Ona pendir-çörək də versəm, bəh-bəh"lə yeyəcək-MÜSAHİBƏ

Ona pendir-çörək də versəm, bəh-bəh"lə yeyəcək-MÜSAHİBƏZülfiyyə Xanbabayeva özünü əsl qurman hesab edir. Onun üçün yeməyin dadından əlavə görünüşü, təqdimatı daha vacibdir. Ayaqüstü qidalanmağı çox xoşlayır. Məhz bu səbəbdən də kökəldiyini etiraf edir.

BiG.AZ saytı axsam.az saytına istinadən, müğənninin "Formaggio" jurnalına müsahibəsini təqdim edir.

- Zülfiyyə xanımın fast-fooda münasibəti...

- Nə mən, nə də qızım fast-food sevmirik. Meylim çəkəndə də öz əllərimlə hazırlayıram.

- Ət xörəkləri rasionunuzun neçə faizini təşkil edir?

- Çox az hissəsini... Yeyəndə də quzu ətinə üstünlük verirəm.

- Bəs balıq?

- Əvvəllər balığı çox xoşlayırdım, son zamanlar isə nəsə meylim çəkmir.

- Göbələklə aranız necədi?

- O qədər də xoşlamıram. Bilirsiz, yeməklər mənim üçün stabil qalmır. Məsələn, bir neçə ay bir yeməkdən xoşum gəlir, amma sonra ondan soyuyuram.

- Yemək masanızda həmişə olan içki...

- Qazsız su. Qızım üçün şirəni isə təbii meyvələrdən çəkirəm. Sevmədiyim içki şərbətdir. Ümumiyyətlə, mənim ən mənfi xüsusiyyətim odur ki, çox maye qəbul etmirəm. Hətta telefonumda "zəngli qeyd" qurmuşam ki, tez-tez işə düşsün və yadıma salsın ki, mən su içməliyəm.

- Su yadınıza düşməyə bilər, amma dondurmadan vaz keçmək olmur.

- Bəlkə də inanmazsınız, qəti dondurma həvəskarı deyiləm. Mən suyu da soyuq halda içmirəm. Ona görə yox ki, səsimi qorumaq istəyirəm. Sadəcə, soyuq nəsə qəbul edəndə, elə bil onun dadı mənə çatmır. Bax, şirinçayı çox xoşlayıram.

- Şirin dediniz, yadıma tort düşdü...

- Deyim ki, tort aşiqiyəm, yalan olar. Ancaq əlamətdar günlərdə bir balaca dada bilərəm. Özüm çox yaxşı tiramisu hazırlayıram.

- Şah qidanız nədir?

- Pendir - çörək, göyərti.

- Bişirdiyiniz ən yaxşı xörək...

- Özüməməxsus lobya yeməyim var. Bir də "Kiyev kotleti"ni əla bişirirəm. Məndə təkcə məclis yeməkləri alınmır. Ona da yəqin cəhd etmirəm.

- Yoldaşınız bişirdiyiniz hansı yeməyi daha çox xoşlayır?

- Bütün yeməklərimi... Ona lap pendir-çörək də versəm, "bəh-bəh"lə yeyəcək. Bizim evdə sevgi mədədən keçmir.

- Soyuducunuzda ən çox nə olur?

- Əslində, buna çox da fikir vermirik. Sadəcə, indi Dəniz var deyə, çalışırıq soyuducumuzu ona uyğun olan ərzaqlarla dolduraq.

- Alış-verişi özünüz edirsiz?

- Bəli. Özü də bu işdən zövq alıram.

- Alış-veriş səbətinizdə ən çox nə olur?

- "Salfetka"... Həmişə də adıma layiq alış-veriş edirəm. Lazım oldu-olmadı hər şeyi səbətə yığıram.

- Yəqin şokoladlar da bu siyahıya daxildir...

- Sözsüz. Şokoladı qonaqlar üçün alıram. Özüm karamel xoşlayıram.

- Süfrənizdə mütləq nə olmalıdır?

- Pendir.

- Əlamətdar günlərinizdə hara gedirsiniz?

