sərt mübarizə isə düzgün park edilməmiş avtomobillərlə gedir. Əlbəttə ki, bu niyyət təqdirəlayiqdir, yol polisi də bu istiqamətdə vicdanla çalışır - ən azından mətbuat üçün edilən bəyanatlara baxılarsa.

"Müharibədə bütün vasitələrdən istifadə etmək olar" prinsipini rəhbər tutaraq yol polisi intizamsız sürücülərlə mübarizədə bir addım da geri çəkilmir. Yəqin ki, bir çox sürücülərə, beş dəqiqəlik mağazaya girib geri qayıdanda "sehirli çubuğun vasitəsilə" maşının yoxa çıxdığı vəziyyət tanışdır. Çox güman ki, burada iş vasitəçilərsiz keçmir. Ən çox da bu vasitəçilər qarşımıza mağaza satıcıları, gözətçiləri və ya parkinq işçilərinin simasında çıxır. Halbuki məhz elə onlar maşının buradan aparılmayacağına and-aman edirlər. Bir müddət sonra isə bu maşın cərimə meydançasında peyda olur, qəzəbli polis isə başını yelləyə-yelləyə 50 manat dəyərində cərimə çeki yazır. Və sizin mağazaya gedişiniz artıq 50 manata başa gəlir.

Yenə də qanun qanundur. Ona isə boyun əyməkdən başqa yol yoxdur. Öz maşınınızı icazə verilən yerdə saxlayıb, əlidolu şəkildə qızmar günəş altında gəzişmək olar, belə ki, hər marketin parkinqi yoxdur. Mən intizama qarşı deyiləm, qaydalara riayət olunmasının və tıxacların yığışdırılmasının da lehinəyəm. Hətta rəsmi parkinqlərdə yüksək qiymət də ayrı mövzudur.

Amma qanunlar hamı – məsələn bahalı və prestijli avtomobil sahibləri üçün deyil. Əslində isə 1-5 manat dəyərində olan parkinqlərdə avtomobilini saxlamaq məhz onlar üçün problem olmamalıdır.

Ona görə də Qış bulvarı boyu, yeraltı parkinqə girişin qarşısında düzülmüş maşın karvanını görəndə sıravi vətəndaşların narazıçılığını təsəvvür etmək çətin deyil.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2805   Tarix: 25 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740