Dəhşət: Ər arvadını uşaqlarının gözü önündə döydü, sonra zəhər içdirdi

Dəhşət: Ər arvadını uşaqlarının gözü önündə döydü, sonra zəhər içdirdiQafarov 6 uşaq anasını öldürmək üçün siçan dərmanından istifadə edib.

Cəlilabad rayonunda ailə dramı baş verib.

BiG.AZ ANS PRESS-ə istinadən xəbər verir ki, rayonun Babaxanlı kəndində ər arvadını öldürmək istəyib. Kişi bunun üçün ən sadə üsula əl atıb.

Belə ki, Babaxanlı kənd sakini 45 yaşlı Əlisahib Əziz oğlu Qafarov evdə övladlarının gözü qarşısında həyat yoldaşı Fəxriyyə Hıcağa qızı Əliyevanı döyüb. Daha sonra onu siçovulların zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş zəhər içməyə məcbur edib. Nəticədə qadın kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlər Fəxriyyə Əliyevanın həyatını xilas edə bilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, zərərçəkən Fəxriyyə Əliyevanın ona qəsd etməyə çalışan ərindən 6 övladı var.

Hazırda faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1841   Tarix: 09 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040