"Mənə Fəlakət olmaq daha xoşdur" – müsahibə

"Mənə Fəlakət olmaq daha xoşdur" – müsahibəTamaşaçılara "Bozbaş Pictures"dən "Fəlakət" obrazı ilə tanış olan Elşən Orucov "Kaspi" qəzetinin gənclik əlavəsinə müsahibə verib.

Həmin müsahibəni təqdim edirik

- Fəlakət obrazı bu gün gündəmi zəbt edib. Bu adı seçərkən gənclərin arasında fəlakət qoparacağınızı bilirdinizmi?

- Obrazımın seviləcəyini bilirdim, ancaq bu qədərini təsəvvür etmirdim. Bu, mənim üçün çox sevindirici oldu. Fəlakət çox saf bir obrazdır. El dilində desək, "tupoy"dur. Onun hərəkətləri obraza şirinlik gətirir. Əslində hər insanın ətrafında Fəlakət kimi insanlar var. Olmasa belə, maraqdan o obrazı alındırmağa çalışırlar. Fəlakət yeni bir obraz olduğu üçün hər kəsin sevimlisinə çevrildi. Buna səbəb isə indiyə kimi belə bir obrazın olmaması idi.

- "Bozbash Pictures"in ssenarisini kim yazır? Ümumiyyətlə iş rejiminiz çətin deyil ki?

- İş rejimimiz çox çətindir. Ancaq biz bu çətinlikdən zövq alırıq. Həm də insanlar tərəfindən işimizin dəyərləndirildiyini görəndə, onların reaksiyasını sosial şəbəkə vasitəsi ilə izləyəndə o yorğunluqdan əsər-əlamət qalmır. Hər birimiz ssenarinin yazılma prosesində iştirak edirik. Bizim ssenaristimiz Ənvər Abbasovdur. Onunla bir yerdə mövzunu qoyub məsləhətləşirik. Proseslərin hamısında özü iştirak edir. Fəlakət obrazım var deyə, gedib birbaşa çəkiliş meydançasında oynamıram. Verilişin montajını da Ramil Babayevlə mən edirəm. "Bozbash Pictures" efirə gedən dəqiqələrə kimi biz onun məsuliyyətini daşıyırıq. Tək aktyorluq sahəsində desəydim, bir az rahat olardım. Bütün çəkiliş prosesində ekran qarşısında və ekran arxasında iştirak edirik.

- Belə bir obrazın yaranması ilk olaraq kimin ağlına gəlib?

- Fəlakət obrazının yaranması çox təsadüfi oldu. Bundan öncə başqa bir obraz canlandırırdım. Mənim obrazımda ifadə etdiyim sözlərin hamısı mənə məxsusdur. Obrazımın üzərində işləyirəm və bu obrazın formalaşmasında məndən başqa heç kim rol oynamır. Bundan əvvəl, layihəyə yeni başlayanda 2011-ci ildə türk obrazını canlandırırdım. İki il bu şəkildə davam etdik. Ondan sonra mədəni insan obrazını canlandırdım. Sonra müəyyən səbəblərdən məsləhət oldu ki, obrazımı dəyişim. Düşündük ki, biz nə edək və nəticədə bu obrazı yaratmağa qərar verdik. Fəlakət iki ilə adsız olub. Əslində bu adın verilməsi də təsadüf şəkildə olub. Bu ad İlkin Həsənli tərəfindən verilib. Çəkilişlərin birində İlkin Şəmi obrazını yaradarkən təsadüfən mənə Fəlakət dedi və o gündən etibarən adım Fəlakət qaldı. Ancaq ondan qabaq adım yox idi deyə, mənə "Əla, Əla" deyirdilər. 2013-cü ildən sonra bu ad yarandı və qərara aldıq ki, bu adla davam edək.

- Bu obrazınızla "tupoy", el arasında desək, lom gənclərə nə demək istəyirsiniz?

- Bizim tamaşaçılara çatdırdığımız verilişdə mətnaltı mənalar var. İnsanlara sözümüzü gülüş vasitəsi ilə deyirik. Fəlakətə oxşayan insanlar var, ancaq mənim yaratdığım obraz həmin insanların qabarıq formasıdır. Hansı ki, bu insana dözmək mümkün deyil. Hər kəs düşünür ki, mənim belə bir dostum olsa, mən onunla necə yola gedərəm? Bu obrazın bir maarifləndirici tərəfi var. Orada işlətdiyimiz sözlərin mətnaltı mənaları var. Görün, insanlar sözləri əksinə başa düşsələr, həyatda nələr baş verər və hadisələri hansı səviyyəyə gətirib çıxarar? Ssenari yazarkən hər zaman mətnaltı mənaya önəm veririk. Misal üçün, Mingəçevirdə çəkilişdə olarkən cin çıxarmaq məsələlərinə müraciət etdik. Bir müddət insanlar arasında bu böyük marağa səbəb olmuşdu. Guya, cin çıxaran insanlar var. Təəssüflər olsun ki, belə cəfəngiyatlara inananlar da var. Biz gənclər buna inanmırıq və bizim ətrafımızdakılar da bu kimi gülünc uydurmalara inanmırlar. Müəyyən kütlə belə şeylərə inanır. Biz də öz ssenarimizi o şəkildə qururuq ki, insanlar yanıldıqlarını görsünlər. Qoy görsünlər ki, bu, insanları aldatmağın ən asan yoludur. Biz onu yumoristik şəkildə tamaşaçılara çatdırırıq. Belə olan halda nə tamaşaçılar, nə o cin çıxaranlar bizdən inciyirlər.

- Gün keçdikcə Fəlakətlərin sayı çoxalır. Bu prosesdə siz özünüzü qınayırsınızmı?

- Mən burada mənfi heç nə görmürəm. Tamaşaçılar mənə deyir ki, evdə uşaqlar Fəlakətin dili ilə danışır. Ancaq indiyə kimi mən bundan şikayət edən tamaşaçı görməmişəm. Fəlakətin kiminsə həyatına pis təsir göstərməsini görməmişəm, görmək də istəmirəm. Mənə hər kəsin sevimlisi olan Fəlakət olmaq daha xoşdur.

- Bu bir aktyor kimi sizin uğurunuzdur. Ancaq bəziləri düşünür ki, gənclər arasında "tupoylaşma"ğa meyl daha da artır. Sizin imicinizi yaradıb sosial şəbəkələrdə özünü sizə oxşadan gənclər çoxalır. Nəinki gənclər, hətta obrazınızın simasında kafelər, marketlər, gözəllik salonları belə açılır.

- Hər kəs fikirləşir ki, mənim adıma olan obyektlər məhz mənə məxsusdur. Tam səmimi desək, onları görmək mənə xoş olur. Dostlarım mənə deyir ki, nə üçün imkan verirsən ki, sənin adına biznes qururlar, market açırlar. Səmimi deyirəm, bunlar hamısı mənə xoşdur. Azərbaycan kiçik bir ölkədir və burada tanınmaq çox asandır. Artıq 10 ildir ki, televiziyada çalışıram və bilirəm ki, televiziyada tanınmaq çox asan, sevilmək çox çətindir. Bizim insanları aldatmaq da çətindir. Ona milyonlar da xərcləyirsən. Misal üçün, hər hansı bir müğənni milyonlar xərcləyir, tanınır, ancaq sevilmir. Sevilmək pulla alınmır, sevilmək üçün gərək insanların qəlbinə gedən yolu tapasan və onlara yaxın olasan. Bizim kollektivimiz bu sevgini qazanıbsa, bu uğura ancaq sevinmək lazımdır. Bunun başqa tərəfini fikirləşməyə isə heç vaxtımız da yoxdur. Biz öz işimizlə məşğuluq.

- Fəlakət öz yaxın qohumlarından olan Şəmini daha çox istəyir, yoxsa Şöşünü?

- Əslinə qalanda, hər ikisini çox istəyir. Bu, Fəlakətin görünməyən tərəfidir. Ola bilsin ki, gələcəkdə mən onun görünməyən tərəflərini də göstərim. Onun obrazlara qarşı sevgisi böyükdür. Fəlakət tərəfindən qohumlarına heç bir pislik gələ bilməz. Baş verən xırda səhvlər isə onun saflığından irəli gəlir. Fəlakətin hər zaman işlətdiyi bir söz var: "Biz qohumuq, dostuq!" bu sözün altında da bir məna var ki, bu davranışım, xüsusiyyətimlə mən sizə arxayınam. Şəmi bu obrazların başında durur, çünki Şəmi lap əvvəldən də idarəedici qohumdur, Şöşü isə onun xalası oğludur. Fəlakət ayrı-seçkilik edə bilmir.

- Şəmimi, yoxsa Şöşümü?

- Nə Şəmini çox istəyirəm, nə də Şöşünü (gülür). Fəlakət ən çox özünü çox istəyir. - Xarici ölkələrdə çəkilişlərə gedərkən sizi orada necə qarşılayırlar? Sizi tanıyırlarmı? - Bizi azərbaycanlılar harada görürsə, orada yaxınlaşıb sevdiklərini deyirlər. Xüsusən, Dubayda yaşayan azərbaycanlılar orada bizi çevrəyə almışdılar. İstanbulda, Moskvada da tamaşaçıların böyük sevgisini gördük. Biz hara gediriksə, öncədən sosial şəbəkədə onun elanını paylaşırıq. Paylaşanda getdiyimiz yerdə yaşayan azərbaycanlılar bundan məlumatlı olurlar, bilirlər ki, komandamızla həmin ölkəyə gəlirik, orada yaşayan azərbaycanlılar bizi aeroportda belə qarşılayarlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 5629   Tarix: 09 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Evdə qalan" kişilərin şikayəti: Qadınlar bizi eybəcərləşdirdilər - VİDEO

Koronavirus pandemiyası ilə əlaqədar özünütəcrid etmiş kişilər qadınlar tərəfindən eybəcərləşdirilmələrindən şikayət ediblər. Bu barədə "Daily Mail" xəbər yayıb. Çippenhemdən olan 28 yaşlı Maks Brehamın sevgilisi Arizona İstvud sözün həqiqi mənasında dəlləkliyi onun başında öyrənmək istəyib

02.04.2020 4440
.

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah

Gənc fəal, jurnalist Ağa Mehdi bu günlərdə mühüm bir missiya üçün səfərə başlayıb. Avropanın sərt qışı ərzində 10 ölkənin ərazisindən keçərək 4 00 km məsafəni piyada qət etməyi planlaşdıran həmyerlimizin əsas hədəfi dünyada baş verən ekoloji problemlərə diqqəti çəkmək, səfər müddətində keçdiyi ölkələrd

11.12.2019 6393
.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏ

Türkiyədə reytinqləri alt-üst edən, eyni zamanda Azərbaycanda da sevilərək izlənən "Çukur" serialının Fərhadı, Aras Bulut İynemlinin dostu Nihat Ələskərov saytının qonağı olub. Nihatı tanımaq və film çəklişlərində kadr arxasında baş verən maraqlı məqamları öyrənmək üçün gənc aktyorla olan səmim

13.01.2020 7116
.

"Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artistindən çağırış

"Müvvəqəti çətinlikdən maksimum istifadə edirəm. Evimdə tələbələrimə onlayn dərslər keçirəm. Kitabların üzərində işləyirəm, çoxlu mütaliə edirəm. Evdən ancaq ən vacib anlarda - aptekə, mağaya getmək üçün çıxıram". xəbər verir ki, bu sözləri -a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib

04.04.2020 2918
.

"Yüksək bal toplayan abituriyentlərin bizim Akademiyanı seçmələri sevindiricidir" - Zeynab Kazımova ilə MÜSAHİBƏ

Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova -ın suallarını cavablandırıb. -Zeynab xanım, bilirik ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasına tələbə qəbulu artırılıb. Bundan əlavə, yeni bir ixtisas açılıb. Bu barədə məlumat verməyinizi istərdik

18.09.2019 2773
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏ

Bu günlərdə Türkiyənin Anlatya şəhərində Dünya Kikboksinq Assosiyasının təşkilatçılığı ilə keçirilən dünya çempionatında bürünc medala layiq görülən, Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü, dünya çempionu, veteran idmançı Həsən Hüseynovun -a müsahibəsini təqdim edirik:. 54 yaşını

30.12.2019 2610
.

"Deputat olmaq arzum yoxdur, böyük bir kütlənin məsuliyyətini öz üzərinə götürmək asan deyil"- Elməddinlə MÜSAHİBƏ

Azərbaycanda ən uzunömürlü komediya serialının baş qəhrəmanı, adı çəkilən kimi tamaşaçıların üzündə gülüş yaranan, tanınmış aktyor Elməddin Cəfərov -ın qonağı olub. Aktyorla olan səmimi müsahibəni təqdim edirik:. Bir müsahibənizdə "Ailəmlə birlikdə baxa bilmədiyim heç bir film və yaxud serialı bəyənmirəm"

30.01.2020 3689
.

"Sosial şəbəkədə müraciət edənləri qəbuluma da çağırıram" - DEPUTATLA MÜSAHİBƏ

Deputat Aydın Mirzəzadə -ın suallarını cavablandırıb. -Aydın müəllim, bilirsiniz ki, bir neçə gün öncə valideynləri tərəfindən zorla nikaha cəlb edilən 2 az yaşlı qız intihar etdi. Ölkədə erkən nikahın qarşısını almaq üçün qanunvericilik mövcud olsa da hələ də valideynləri tərəfindən zorla nikaha cəl

05.09.2019 2237