Astarada uşağın faciəvi ölümü ilə bağlı gizli məqamlar – TƏFƏRRÜAT

Astarada uşağın faciəvi ölümü ilə bağlı gizli məqamlar – TƏFƏRRÜAT2 il bundan əvvəl xəstəxana təmir edilərkən quyu doldurulmayıb və üstü qazonla örtülüb.

Astarada bədbəxt hadisə baş verib. 3 yaşlı uşaq adi bir səhlənkarlığın qurbanına çevrilib. Nənəsi ilə xəstəxanaya gedən uşaq, xəstəxananın həyətindəki mazut quyusuna düşərək boğulub.

BiG.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən saat 11.00 radələrində Astara rayon mərkəzi xəstəxanasının həyətində baş verib.

Astara rayonunun Səncərədi kənd sakini 3 yaşlı Ədalət Babazadə nənəsi ilə xəstəxanaya gəlib. Uşaq nənədən ayrılıb və həyətdəki çəmənliyə tərəf gedib. Çəmənlikdə oynayan Ədalət, üstü ot örtüyünü ilə örtülən və ağzı açıq qalan mazut quyusuna düşüb. Hadisəni görənlər bir anlıq yerin aralanıb, uşağın ora düşdüyünü fikirləşiblər.

Hadisədən sonra dərhal aidiyyatı orqanlar məlumatlandırılıb. Çağırışa gələn Astara rayon dövlət yanğından mühafizə hissəsinin əməkdaşları Ədaləti xilas etməyə çalışsalar da artıq iş işdən keçmiş olub.

Qeyd edək ki, xəstəxananın həyətindəki mazut quyusu ötən əsrin 70-80-ci illərindən qalıb. 2 il bundan əvvəl xəstəxana təmir edilərkən mazut quyusu doldurulmayıb və üstü qazonla örtülüb.

Artıq faktla bağlı Astara rayon prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmaların gedişatında 3 yaşlı uşağın ölüm səbəbində kimlərin günahkar olduğu məlum olacaq.

Astarada uşağın faciəvi ölümü ilə bağlı gizli məqamlar – TƏFƏRRÜATAstarada uşağın faciəvi ölümü ilə bağlı gizli məqamlar – TƏFƏRRÜATAstarada uşağın faciəvi ölümü ilə bağlı gizli məqamlar – TƏFƏRRÜAT


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 3698   Tarix: 06 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040