Kim hansı orqanını sığorta edib?

Kim hansı orqanını sığorta edib?

Məlum olduğu kimi, bir sıra əcnəbi məşhurlar bədənlərinin müxtəlif nahiyələrini sığorta edir.

BiG.AZ publika.aza istinadla tanınmış ulduzların bədənlərinin hansı hissəsinin daha çox qiymətləndirildiyi barədə materialı diqqətinizə təqdim edir.

ABŞ-lı rəqqas, xoreoqraf, aktyor və müğənni Fred Aster öz çevik ayaqlarını 150 min dollara sığorta edib.

Müğənni Tina Törner isə ayaqlarını 1,5 milyon dollara sığortalayıb.

Rihanna ayaqlarına 2007-ci ildə yarım milyon dollar qiymət qoyub.

Futbolçu Ronaldo da ayaqlarını sığortalayıb – 80 milyon dollara.

Meray Keri 2006-cı ildə "Gillette" ülgüc reklamından sonra "İlahə ayaqları" adını aıb və ayaqlarını 1 milyard dollara sığortalayıb.

Kayli Minoq məşhur ombalarını da sığortalamaq fikrinə düşüb. O, ombalarına 2,5 milyon dollar qiymət qoyub.

Gitaraçı Kit Riçards əllərini 1 milyon, Dolli Parton sinəsini 36 min dollara sığortalayıb.
Müğənni Madonna da həmkarlarından geri qalmayaraq sinəsini 1,2 milyon dollara qiymətləndirib .

Öz əsrarəngiz təbəssümü ilə tamaşaçıları heyran qoyan Culiya Roberts isə gülüşünü 18 milyon dollar dəyərində sığortalayıb.

Tom Cons isə sinə tüklərini yarım milyon, amerikalı kriket ustası Merv Hac bığlarını 200,000 dollara sığorta edib.
Ən maraqlısı – musiqiçi Devid Li Rot isə öz spermasına 600,000 dollar qiymət qoyub.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 942 Tarix: 13.06.2014
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
yalnizadam
yalnizadam 14.06.2014
Delidiler eyy.


 
Atiii
Atiii 13.06.2014
AMA MENCE HEKIME GETMISKEN BASDARINI YOXLATSAYDILAR ELA OLARDI

TWK CANIM
А ты попробуй сказатъ в лицо то,
что говоришъ за спиной...


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər