Natavan Həbibidən şok sözlər: ...sənətdən uzaqlaşıb, toylara getməyəcəm - MÜSAHİBƏ

Natavan Həbibidən şok sözlər: ...sənətdən uzaqlaşıb, toylara getməyəcəm - MÜSAHİBƏ"İstəmirəm, yad insanlar bədənimi görsün"

BiG.AZ ailem.az-a əsasən bildirir ki, bir neçə gün öncə Heydər Əliyev Sarayında solo konsert proqramı ilə çıxış edən müğənni Natavan Həbibinin səhnəyə qapalı geyimdə çıxması heç də bir mənalı qarşılanmadı. Sənətçi xanımın söylənilən fikirlərə münasibəti isə çox kəskin oldu. Natavan Həbibi Ailəm.az-a müsahibəsində konsertdə geyindiyi səhnə geyimlərindən danışaraq bəzi şəxslərə də sözünü dedi:

- Biz görəsən hansı zəmanədə yaşayırıq ki, insanlar buna təəccüblənir?! Başa düşmürəm niyə xanım sənətçinin səhnəyə qapalı geyimdə çıxması qeyri-adi görünür?! Müsəlman ölkəsində açıq-saçıq geyimdə səhnəyə çıxan müğənnini əvvəlcə söyürlər, sonra da başqalarına onu nümunə kimi göstərirlər ki, niyə sən də belə geyinmədin. Bilsəm ki, açıq-saçıq geyinmək vacib şərtdi, yenə də geyinmərəm. Çünki özümə hörmət edirəm. İstəmirəm ki, mənə yad olan insanlar bədənimi görsün. Bu, ailəmə olan hörmətimdən irəli gəlir.

- Yad insanlara bədəninin müəyyən hissəsini göstərən xanım sənətçilər sizcə, nədən bu üsula əl atır?

- Oxumaq olmayanda tamaşaçını cəlb etmək üçün yalnız "lüt" olmağı seçirlər. Mən qapalı geyimdə səhnəyə çıxsam da, oxumağımla hər şeyi dedim. Geyimim heç diqqət mərkəzində də olmadı.

- Bu addımınızı məqsədyönlü şəkildə, düşünülmüş və bəzilərinə "qapalı geyimdə çıxıb sırf sənət göstərəcəm" mesajı kimi qiymətləndirə bilərik?

- Nədənsə ətrafımdakı insanlar hər şeyi şişirdirlər. Hər addımıma Natavanın siyasəti, məqsədi, "taktikası" kimi yanaşırlar. Əslində isə mən ürəyimdən gəldiyi kimi hərəkət edən insanam. Bu yaşda açıq-saçıq geyimdə səhnəyə çıxıb tamaşaçıya bədənimi göstərmək mənə yaraşmaz. Hər yaşın öz geyimi var.

- Sözlərinizdən belə məlum olur ki, artıq tamaşaçılar sizi açıq-saçıq geyimdə görməyəcək. Bu, öz seçiminizdi, yoxsa kimsə tərəfindən qoyulan qadağadı?

- Mənə kim tərəfindən qadağa qoyula bilər ki?

- Ailəniz və ya sevdiyiniz şəxs tərəfindən...

- Yox, təbii ki, ailəm mənə belə bir qadağa qoymayıb. Hər halda bu cür "konservant" bir ailədə yaşasaydım, bu gün səhnədə olmazdım. Müğənni düzgün həyat tərzi yaşayaraq da səhnədə ola bilər. Düzdü, bu gün bəzilərinin yaratdığı şərait nəticəsində bəzi insanlarda "müğənnidi də, hamısı eynidi" fikri formalaşıb. 35-40 yaşında olan qadının səhnədə atlanıb düşməsi düzgün deyil. Mən bunu kiməsə məsləhət vermək və ya irad tutmaq üçün demirəm. Sadəcə səhnədəki xanımlarımız bir az diqqətli olmalıdı.

- Subaykən bu qədər dəyişən Natavan Həbibi yəqin ki, ailə qurduqdan sonra tam başqa bir insan olacaq...

