Siçovul və ilan yeyən məhbuslar

Siçovul və ilan yeyən məhbuslarBiG.AZ publika.az-a əsasən bildirir ki, Vaşinqtonda yerləşən və Şimali Koreyada insan haqlarının vəziyyətini öyrənən Komitə "All Source Analyses System" adlı sistemin (Pentaqonun texniki kəşfiyyat vasitələrinin köməyi ilə məlumat toplama və analiz proqramının avtomatik idarəetmə sistemi) bu ölkədə siyasi məhbusların saxlandığı həbs düşərgəsindəki vəziyyətə dair tükürpədici hesabat yayıb.

Hesabat komitənin saytında yerləşdirilib. Şimali Hamqen əyalətində yerləşən 25 nömrəli həbs düşərgəsinə dair hesabat peyk çəkilişlərinin analizinə və BMT-nin xüsusi komissiyasının məruzəsinə əsaslanır.

Hesabata əsasən Şimali Koreyanın siyasi məhbuslar üçün nəzərdə tutulan həbs düşərgəsi son 4 ildə xeyli genişlənib və orada 3-5 min arasında siyasi məhbus yerləşdirilib.

Düşərgənin ərazisində 75 hektarlıq əkin torpaqları, istixanalar, bağlar, toyuq ferması, ağac məmulatlarının hazırlanması sexi yerləşir.

Peyk çəkilişlərinə əsasən iki qəbirstanlığın ərazisini də əkin sahələri üçün ayırıblar. Düşərgədə ölən məhbusları isə krematoriyada yandırırlar.

Keçmiş Şimali koreyalı siyasi məhbus Kim Qvan İrin danışdıqlarına əsasən Pxenyan rejimi siyasi məhbusları saatlarla, bəzən günlərlə əzabverici pozalarda, məsələn, əlləri arxasına bağlanmış vəziyyətdə ayaqlarından asmaqla saxlayır. Dindirmə zamanı huşunu itirənləri simulyasiyada ittiham edib daha amansız işgəncələrə məruz qoyurlar.

Düşərgənin sakinləri yarıac saxlanılır və onlar uşaqlarını yedirtmək üçün düşərgənin ərazisində siçovul, ilan ovlamalı olurlar. Şəkillərin birində hündürlüyü cəmi 100 sm, uzunluğu 120 sm olan təkadamlıq kamera təsvir olunub. Orada ancaq ikiqat əyilməklə dayanmaq olar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1806   Tarix: 12 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040