- Axırıncı dəfə "Nar&Sharab" restoranında olmuşuq. Orda adam özünü evdəki kimi hiss edir. "Tonqal" restoranının da yaşıllığını sevirəm. "Eleven" restoranını da xoşlayıram. Orada da çox vaxt suşi yeyirik. Bir də onların özlərinə məxsus salatları var. O salatı çox sevirəm.

- Tez-tez xaricdə olan Zülfiyyə Xanbabayevanın restoran sərgüzəştləri...

- Xaricə gedən insan əvvəlcədən işini möhkəm tutmalıdır. Ölkəyə səyahət etməzdən əvvəl oradakı restoranları araşdırıram, görüm, harada yemək yesəm peşman olmaram. Yaxud da Los-Ancelesdə hansı restoranda suşi yemək olar? Şükür, hələ elə bir problemim olmayıb. Məsələn, Sinqapura gedəndə elə bir restoranda olduq ki, ordakı təamların dadı hələ də damağımdadır.

- Heç vaxt unutmayacağınız hesab...

- Belə hesablar çox olub. Ən çox da Amerika və Rusiyada ödəmişəm. Bir dəfə isə Amerikada "Marios" restoranında olduq. Bu restorandakı yeməklər ancaq dəniz məhsullarından hazırlanır. Orada vaxtilə Sofi Loren və Merilin Monro da olub. Bax, "Marios"da ödədiyim məbləği heç vaxt unutmaram.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 1388   Tarix: 02 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏ

Türkiyədə reytinqləri alt-üst edən, eyni zamanda Azərbaycanda da sevilərək izlənən "Çukur" serialının Fərhadı, Aras Bulut İynemlinin dostu Nihat Ələskərov saytının qonağı olub. Nihatı tanımaq və film çəklişlərində kadr arxasında baş verən maraqlı məqamları öyrənmək üçün gənc aktyorla olan səmim

13.01.2020 7116
.

"Evdə qalan" kişilərin şikayəti: Qadınlar bizi eybəcərləşdirdilər - VİDEO

Koronavirus pandemiyası ilə əlaqədar özünütəcrid etmiş kişilər qadınlar tərəfindən eybəcərləşdirilmələrindən şikayət ediblər. Bu barədə "Daily Mail" xəbər yayıb. Çippenhemdən olan 28 yaşlı Maks Brehamın sevgilisi Arizona İstvud sözün həqiqi mənasında dəlləkliyi onun başında öyrənmək istəyib

02.04.2020 4440
.

Mesut Özilin "Fənərbağça" ilə müqavilə imzalayacağı tarix açıqlandı

Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özillə müqavilə imzalayacağı tarix bəlli olub. "Report"un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin prezidenti Ali Koç yerli mətbuata açıqlamasında bildirib. 54 yaşlı funksioner ulduz futbolçunun zədəsinin olmadığını söyləyib

23.01.2021 2452
.

"Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artistindən çağırış

"Müvvəqəti çətinlikdən maksimum istifadə edirəm. Evimdə tələbələrimə onlayn dərslər keçirəm. Kitabların üzərində işləyirəm, çoxlu mütaliə edirəm. Evdən ancaq ən vacib anlarda - aptekə, mağaya getmək üçün çıxıram". xəbər verir ki, bu sözləri -a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib

04.04.2020 2918
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

Azərbaycanlı jurnalist Türkiyədə veriliş aparıcısı oldu

Tanınmış jurnalist, yazar Şəhla Aslan Türkiyənin "KonTV" televiziya kanalında yeni yayımlanmağa başlayan "Dünya gözünde Türkiye" adlı verilişdə aparıcılıq etməyə başlayıb. Proqramda Türkiyədə yaşayan xarici vətəndaşların Türkiyəyə dair fikirlərinin müzakirə olunması nəzərdə tutulub

28.01.2020 3795
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ

7 may dünyada Beynəlxalq Radio günü kimi qeyd olunur. Radio ixtira olunan ilk gündən insanlar xəbərləri bu vasitə ilə daha asan əldə ediblər. Bu gün də mətbuatın bu qədər inkişaf etməsinə baxmayaraq radio öz aktuallığını qoruyub saxlayır. Radioda işləmək mətbuatın digər qolları ilə müqayisədə daha çətindir

07.05.2020 8229
.

"Hamımız hamilə olmalıyıq"

Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib. Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ il

08.01.2020 2998