Hürrəm Sultan getdi, Kösem Sultan gəlir - VIDEO

Hürrəm Sultan getdi, Kösem Sultan gəlir - VIDEOÖtən gün final bölümü yayımlanan "Muhteşem yüzyıl" serialından sonra Osmanlı İmperiyasının daha bir dövrü ekranlaşdırılır.

BiG.AZ "Vatan" qəzetinə istinadən xəbər verir ki, 2011-ci il yanvarın 5-də nümayişinə başlanılan "Muhteşem yüzyıl" serialının son - 139-cu bölümünün yekununda yeni "Kösem Sultan" serialının ilk tanıtım fraqmenti yayımlanıb.

"Muhteşem yüzyıl"ın istehsalçısı olan TİM'S şirkətinin ərsəyə gətirəcəyi "Kösem Sultan" serialının hazırlıqlarına start verilib və artıq yeni filmin dekor çalışmalarına başlanılıb.

Bu serialda da baş rolun (Kösem Sultan) Məryəm Üzərliyə tapşırılması gözləntisinə baxmayaraq, onun bu təklifə razılıq vermədiyi bildirilib.

Kösem Sultan Kimdir?

Kösem Sultan 1590-cı ildə anadan olub. Əsil adı Anastasia olub və 15 yaşında Osmanlı sarayına gətirilib.

Sultan I Əhmədin cariyəsi olub və dünyaya 4 oğul, 2 qız gətirdikdən sonra sarayda mövqeləri güclənib.

Saraya gətirildikdən sonra ona Mahpeykır adı verilsə də, dərisinin gözəlliyinə görə Kösem Sultan adlandırılıb.

Kösem Sultanın oğulları IV Murad və I İbrahim Osmanlı imperatoru olublar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1872   Tarix: 12 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040