- Mən ailə qurandan sonra oxumağı düşünmürəm. Bir gün eşidəcəksiniz ki, Natavan Həbibi ailə qurduğuna görə sənətdən uzaqlaşır. Bütün günü konsertlərdə, verilişlərdə olmayacam. Ancaq önəmli tədbirlərdə çıxış edəcəm. Toylara isə ümumiyyətlə getməyəcəm. Mənim üçün ailə hər şeydən önəmlidi. Ulduz olmaqdansa ailəmdə xoşbəxt qadın olmağı daha üstün tuturam.

- İctimai yerlərdə olmağı sevirsiniz?

- Başqa ölkədə olanda gəzirəm, metrodan istifadə edirəm, alış-verişə gedirəm. Amma Bakıda ictimai yerlədə olmağı sevmirəm. Yalnız evdən işə, işdən evə rejimindəyəm. Getdiyim restoranlar da yalnız yaxın insanların məkanlarıdı.

- Sonda istəyirəm ki, bir zamanların mehriban dostları olan Röya Ayxan, Elnarə Xəlilova və Natavan Həbibinin bugünkü münasibəti barəsində soruşum. Nədənsə onları konsertinizdə görmədik və tərəflərin bununla bağlı müxtəlif açıqlamaları oldu. Onların sizə qarşı olan bu addımı münasibətlərinizə təsir etdimi?

- Əlbəttə, təsir etdi. Nəinki onları, hamını tanıdım. Heç kim məndən fədakarlıq gözləməsin. Bundan sonra kim mənə qarşı necə olubsa, mən də ona qarşı o cür olacam. Gəlmədilər, eybi yox, canları sağ olsun. Amma məndən də artığını gözləməsinlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 2025   Tarix: 02 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816
.

Ayan və qızından yeni - FOTO

Son günlər karantin rejimi ilə əlaqədar məşhurlar evlərindən, ailələrindən tez-tez paylaşımlar edirlər. xəbər verir ki, müğənni Ayan Babakişiyeva da mütəmadi olaraq qızı Selena ilə görüntülərini paylaşır. Ayanın son paylaşımı da Selena ilə fotosu olub. Onların fotosu diqqət çəkib. Samirə Qasımova

23.04.2020 5360
.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏ

saytının "Seçilənlər" rubrikasının növbəti qonağı "Popstar" yarışması ilə məşhurlaşan Türkiyəli sevilən müğənni Barış Kömürcüoğludur. 2003-cü ildə "Kanal D"də yayımlanan "Popstar" yarışmasındakı iştirakınız ilə çox sevildiniz. Bu yarışmaya qatılmağa necə qəra

17.07.2020 6757
.

"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏ

Bu günlərdə Türkiyənin Anlatya şəhərində Dünya Kikboksinq Assosiyasının təşkilatçılığı ilə keçirilən dünya çempionatında bürünc medala layiq görülən, Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü, dünya çempionu, veteran idmançı Həsən Hüseynovun -a müsahibəsini təqdim edirik:. 54 yaşını

30.12.2019 2610
.

Mənzurə istirahətdən foto PAYLAŞDI - "Çox köksüz, bir az arıqlayın"

Müğənni Mənzurə Musayevanın sosial şəbəkədə paylaşdığı istirahət fotosu müzakirələrə səbəb olub. "Ölkə.Az" xəbər verir ki, əksəriyyət sənətçinin görünüşü barədə xoş sözlər desə də, bəzi izləyicilər onu tənqid etməkdən çəkinməyib. Hətta izləyicilərdən biri "Çox köksünüz, biraz arıqlayın

04.08.2020 7471
.

"Hamımız hamilə olmalıyıq"

Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib. Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ il

08.01.2020 2998
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

"Birinci qadınımın həzzini düşünüb yatağa girəcəm..."- Həkim - psixoterapevtdən ŞOK AÇIQLAMA

Həkim- psixoterapevt Əli Nağıyev -ın suallarını cavablandırıb. Psixologiya ilə Psixoterapiya arasında fərq nədir?. - Psixologiya geniş bir elm sayılır. Biri var riyaziyyat, biri də var tətbiqi riyaziyyat, bunun fonunda deyə bilirik ki, biri var psixologiya elmi, biri də var bu elmin içindən çıxan v

21.10.2019 5134