Azərbaycanlı xanım vitse-prezident təyin edildi - FOTO

Azərbaycanlı xanım vitse-prezident təyin edildi - FOTOSon bir il ərzində "TeliaSonera İnternational Carrier" şirkətinin Stokolhmda yerləşən ofisində Kommunikasiya şöbəsinin rəhbəri vəzifəsini icra etmiş Ülviyyə Həsənzadə "TeliaSonera Avrasiya" şirkətinin İstanbuldakı regional ofisinə Korporativ Ünsiyyət üzrə vitse-prezident vəzifəsinə təyin olunub.

BiG.AZ-ın ANS PRESS-ə istinadən məlumatına görə, Ülviyyə Həsənzadə "Azercell Telekom"da karyerasına 2008-ci ildə Korporativ Ünsiyyət şöbəsinin rəhbəri vəzifəsində başlayıb.

Məlumat üçün bildirək ki, Ülviyyə xanım ictimaiyyət və mətbuat, hökumət orqanları və korporativ əlaqələr sahəsində 15 ildən artıq təcrübəyə malikdir. Ü.Həsənzadə peşəkar karyerasına Azərbaycan Respublikası Prezident Administrasiyasının sosial-siyasi şöbəsində başlayıb. Daha sonra Böyük Britaniya Parlamentinin İcmalar palatasında çalışıb. 2006-ci ildə "Weber Shandwick" adlı Qlobal PR şirkətinin Azərbaycan bürosunda biznesin inkişafı üzrə direktor vəzifəsində çalışıb.

Ülviyyə Həsənzadə Bakı Dövlət Universitetin beynəlxalq münasibətlər fakültəsini və Böyük Britaniyanın Sasseks Universitetinin İnkişaf Elmləri İnstitutunu beynəlxalq siyasət ixtisası üzrə magistr diplomu ilə bitirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1523   Tarix: 18 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040