Türkiyə prezidentliyinə Azərbaycanlı namizəd

Türkiyə prezidentliyinə Azərbaycanlı namizədTürkiyə prezidentliyinə müxalifətin vahid namizədi Ekmaladdin İhsanoğlu əslən azərbaycanlı imiş.

Publika.Az-ın apardığı araşdırmadan məlum olub ki, İhsanoğlunun ulu babaları Şirvanda yaşayıblar. Azərbaycana səfər edən zaman o, Şamaxıya gedərək ulu babalarının məzarını da ziyarət etmişdi. Yerli telekanallara müsahibəsində Şirvan əsilli olduğunu deyib.İhsanoğlunun nəsli XVIII əsrdə Səvəfi-Osmanlı çəkişmələri zamanı Şirvandan Yozqata mühacirət ediblər.

Babasının doğulduğu Yozqat türkmənlərin sıx yaşadığı yerdir. Zülqədərlu (osmanlıca Dulkadaroğulları) elatının məskunlaşdığı vilayətdir. Zülqədərlular əslən cənubi azərbaycanlı sayılırlar. Daha sonra babası Yozqatdan Rodos adasına köçüb. Rodos işğalından sonra Türkiyədəki "şapqa qanunu" üzündən Türkiyəyə deyil, Misirə köç ediblər. Misirdə türkoğlu deyilən türkəsilli elita ilə yaxın olublar.

E. İhsanoğlu 70-ci ilə kimi Misir vətəndaşı olub. Qahirədə və İngiltərədə təhsil alıb. Misirdə Osmanlı tarixini tədris və tədqiq edib. 70-ci ildən Türkiyəyə köçüb. 25 ildir İslam Əməkdaşlıq Təşkilatında çalışıb, qurumun baş katibi də olub. İƏT-in baş katibi olanda Azərbaycana sıx-sıx səfər edib, Heydər Əliyev Fondu, XİN və digər qurumlarla birgə tədbirlər keçirib.

İhsanoğlunu Türkiyədə sevməyənlər də var. Millətçilər onun Misirdə doğulduğunu, Səudiyyə Ərəbistanı ilə sıx əlaqələrinə görə qəbul etmirlər. Hətta bəzi millətçi qəzetləri onu "Vahid namizəd Sisi" deyə təqdim edirlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1447   Tarix: 17 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040