"Rəsmi qarşılanma olsa, çempionatın finalında oxuyaram" - MÜSAHİBƏ

"Rəsmi qarşılanma olsa, çempionatın finalında oxuyaram" - MÜSAHİBƏFutbol üzrə 20-ci dünya çempionatının davam etdiyi bir vaxtda müxtəlif məşhurlar oyunlara proqnozlar verir, favoritlərini açıqlayırlar. Bəzi məşhurlar isə bir qədər də irəli gedib indidən dünya çempionunun kim olacağıyla bağlı versiyalar irəli sürürlər. AzNews.az saytı da hazırda davam edən mundialla bağlı tanınmış müğənni, əməkdar artist Baloğlan Əşrəfovun proqnozlarını öyrənib.

-Baloğlan müəllim, dünya çempionatının oyunlarını izləyirsiniz?

-Hə, bütün oyunları izləyirəm. Hətta gecə saat 3-də olan oyunlara da baxıram, səhər də yerimdən dura bilmirəm.

-Ən xoşunuza gələn oyun hansı oldu?

-Çempionatın açılışında Braziliyanın Xorvatiyaya 3:1 hesabı ilə qalib gəldiyi oyun xoşuma gəldi. İranın oyunun çox gözləyirdim, Nigeriya ilə heç-heçə oynadı. İndiyə kimi keçirilən bütün oyunlara baxmışam. Hiss edirəm ki, son 2-3 gündə temp bir az aşağı düşüb, heç-heçələrin sayı artıb.

-İspaniyanın Hollandiyaya 5:1 hesabı ilə biabırçı şəkildə uduzacağına inanardınız?

-İspaniyanın məğlubiyyətini dost-tanışlarıma çoxdan demişdim. Ona görə onları darmadağın da elədilər.

-Sizcə niyə belə oldu?

-Artıq bütün rəqiblər İapaniyanın oyunçularının fəndlərindən, taktikalarından xəbərdar idilər. Bir məqamı xüsusi qeyd edim ki, İspaniya üzərində qazanılan qələbədə Aryen Robbenin böyük əziyyəti var. Hər dünya çempionatında bir futbolçu parlayır. Bu il də Robben dünya çempionatının ulduzu ola bilər. Amma gərək onun ikinci oyununa da baxım. Lionel Messi də nisbətən digər oyunçulardan fərqlənir.

-Bəs Portuqaliya niyə Almaniyaya 4:0 uduzdu?

-Alınmayanda alınmır da. Dəqiq nəsə demək olmaz.

-Azarkeşlik etdiyiniz komanda hansıdır?

-İrana və Rusiyaya azarkeşlik edirəm. Amma oyun xüsusiyyətlərinə görə Hollandiyanın oyunu çox xoşuma gəlir.

-Sizcə bu çempionatda Azrəbaycandan daha zəif komandalar var?

-Dünya çempionatında zəif komanda olmur. Onların hər birinin "qab"ında nəsə var. Azərbaycan futbolunun da belə çempionatlarda təmsil olunmasını biz yalnız xəyallarımızda yaşadırıq. Bizim milli komandanın dünya, yaxud Avropa çempionatında iştirakını görməyimə ömrümün çatıb-çatmayacağını deyə bilmərəm. Amma deyə bilərəm ki, Azərbaycan futbolunda çoxlu dəyişikliklər olandan sonra bizim milli də mundiala vəsiqə qazana bilər. Hazırda bu, mümkün deyil. Futbola aid dövlət proqramı təsdiq olunmalıdır. Ümumiyyətlə, möhtərəm prezident hansı sahə üzrə sərəncam imzalayırsa, məmurlar çalışırlar ki, onu icra eləsinlər. Amma nə qədər ki, "get, ay batandan sonra gəl, ay oğlan" məsələsidir, ona görə də çətin ki nəsə alınsın.

-Sizcə Azərbaycanda dünya çempionatında oynamağa layiq futbolçular var?

-Bəli. Əfran İsmayılov, Ağabala Ramazanov çox istedadlı oyunçulardır. Ağabalanı bir balaca sistemə qoysalar, çox gözəl oyunçudur. Digər komandalarda da var. Onları tapmaq lazımdır.

-Bir az da yerli çempionatdan danışaq. Bu il hansı komandanın oyununu bəyənmədiniz?

-Deyir sənə güvəndiyim dağlar sənə də qar yağarmış. İndiyə qədər başa düşmürəm ki, "Xəzər Lənkəran" niyə nailiyyət qazana bilmir. Bu, mənim üçün təəccüblüdür. "Neftçi"də nə baş verdiyini bilmirəm. "Qarabağ"ın oyununu isə çox bəyənirəm. İnşallah Avrokuboklarda bütün oyunlarına gedib baxacağam.

-Nə əcəb gedib dünya çempionatının oyunlarına canlı baxmırsıız?

-Müğənni adamam, indi bizim sezonumuzdur (gülür).

-Birdən təklif olunsa ki mundialın açılışında oxuyasınız…Bəs onda?

-Gedərəm. Niyə getmirəm ki? Bunu təkbaşına edə bilmərəm. Məni rəsmi qaydada qarşılayan olsa, niyə getmərəm? Mən futbol azarkeşiyəm.

-Sizcə bu dünya çempionatında ən zəif çıxış edən komandalar hansılardır?

-Bir komanda ki, 5:1, 4:0 uduzur, onun barəsində yaxşı nəsə demək olar? Həm İspaniya, həm də Portuqaliya mənim üçün zəif komandalardır.

-Bəs yarımfinala kimlər çıxacaq?

-Braziliya, Hollandiya, Almaniya və Meksika yarımfinalda oynayacaqlar. Meksikanın Braziliya ilə oynadığı oyun çox xoşuma gəldi.

-Bəs finala kim vəsiqə qazanacaq?

-Adını çəkdiyim dörd milli komandanın hər biri çempion ola bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 942   Tarix: 19 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Danışığıma lağ edənlər paxıllığımı çəkənlərdir, yenə evdən işləyirəm" – Elmar Məmmədyarovla MÜSAHİBƏ

"2020-ci ildə imzalanan üçtərəfli bəyanatın şərtərinə uyğun olaraq sülhməramlıları Qarabağa yerləşdirmək vacib məsələ idi. Hər bir halda hansısa qüvvə Azərbaycan və Ermənistan qoşunlarının arasında olmalı idi". "Bizdə evə alış-verişi həyat yoldaşım edir. Ona görə də qiymətlərdən xəbərsizəm"

09.03.2023 4303
.

Aqil Acalov:"Bizdə idmana sponsorluq etmək mədəniyyəti inkişaf etməyib" -VİDEOMÜSAHİBƏ

"İdmanın inkişafı sırf dövlətdən asılı deyil. İş adamlarının üzərinə böyük məsuliyyət düşür. Təəssüf ki, bizdə idmana sponsorluq etmək mədəniyyəti bir o qədər də güclü inkişaf etməyib. İdman yarışlarının təşkil olunması üçün çox böyük məbləğ tələb olunur". Bu sözləri Azərbaycan Braziliya Ciu-Cits

25.01.2024 1175
.

"Qələbə xəbərindən sonra yoldaşım zəng vurub ağlaya-ağlaya..." - Jalə Həsənli - FOTOLAR

Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun möhtəşəm qələbəsi sayəsində ərazi bütövlüyümüzün bərpasına səbəb olan Vətən müharibəsinin başlamasının 1 ili tamam olur. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə hər il 27 sentyabr anım günü kimi qeyd ediləcək. Belə bir günd

27.09.2021 21194
.

BiG.AZ saytı necə quruldu? 19 illik inkişaf yolu Namik Abdullayev

saytının qurucusu, Online Biznes üzrə ekspert Namik Abdullayev "Bizneskar" YouTube kanalında qonaq olub. Müsahibəni Namik Abdullayevdən Fuad Muxtarov götürür

05.08.2023 2623
.

Azərbaycan əsgəri ilə bağlı xatirəsindən danışarkən kövrələn Reza Deqati ilə VİDEOMÜSAHİBƏ

Dünyaşöhrətli fotoqraf, hərbi müxbir Reza Deqati -ın qonağı olub. Cənubi azərbancanlı olan fotoqraf İran inqilabı zamanı göstərdiyi fəaliyyətindən, Azərbaycanın dar günlərində iştirakından, müharibə xatirələrindən danışıb. 2-ci Qarabağ müharibəsi zamanı bir əsgərlə bağlı xatirəsindən söhbət açan Rez

05.05.2022 5643
.

Məşhur türk serialında çəkilən rejissorumuzla VİDEOMÜSAHİBƏ

"Rejissor, ssenarist, aktyor - mənim üçün bunlar bir vəhdət təşkil edir". Bu sözləri -a müsahibəsində kinorejissor, ssenarist, aktyor Natiq Axund deyib. Rejissor izləyicilərimizə qısametrajlı filmlərindən, İstanbulda yaşamasından, Türkiyənin məşhur "Savaşçı" filminə dəvətindən v

10.03.2022 6702
.

Tərlan Novxanı necə məşhurlaşdı? - Meyxanaçı ilə səmimi VİDEOMÜSAHİBƏ

"Təyyarəyə minəndə özlüyümdə düşündüm: "Tərlan, daha nağıl bitdi. Bu sözləri BİG.AZ-a müsahibəsində məşhur meyxanaçı Tərlan Novxanı deyib. Meyxanaçı izləyicilərimizə sənət yolundan, Özbəkistandakı məşhur konsertindən və şəxsi həyatından danışıb. O bildirib ki, irəli getmək üçün istedad tə

12.02.2022 7222
.

"Mən bu gün də səhnəyə çıxanda həyəcan keçirirəm" - Cavidan Novruzla MÜSAHİBƏ

"Məşhur olmaq üçün atamın adından heç vaxt istifadə etməmişəm". Bu sözləri -a müsahibəsində məşhur aktyor, müğənni Cavidan Novruz deyib. Gənc aktyor izləyicilərimizə sənət yolundan, məşhurluğun müsbət və mənfi tərəflərindən, sosial şəbəkələrdə yazılan rəylərdən və şəxsi həyatından danışıb

16.06.2022 5969