Almanlar Van Qoqun qulağını bərpa elədilər - FOTO

Almanlar Van Qoqun qulağını bərpa elədilər - FOTOAlmaniyanın Karlsruhe İncəsənət və Media Mərkəzi rəssam Daymuta Ştrebenin işini sərgiləyəcək. Bu, rəssam Vinsent Van Qoqun qulağının sürətidir.

BiG.AZ Axar.az-a istinadla məlumat verir ki, Vinsent Van Qoqun 16/1 genini bölüşən qardaşının nəvəsi Liev Van Qoqdan əldə olunmuş genetik materialdan və həmçinin xromosomlardan canlı hüceyrələr hazırlanıb. Hazırlanmış qulaq Boston Briqham və Qadın Xəstəxanasında xüsusi maye ilə qidalandırılaraq kassa daxilində saxlanılır. Tamaşaçılar mikrofon vasitəsilə qulağa danışa bilirlər. Sərgi 2014-cü il iyulun altısına qədər davam edəcək.
Ştrebe gələn il böyük rəssamın "qulağını" Nyu Yorkda sərgiləməyi planlaşdırır.

Xatırladaq ki, 1888-ci ildə rəssam dostu Pol Qogenlə mübahisə etdikdən sonra vicdan əzabından öz qulağını kəsmişdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 1938   Tarix: 07 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler