Azərbaycanlılar Ukraynada televiziya açdı

Azərbaycanlılar Ukraynada televiziya açdıBiG.AZ publika.az-a əsasən bildirir ki, Ukraynadakı Azərbaycan diasporunun internet üzərindən yayımlanacaq televiziya kanalı - "Diaspora TV" fəaliyyətə başlayıb.

"Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu" tərəfindən təsis olunmuş telekanalının məqsədi Azərbaycan mədəniyyəti, siyasəti, tarixi və dövlətçiliyini dünya ictimayyətinə təqdim etmək, ölkəmiz haqqında yayılan qeyri-obyektiv informasiyaların qarşısını alaraq, Azərbaycan dövlətinin siyəsətini dünya miqyasında təbliğ etməkdir. Kanalın məqsədlərindən biri də müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporunun gördüyü işləri işıqlandırmaq və onlara informasiya dəstəyi göstərməkdir.

Sutkada 18 saat efirdə olacaq "Diaspora TV"-nin xəbərlər buraxılışı hər 3 saatdan bir canlı yayımlanacaq və Ukrayna Ali Məktəblərinin jurnalistika fakültələrində təhsil alan gənc jurnalistlər tərəfindən hazırlanacaq, peşəkar redaktorlar tərəfindən yoxlanılaraq efirə buraxılacaq. Kanalın xəbərlər xidməti CNN, Reuters və BBC şirkətləri ilə sıx əməkdaşlıq etməyi nəzərdə tutub. "Diaspora TV" digər verilişləri isə Azərbaycanın sosial, siyasi və mədəni həyatını əks etdirən çoxsaylı müəllif proqramları, müxtəlif tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramlardan ibarət olacaq. Verilişlərin Azərbaycan, rus, ukrayn, ingilis və digər dillərdə yayımlanması nəzərdə tutulub. "Diaspora TV" Ukrayna, Rusiya həm də xarici aparıcı distribütor şirkətləri ilə əməkdaşlıq etməyi planlaşdırır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1310   Tarix: 10 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040