Fəlakətlə - MÜSAHİBƏ

Fəlakətlə - MÜSAHİBƏFəlakət obrazı bu gün gündəmi zəbt edib. Bu adı seçərkən gənclərin arasında fəlakət qoparacağınızı bilirdinizmi?

- Obrazımın seviləcəyini bilirdim, ancaq bu qədərini təsəvvür etmirdim. Bu mənim üçün çox sevindirici oldu. Fəlakət çox saf bir obrazdır. El dilində desək, "tupoy"dur. Onun hərəkətləri obraza şirinlik gətirir. Əslində hər insanın ətrafında Fəlakət kimi insanlar var. Olmasa belə maraqdan o obrazı alındırmağa çalışırlar. Fəlakət yeni bir obraz olduğu üçün hər kəsin sevimlisinə çevrildi. Buna səbəb isə indiyə kimi belə bir obraz olmaması idi.

- "Bozbash Pictures"in ssenarisini kim yazır? Ümumiyyətlə, iş rejiminiz çətin deyil ki?
- İş rejimimiz çox çətindir. Ancaq biz bu çətinlikdən zövq alırıq. Həm də insanlar tərəfindən işimizin dəyərləndirildiyini görəndə, onların reaksiyasını sosial şəbəkə vasitəsi ilə izləyəndə o yorğunluqdan əsər-əlamət qalmır. Hər birimiz ssenarinin yazılma prosesində iştirak edirik. Bizim ssenaristimiz Ənvər Abbasovdur, onunla bir yerdə mövzunu qoyub məsləhətləşirik. Proseslərin hamısında özü iştirak edir. Fəlakət obrazım var deyə gedib birbaşa çəkiliş meydançasında oynamıram. Verilişin montajını da Ramil Babayevlə mən edirəm. "Bozbash Pictures" efirə gedən dəqiqələrə kimi biz onun məsuliyyətini daşıyırıq. Tək aktyorluq sahəsində desəydim, bir az rahat olardım. Bütün çəkiliş prosesində ekran qarşısında və ekran arxasında iştirak edirik.

- Belə bir obrazın yaranması ilk olaraq kimin ağlına gəlib?

- Fəlakət obrazın yaranması çox təsadüfi oldu. Bundan öncə başqa bir obraz canlandırırdım. Mənim obrazımda ifadə etdiyim sözlərin hamısı mənə məxsusdur. Obrazımın üzərində işləyirəm və bu obrazın formalaşmasında məndən başqa heç kim rol oynamır. Bundan əvvəl, layihəyə yeni başlayanda 2011-ci ildə türk obrazını canlandırırdım. İki il bu şəkildə davam etdik. Ondan sonra mədəni insan obrazını canlandırdım. Sonra müəyyən səbəblərdən məsləhət oldu ki, obrazımı dəyişim. Düşündük ki, biz nə edək və nəticədə bu obrazı yaratmağa qərar verdik. Fəlakət iki ilə adsız olub. Əslidə bu adın verilməsi də təsadüf şəkildə olub. Bu ad İlkin Həsənli tərəfindən verilib. Çəkilişlərin birində İlkin Şəmi obrazını yaradarkən təsadüfən mənə Fəlakət dedi və o gündən etibarən adım Fəlakət qaldı. Ancaq ondan qabaq adım yox idi deyə, mənə "Əla, Əla" deyirdilər. 2013-cü ildən sonra bu ad yarandı və qərara aldıq ki, bu adla davam edək.

- Bu obrazınızla "tupoy" el arasında desək, "lom" gənclərə nə demək istəyirsiniz?
- Bizim tamaşaçılara çatdırdığımız verilişdə mətnaltı mənalar var. İnsanlara sözümüzü gülüş vasitəsi ilə deyirik. Fəlakətə oxşayan insanlar var, ancaq mənim yaratdığım obraz həmin insanların qabarıq formasıdır. Hansı ki, bu insana dözmək mümkün deyil. Hər kəs düşünür ki, mənim belə bir dostum olsa, mən onunla necə yola gedərəm? Bu obrazın bir maarifləndirici tərəfi var. Orada işlətdiyimiz sözlərin mətnaltı mənaları var. Görün insanlar sözləri əksinə başa düşsələr, həyatda nələr baş verər və hadisələri hansı səviyyəyə gətirib çıxarar? Ssenari yazarkən hər zaman mətnaltı mənaya önəm veririk.

