İmam Həsən ibn Əli

İmam Həsən ibn ƏliMənbə: http://zikr.az

      Əbu Muhəmməd Həsən ibn Əli ibn Əbu Talib Peyğəmbərin nəvəsi, qızı Fatimənin oğlu, Cənnətlə müjdələnmiş, malı və canı ilə İslam dininə xidmət etmiş ən məşhur səhabələrdəndir. Hicrətin üçüncü ilində ramazan ayının ortalarında Mədinə şəhərində dünyaya gəlmişdir. Muhəmməd ibn əl-Hənəfiyyə rəvayət edir ki, Əli ibn Əbu Talib demişdir: "Həsən dünyaya gəldikdə, mən ona Həmzə adını, Hüseyn doğulduqda isə ona əmisinin adını – Cəfər adını qoymuşdum. Sonra Peyğəmbər məni çağırıb dedi: "Mənə bunların adlarını dəyişdirmək əmr olundu!" Mən dedim: "Allah və Onun rəsulu daha yaxşı bilir!" Onda Peyğəmbər onlara Həsən və Hüseyn adını qoydu" (Silsilətul Əhadisis-Səhihə, 2709).
      Rəvayət edilir ki, Peyğəmbər Həsəni çiynində apararkən belə demişdir: "Allahım, mən onu sevirəm, Sən də onu sev!" (Səhih əl-Buxari, 3749).
Digər rəvayətdə deyilir ki, Peyğəmbər onu qucaqlayıb öpdü və dua edib dedi: "Allahım, onu sev və onu sevən kimsələri də sev!" (Səhih əl-Buxari, 2122).
Həsən Peyğəmbərə ən çox oxşayan səhabədir. Əbu Cuheyfə demişdir: "Mən Peyğəmbəri görmüşəm. Həsən ibn Əli ona oxşayırdı" (Səhih əl-Buxari, 3544).
Başqa bir rəvayətdə Ənəs ibn Malik demişdir: "Peyğəmbərə Həsən ibn Əli qədər çox oxşayan bir kimsə yox idi" (Səhih əl-Buxari, 3752).
Bir başqa rəvayətdə Uqbə ibn Haris demişdir: "Bir dəfə Əbu Bəkr əsr namazını qıldıqdan sonra məsciddən bayıra çıxdı. Bu vaxt o, Həsənin uşaqlarla oynadığını gördü və onu çiyninə otuzdurub dedi: "Atam sənə fəda olsun, sən Əlidən çox Peyğəmbərə oxşayırsan" Əli bu sözü eşidəndə güldü" (Səhih əl-Buxari, 3542).
      Həsənin müsəlman ümməti üçün etdiyi ən böyük xeyirxahlıq onların arasında baş verə biləcək böyük bir qırğının qabağını almaq olmuşdur ki, bunun barəsində də Peyğəmbər əvvəlcədən xəbər verib belə buyurmuşdur: "Mənim bu oğlum çox hörmətli şəxsiyyətdir. Vaxt gələcək, o, müsəlmanlardan iki böyük dəstənin arasını düzəldəcəkdir" (Səhih əl-Buxari, 2704).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 3246   Tarix: 16 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Səudiyyə Ərəbistanı builki Həcc ziyarətinin ilkin şərtlərini AÇIQLADI

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bəyan edib ki, builki Həcc ziyarəti "xüsusi şərtlər" altında həyata keçiriləcək. AZƏRTAC-a istinadən bildirir ki, nazirliyin sözçüsü keçirdiyi mətbuat konfransında krallıqda Həcc ziyarətinin təhlükəsiz şəraitdə keçirilməsi üçün Səudiyy

10.05.2021 1956
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir

09.05.2021 2237
.

Din xadimləri dünya ictimaiyyətinə müraciət etdi

Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsi məlumat verib. Müraciət mətnində deyilir:. "Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrini

24.07.2020 2475
.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO

Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana "bu firtədir" demək də məqsədəuyğun sayılmır. "81 qram qızıldan artıq imkanı ola

23.05.2020 3532
.

Uşaq doğulanda adına qurban kəsməyin və ətindən istifadə etməyin qaydası necədir?

Ailədə uşaq doğularkən kəsilən qurbana şəriətdə "əqiqə" deyirlər. Yaxşı olar ki, oğlan uşağından ötrü erkək, qız uşağından ötrü dişi heyvan kəsilsin. Əqiqə qurbanlığını uşağın yeddi günlüyündə kəsmək müstəhəbdir. Əqiqə heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət deyil, yaxşı ola

29.11.2020 4235