Azərbaycanlı qadın və erməni kişi qol-boyun oldular – FOTO

Azərbaycanlı qadın və erməni kişi qol-boyun oldular – FOTOOhancanyan Xocalıya görə Azərbaycandan üzr istəyən yeganə ermənidir.

"Facebook" sosial şəbəkəsində azərbaycanlı hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva ilə Helsinki Vətəndaş Asambleyasının Dağlıq Qarabağ üzrə nümayəndələrindən biri, erməni Karen Ohancanyanın birgə fotosu yayılıb.

BiG.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, foto Gürcüstanda – Tiflisdə çəkilib.

Həmin fotonu təqdim edirik.

Qeyd edək ki, A.Abdullayeva Azərbaycan hökumətini tənqid etdiyi kimi, Karen Ohancanyan da Ermənistan hökumətini tənqid edir. O, həm də Ermənistanda yeganə adamdır ki, Xocalı faciəsinə görə Azərbaycandan üzr istəyib. Ohancanyan bunu 2009-cu ildə "Azadlıq" radiosuna müsahibəsində deyib:

"Mən Ermənistanda yeganə adamam ki, Xocalıda yaşayan Azərbaycan millətindən olan dinc vətəndaşlara qarşı zorakılığa görə şəxsən öz adımdan üzr istəmişəm. Biz çalışmalıyıq ki, gələcəkdə xalqlarımız arasında belə zorakılıqlar yaşanmasın.

Biz əlimizdən gələni etməliyik ki, barışıq prosesi başlasın, bizim xalqlar dinc yanaşı yaşasınlar. Xocalı bizim tariximizdə çox kədərli bir faktdır. Biz bunu unutmamalıyıq və çalışmalıyıq ki, belə hadisə bir də baş verməsin".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2073   Tarix: 18 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040