Misal üçün, Mingəçevirdə çəkilişdə olarkən cin çıxarmaq məsələlərinə müraciət etdik. Bir müddət insanlar arasında bu böyük marağa səbəb olmuşdu. Guya cin çıxaran insanlar var. Təəssüflər olsun ki, belə cəfəngiyatlara inananlar da var. Biz gənclər buna inanmırıq və bizim ətrafımızdakılar da bu kimi gülünc uydurmalara inanmırıq. Müəyyən kütlə belə şeylərə inanır. Biz də öz ssenarimizi o şəkildə qururuq ki, insanlar yanıldıqlarını görsünlər. Qoy görsünlər ki, bu, insanların aldatmağın ən asan yoludur. Biz onu yumoristik şəkildə tamaşaçılara çatdırırıq. Belə olan halda nə tamaşaçılar, nə o cin çıxaranlar bizdən incimirlər.
Uğurlarımıza sevinirik.

- Gün keçdikcə Fəlakətlərin sayı çoxalır. Bu prosesdə siz özünüzü qınayırsınızmı?
- Mən burada mənfi heç nə görmürəm. Tamaşaçılar mənə deyir ki, evdə uşaqlar Fəlakətin dili ilə danışır. Ancaq indiyə kimi mən bundan şikayət edən tamaşaçı görməmişəm. Fəlakətin kiminsə həyatına pis təsir göstərməsini görməmişəm, görmək də istəmirəm. Mənə hər kəsin sevimlisi olan Fəlakət olmaq daha xoşdur.
- Bu bir aktyor kimi sizin uğurunuzdur. Ancaq bəziləri düşünür ki, gənclər arasında "tupoylaşma"ğa meyl daha da artır. Sizin imicinizi yaradıb sosial şəbəkələrdə özünü sizə oxşadan gənclər çoxalır. Nəinki gənclər, hətta obrazınızın simasında kafelər, marketlər, gözəllik salonları belə açılır.

- Hər kəs fikirləşir ki, mənim adıma olan obyektlər məhz mənə məxsusdur. Tam səmimi desək, onları görmək mənə xoş olur. Dostlarım mənə deyir ki, nə üçün imkan verirsən ki, sənin adına biznes qururlar, market açırlar. Səmimi deyirəm, bunlar hamısı mənə xoşdur. Azərbaycan kiçik bir ölkədir və burada tanınmaq çox asandır. Artıq 10 ildir ki, televiziyada çalışıram və bilirəm ki, televiziyada tanınmaq çox asan, sevilmək çox çətindir. Bizim insanları aldatmaq da çətindir. Ona milyonlar da xərcləyirsən. Misal üçün hər hansı bir müğənni milyonlar xərcləyir, tanınır, ancaq sevilmir. Sevilmək pulla alınmır, sevilmək üçün gərək insanların qəlbinə gedən yolu tapasan və onlara yaxın olasan. Bizim kollektivimiz bu sevgini qazanıbsa, bu uğura ancaq sevinmək lazımdır. Bunun başqa tərəfini fikirləşməyə isə heç vaxtımız da yoxdu. Biz öz işimizlə məşğuluq.

- Fəlakət öz yaxın qohumlarından olan Şəmini daha çox istəyir, yoxsa Şöşünü?
- Əslinə qalanda hər ikisini çox istəyir. Bu Fəlakətin görünməyən tərəfidir. Ola bilsin ki, gələcəkdə mən onun görünməyən tərəflərini də göstərim. Onun obrazlara qarşı sevgisi böyükdür. Fəlakət tərəfindən qohumlarına heç bir pislik gələ bilməz. Baş verən xırda səhvlər isə onun saflığından irəli gəlir. Fəlakətin hər zaman işlətdiyi bir söz var: "Biz qohumuq, dostuq!" bu sözün altında da bir məna var ki, bu davranışım, xüsusiyyətimlə mən sizə arxayınam. Şəmi bu obrazların başında durur, çünki Şəmi lap əvvəldən də idarəedici qohumdur, Şöşü isə onun xalası oğludur. Fəlakət ayrı seçkilik edə bilmir.
- Şəmimi, yoxsa Şöşümü?

- Nə Şəmini çox istəyirəm, nə də Şöşünü (gülür). Fəlakət ən çox özünü istəyir.
- Xarici ölkələrdə çəkilişlərə gedərkən sizi orada necə qarşılayırlar? Sizi tanıyırlarmı?
- Bizi azərbaycanlılar harada görürsə, orada yaxınlaşıb sevdiklərini deyirlər. Xüsusən Dubayda yaşayan azərbaycanlılar orada bizi çevrəyə almışdılar. İstanbulda, Moskvada da tamaşaçıların böyük sevgisini gördük. Biz hara gediriksə, öncədən sosial şəbəkədə onun elanını paylaşırıq. Paylaşanda getdiyimiz yerdə yaşayan azərbaycanlılar bundan məlumatlı olurlar, bilirlər ki, komandamızla həmin ölkəyə gəlirik, orada yaşayan azərbaycanlılar bizi aeroportda belə qarşılayarlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 5623   Tarix: 10 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İrina Şeykin büstqalterdə çəkdiyi "self"si 2 000-dən çox şərh topladı - FOTO

Rusiyalı supermodel İrina Şeyk "İntimissimi" markasından olan alt paltarında "selfi" paylaşıb. BİG.AZ-ın verdiyi xəbərə görə, "İnstagram" səhifəsinə yerləşdirilən makiyajsız fotoda 34 yaşlı model qara rəngli büstqalterdədir, boynunda isə "göz" formasında boyunbağ

08.07.2020 5471
.

"Deputat olmaq arzum yoxdur, böyük bir kütlənin məsuliyyətini öz üzərinə götürmək asan deyil"- Elməddinlə MÜSAHİBƏ

Azərbaycanda ən uzunömürlü komediya serialının baş qəhrəmanı, adı çəkilən kimi tamaşaçıların üzündə gülüş yaranan, tanınmış aktyor Elməddin Cəfərov -ın qonağı olub. Aktyorla olan səmimi müsahibəni təqdim edirik:. Bir müsahibənizdə "Ailəmlə birlikdə baxa bilmədiyim heç bir film və yaxud serialı bəyənmirəm"

30.01.2020 3689
.

Ciddi münasibətlər üçün ƏN YAXŞI tanışlıq saytları - REYTİNQ

"Mashable" portalı ciddi münasibətlər qurmaq istəyənlər üçün nəzərdə tutulan ən yaxşı tanışlıq saytlarının reytinqini tərtib edib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, birinci yerdə saytıdır. 1995-ci ildə istifadəyə verilən sayt altı ay ərzində qeydiyyatdan keçən hər kəsin özünə həya

21.02.2020 23053
.

"Mən klubu dağıdardım, amma ermənilərin təklifini qəbul etməzdim"-Moskvadakı "Qarabağ" klubunun yaradıcısı ilə MÜSAHİBƏ

2019-cu il yanvarın 26-da Moskvada "Qarabağ Moskva" futbol klubunun rəsmi təqdimolunma mərasimi keçirildi. Bununla da milli komandamızın Moskvadakı fəaliyyəti rəsmi olaraq uğurla davam etməyə başladı. "Qarabağ Moskva" futbol klubu haqqında daha ətraflı məlumatları komandanın yaradıcıs

16.12.2019 2177
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

"Az qalıram stolu götürüb başına çırpım"- Kamil Zeynallı ilə SƏMİMİ MÜSAHİBƏ

tanınmış idmançı, peşəkar məşqçi Kamil Zeynallı ilə müsahibəni təqdim edir:. Bu gün kifayət qədər tanınırsınız. Hər bir kəsə maraqlı olardı Kamil Zeynalı necə məşhurlaşdı?. Ümumiyyətlə, heç vaxt keçmişimi danan insan olmamışam.Mənim keçmişimdə, kasıb vaxtımda əlimdən tutan adamı cəmiyyətdə, ictimaiyyətd

22.11.2019 8851
.

"Diktafona oxunub, sonra da aranjemanın gücü ilə ortaya çıxarılan mahnıların ömrü az olur"-Bəstəkarla MÜSAHİBƏ

Musiqi insanın psixikasına fəal təsir edən incəsənət növlərindən biridir. Bədii zövqü tərbiyə etmək üçün sağlam musiqi dinləmək vacibdir. Bu işdə dinləyicinin seçimi qədər, bəstəkar və ifaçıların da rolu böyükdür. Bu gün Azərbaycan musiqisində ömrü bir ay olmayan mahnılar olduqca çoxdur. Bəs niyə uzunömürl

05.02.2020 5601
.

"Sosial şəbəkədə yoldaşımın qaşlarını müzakirə edirlər" - Aparıcı Aytəkinlə SƏMİMİ MÜSAHİBƏ - FOTOLAR

ın növbəti müsahibi, "Xəzər" televiziyasında yayımlanan "Evdəkilərə salam" proqramının aparıcısı Aytəkin Mərdanovadır. Aytəkin xanımla etdiyimiz səmimi müsahibəni təqdim edirik:. Aytəkin xanım, xoş gəlmisiniz. Təəssüf ki, ölkədəki vəziyyəti nəzərə alaraq, sizinlə uzun aradır görüş

27.04.2020 40043