Solyari dəri xərçəngi əmələ gətirir?

Solyari dəri xərçəngi əmələ gətirir?BiG.AZ ekspress.az-a istinaden bildirir ki,yay aylarında insanların ən çox sevdiyi istirahət növlərindən biri də dəniz və hovuzlara getməkdir. Bu cür gəzintilərin ən fərqli və maraqlı cəhəti isə təbii ki, qaralmaqdır. Yay aylarında ağ insanların fərqli göründüyünü nəzərə alsaq, bu gün insanların çoxu nə yolla olur-olsun, qaralmağa üstünlük verir.

Əlbəttə, ən düzgün dəri rənginin dəyişmə üsulu təbii günəş şüaları ilə qaralmaqdır. Bu proses uzun bir vaxt alsa da, bu cür qaralmaq daha yaxşıdır. Lakin insanlar, xüsusən qadınlar, tez və asan yolla qaralmağa daha çox üstünlük verirlər. 5 dəqiqəlik və daha effektiv qaralma olan solyari bu zaman demək olar ki, xanımların köməyinə çatır. Buna baxmayaraq, bu cür qaralmanı bəzi həkimlər məsləhət görmürlər. Bu cür tez və daha tünd qaralmanı insan orqanizmi üçün təhlükəli hesab edirlər.

Maraqlı haldır ki, hətta təbii günəş şüaları ilə qaralmaq şansı olan insanlar belə dənizdən öncə solyari ilə qaralmaq üçün müraciət edirlər. Səbəb kimi isə ağ olaraq qara insanların içində gəzməyin olduqca fərqli olduğunu göstərirlər. Halbuki solyari qəbulundan sonra günəş şüalarının qəbulu dərini daha həssas və daha tez qıcıqlanmağa meylli edir. Sağlam və uzunmüddətli qara dəri üçün düzgün günəş şüaları qəbul edilməlidir.

Solyari ilə qaralma seans və tətbiq edilmə yerindən asılı olaraq müxtəlif qiymətlərə olur. Bəzi yerlərdə bir seans 5 manat olduğu halda salondan asılı olaraq qiymət 25 manatadək qalxa bilir. Seans müddəti isə 2-5 dəqiqədir. Eynilə günəşdə qaralma effekti verən şüalar insan dərisinin tez bir zamanda 1-2 ton tündləşməsi üçün imkan yaradır. Bu cür qaralma insan sağlamlığı üçün heç də xeyirli deyil, çünki lampalarla tez bir zamanda qaralma dəri funksiyasının pozulmasına səbəb ola bilir.

Terapevt Xatirə İsayevanın sözlərinə görə, təbii üsulla qaralma insan sağlamlığı üçün də xeyirlidir. Belə ki, günəş şüaları altında qaralmaq insan bədənini möhkəm, xəstəliklərə qarşı daha davamlı edir. Məhz bu cür qaralanlar təxminən 7-8 ay qrip daxil olmaqla, bir çox xəstəliklərdən bir növ sığortalanmış olurlar. Solyari ilə qaralma isə nəinki insan orqanizmini möhkəmlədir, əksinə bədən möhkəmliyini daha da azaltmış olur. Çünki normal günəşlənmə zamanı insan bir günə qaralmır, solyaridə isə artıq birinci seansdan effekt üzdə olur: "Ultrabənövşəyi şüaların dəriyə xeyrindən çox ziyanı var ki, bundan da əksər insanlar xəbərdardır. Buna baxmayaraq yay aylarında birbaşa günəş altında günəşlənən insanlar kifayət qədərdir. Bir günəşlənmə müddəti təxminən 10-15 dəqiqə müddətində olmalıdır. Uzunmüddətli günəş qəbulu dəri yanıqları ilə birikdə xərçəng riskini də artırmış olur. Bu, artıq tibbi cəhətdən sübut olunmuş bir haldır. Əslində solyari qəbulu elə də pis hal deyil. Lakin həkim nəzarəti altında olmalıdır. Düzgün qəbul edilən solyari insan orqanizmini möhkəmlədə bilər. İmmun sistemi zəif olan insanlar üçün də solyari müalicə effekti verə bilər. İnsanlar isə solyarini sadəcə estetik baxımdan qəbul edirlər və əksəriyyəti də həkim müayinəsindən keçmir. Təbii ki, istər günəş olsun, istərsə də solyari, hər ikisi insan orqanizminə faydaları ilə birlikdə zərər də verə bilir. Buna görə də hər bir seans dozasında olsa, sağlamlıq üçün daha faydalı olar".

Qeyd edək ki, statistik məlumatlara görə, dünyada hər il 145 minədək solyari istifadəçisi dəri xərçənginə mübtəla olur. Azərbaycanda isə dəb halını alan və durmadan reklam edilən qaraltma qurğularından istifadədə mütəxəssis rəylərini nəzərə almaq vacibdir. Həkimlər hamilə qadınlara, körpəsinə süd verən analara, gözlərində, ürəyində, dərisində, qanında, ciyərlərində problem olan, həmçinin həssas dəriyə sahib adamlara, qan təzyiqi, şəkərli diabet və onkoloji xəstəliyi olanlara solyaridən uzaq durmağı tövsiyə edirlər. Solyari gözlərdə katarakt, dəridə yanıq yarada bilər. Solyari təkcə estetik, kosmetik məqsədlə yaradılmayıb. Onun həm də müalicəvi effekti var. Təəssüf ki, süni qaralmanın effektindən Azərbaycanda istifadə edilmir. Solyari harada yerləşdirilsə, yalnız estetik tərəfinə maraq göstərilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2293   Tarix: 20 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925