Təyyarəni vurmaq istədilər - VİDEO

Təyyarəni vurmaq istədilər - VİDEO

Ukrayna təyyarəsini raketlə vurmağa çalışan Luqansk terrorçuları inzibati binaya zərər vurub.

BiG.AZ saytı anspress.com saytına istinadən xəbər verirki, terrorçular tərəfindən tutulmuş vilayət dövlət administrasiyasının binasının yanında yerləşən inzibati binada partlayış baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, binada və yaxındakı evlərdə partlayış dalğasından pəncərələr və şüşələr sınıb.

Hal-hazırda hadisə yerində həkimlər işləyirlər. Yanğın söndürənlər tərəfindən yanğın söndürülməyə çalışılır.

"Təyyarəni güllələyirdilər, amma inzibati binaya düşdülər”, - deyə sosial şəbəkədə şahidlərdən biri yazıb.

Şahidlərin məlumatına görə, mərmi Luqansk inzibati binasının 4-cü mərtəbəsinə düşüb. Hadisə şahidinin mətbuata verdiyi açıqlamada mərminin ya Luqansk vilayət şurasının sədrinin kabinetinə və ya qəbul otağına düşdüyü bildirilir.

Terrorçuluğa qarşı əməliyyat mərkəzının mətbuat katibi Vladislav Seleznyovun fikrincə, "Luqansk inzibati binasında partlayış odlu silahla və partlayıcı maddələrlə bacarıqsız davranışdan irəli gəlib".



Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2202 Tarix: 05.06.2014
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
rakew
rakew 05.06.2014
hələ harasıdır təzə başlayıb