"Şirin yalan"ın sonu belə olur – VIDEO
Bu il tamaşaçılar Riz Uizerspunun iştirakıyla 3 ekran əsərini izləyəcəklər. Bunlar "Vəhşi", "Anadangəlmə qüsur" və "Şirin yalan" filmləridir. Hər 3 işində sarışın Riz komediya deyil, dram aktrisası kimi görünəcək.
Rejissoru Filipp Falardo olan "Şirin yalan" filmi real hadisələr əsasında çəkilib. Falardo Sudandan olan və "İtirilmiş oğlanlar" adıyla tanınan 4 qaçqın uşağın əzablı həyatını göstərməyə çalışıb. Onların taleyi xeyirxah amerikalı qadının himayəsi altında dəyişir.
Qeyd edək ki, 1980-1990-cı illər Sudanda vətəndaş müharibəsi ərəfəsində 20 mindən çox azyaşlı qaçqın düşüb. Filmin premyerası bu ilin oktyabr ayına planlaşdırılır.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş