Solmayan bənövşələr [Hekayə]

Solmayan bənövşələr [Hekayə]

Məktəbdən evə qayıdan Zəhra anasının həyətdəki kiçik başçada bənövşə əkdiyini görür.
Zəhra təəccüblə soruşur:- Anacan, müəlliməmiz bizə öyrədir ki,bitkilər gün işığıda daha tez böyüyürlər, sən isə onları kölgəlikdə əkirsən?.
Anası belə cavab verir:- Bənövşələr fərqli bitkilərdir, qızım.
Zəhra o gündən bu barədə çox düşünür: bəlkə bənövşələr fərqli olduqları üçün bu qədər gözəldir? Əgər mən də fərqli olaramsa, başqalarından gözəl görünərəm.
Həmin il Zəhragilin sinfinə Hacər adlı bir qız gəlir. O da başqalarından fərqlənirdi. Amma onun fərqliliyi tamam başqa idi. Hacər kasıbyana geyinər, üst-başı palçıqlı və səliqəsiz olardı. Odur ki, müəllimə Hacərə yer göstərəndə qızlardan heç biri onunla yanaşı oturmaq istəmir. Təkcə Zəhra Hacərlə oturmağa razı olur. Anası ondan bunun səbəbini soruşduqda deyir:
-Anacan, bənövşələri əkdiyin zaman onların günəş işığını sevmədiyini və fərqli gül olduqlarını dediyin yadındadır? Mən də fərqli olmaq istəyirəm. Bəlkə Hacər də gözəldir, amma bunu kimsə görmür. Mən onun gözəlliyini kəşf etmək istəyirəm.
Ana 10 yaşlı qızının sözlərinə heyran olur. Qış tətilində Zəhra ailəsi ilə birlikdə şəhər kənarına gedir. Onlar təbiətin qoynunda dincəlmək istəyirlər. Zəhra ailəsində ayrılıb qəsəbənin küçələrini tək dolaşmağa başlayır. Daxmaya bənzəyən bir evin qarşısında dayanır. Pencərənin kənarında tər bənövşələri görüncə gözlərinə inanmır. Bir neçə addımda irəliləyir, pencərədən içəriyə boylanır. Balaca, qaranlıq otaqda rəfiqəsi Hacəri görür. Hacər məsum gözləri ilə gülümsəyərək
-Xoş gəldin, Zəhra, içəri gəlsənə- deyir. Zəhra sevincək halda içəri daxil olur. Çaşqınlıqdan deyə bilmədiyi yalnız
-Bənövşələr bu soyuqda... olur.
Hacər yataqdakı anasını işarə edərək deyir:
- Anam onları çox sevir".
Zəhra təəccüblə soruşur:
- Anan xəstədir?
Hacər bir qədər tutularaq deyir:
- Hə, iki ildir ki, anam xəstədir, ona mən baxıram. Atam dünyasını dəyişdikdən sonra qohumları bizdən üz çevirdi. Bir inəyimiz var, onunla keçinirik. Hər gün dərsə gecikməyimin, üst-başımın səliqəsiz olmasının səbəbi budur.
Bir anlıq dünya Zəhranın başına fırlanır. Axir ki, Hacərin fərqliliyini kəşf edə bilmişdi. Qız balaca qolları ilə Hacərin boynuna sarılır., " səni özümlə aparacağam" deyir.
Zəhra valideynlərindən Hacərlə anasını öz evlərinə aparmalarını və onlarla birlikdə yaşamağa icazə vermələrini xahiş edir.
Valideynləri Zəhranın sözünü yerə salmır və yoxsul ailəyə sahib çıxırlar.
Bu, həyatda rast gəldiyimiz, bəzən görüb fərqinə varmadığımız hallardan yalnız bir nümunə idi. Başqalarının görmədiyi gözəllikləri görə bilirikmi? Müsbət mənada başqalarından fərqlənməyə çalışırıq? Onların fərqliliyini dərk edə bilirik?
Çalışsaydıq və görə bilsəydik, ətrafdakı yüzlərlə gözüyaşlı yetim və kimsəsiz uşaqların dərdinə şərik olardıq. Onlar göz yaşları axıtdıqları zaman bizim də qəlbimiz ağrıyardı. Amma hələ ki axan göz yaşlarıdı.

Hz. Muhəmməd (s.ə.s) buyurur: " Əsl yaxşılıq odur ki, gizlində də, aşkarda gördüyün iş görəsən"

İmam Hüseyn (ə) buyurur: "Ən səxavətli insan ona ümüd bəsləməyənə bəxşiş edəndi"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3405   Tarix: 06 iyul 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817