Rəsmi nikahdan məhrum ailələr

Rəsmi nikahdan məhrum ailələr

Aparılan araşdırmalar göstərir ki, Azərbaycanda bir sıra ailələrdə hələ də rəsmi nikah yoxdur. Məsələ bundadır ki, bəzən ailələr qurularkən rəsmi nikah bağlanması ikinci plana atılır. Əsas dini nikah bağlanması hesab olunur. Bəzi hallarda rəsmən nikah evlilikdən bir müddət sonra, xüsusən də uşaq dünyaya gələndə bağlanırsa, müəyyən hallara ümumiyyətlə, ailələrin rəsmi nikahı olmur.

Sosioloq Əhməd Qəşəmoğlu bildirir ki, bu hal Azərbaycanda lap qədimlərdən olub. Lakin əvvəllər bunu dini kəbini daha əsas saydıqlarına görə edirdilərsə, indi riyakarlıq bu işdə daha çox rol oynayır: "Əvvəldən müsəlman ailələrində dini kəbin daha vacib hesab olunur. Əvvəllər dini kəbin olmadan rəsmi nikahın özü islami cəhətdən halal qəbul olunmurdu və bu cür hallara müsəlman aləmində çox pis baxırdılar. Məktəb direktoru olan atam danışardı ki, onlara əhali arasında bununla bağlı maarifləndirmə işləri aparılması tapşırılıb.

O vaxt mən yaşadığım Babək rayonunun Vayxır kəndində camaatın, kəndin yarısında heç dövlət nikahı yox idi. Amma bütün evlərdə uşaqlar böyüyürdü, hamı qanuni ailə sayılırdı. Sonra dövlət tərəfindən bu iş nəzarət altına götürüldü və rəsmi nikah qanuni hesab edildi. Bildiyiniz kimi, Qafqaz Müsəlmanlar İdarəsi də göstəriş verib ki, rəsmi nikah haqda şəhadətnamə olmadan şəriətdə mollalar kəbin kəsməsinlər. Amma bu qaydaya Bakıda qismən əməl olunsa da, rayon yerlərində bir qayda olaraq önəm verilmir. Bu, təxminən 2000-ci ilə qədər qorxulu deyildi. Çünki o vaxtlar camaat dini kəbini qanuni sayırdı və Allah qarşısında borclarını da bilirdilər. Boşanmaq da hamı üçün kifayət qədər çətin vəziyyət hesab olunurdu.

Amma artıq son illər ailəyə, mənəvi dəyərlərə münasibət dəyişib. Ailəyə qarşı məsuliyyətsiz münasibət bəslənilir. İndi bəzi adamlar əvvəlkindən fərqli olaraq boşanmanın asan olması üçün çalışırlar ki, yalnız dini kəbin kəssinlər. Çünki dini kəbini ləğv eləmək proseduru da asandır. Bunu edənlərin böyük hissəsi sonradan boşanmanı düşünən adam, ailəyə ciddi baxmayan adamlar olur. Amma bununla yanaşı, qədim ənənələrlə yaşayan, rəsmi nikaha yox, kəbinə əsas baxan insanlar da var. Həmin insanlar, dini əsası olan kəbinə üstünlük verənlər, 50 il bundan əvvəlkinə nisbətən kifayət qədər az olsa da, belələri də var. Yerdə qalanlarında isə, riyakarlıq əsas rol oynayır. Ya tez boşanmaq, yaxud da bir neçə arvad almaq baxımından da bu yola əl atanlar var. Yəni, sosial-ictimai həyatda, inzibati cəhətdən problemlər yaratmamaq üçün rəsmi nikahdan qaçırlar".

Sosioloq hesab edir ki, rəsmi nikah haqda şəhadətnamə olmadan kəbin kəsən mollalar cəzalandırılarsa, bu hallara son verilər: "Getdikcə çoxalan rəsmi nikahsız evliliklər bir sıra xoşagəlməz problemlər yarada bilər. Ən əsas da ailədə boşanma halı olarsa, rəsmi nikah olmadığına görə, məhkəmə onların işinə baxa bilməyəcək. Belə hallar ailə münasibətlərinə, mənəvi dəyərlərə zərər gətirir, ailə dəyərlərinin aşınmasına gətirib çıxarır. Bununla bağlı düşünürəm ki, QMİ-nin verdiyi göstəriş tamamilə doğrudur. Birmənalı olaraq yoxlanılmalıdır ki, hansı molla nikah haqda şəhadətnamə olmadan kəbin kəsir. Düşünürəm ki, həmin mollalar cəzalandırılmalıdır. Bu zaman hər şey qaydasına düşəcək".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova da məsələ ilə bağlı Movqe.az-a münasibət bildirib. Şöbə müdiri hesab edir ki, belə hallar ən çox ailələrin məsuliyyətsizliyindən baş verir: "Ailələr qurularkən ilk öncə rəsmi nikaha fikir verilməlidir. Qeyri-rəsmi nikah indi problem yaratmasa belə, sonradan ailədə uşaq dünyaya gələndə onun üçün problemə çevrilir.

Belə ki, uşağın doğum haqda şəhadətnaməsi olmur. Beləliklə, elə ilk gündən onun hüququ pozulmuş olur. Bundan başqa ailələrdə də zaman-zaman problemlər yaşana və ailə dağıla bilər. Bu zaman boşanma halları baş verəndə rəsmi nikah olmadığına görə, əksər hallarda qadın və uşaqlar bundan əziyyət çəkirlər. Yarana biləcək problemlərin qarşısını almaq üçün valideynlər, ictimaiyyət nümayəndələri, ağsaqqallar, ağbirçəklər gənclərə nəsihətlər verməlidirlər. Təmsil etdiyim komitənin əsas vəzifələrindən biri də qeyri-rəsmi ailələr quran qadınlar, qeyri-rəsmi ailələrdə doğulan uşaqlar , yarana biləcək fəsadlar haqda əhali arasında aydın təsəvvür yaratmaqdır. Bununla bağlı mütəmadi olaraq maarifləndirmə işləri də görülür. Biz müxtəlif dövlət qurumları, icra hakimiyyətləri ilə bərabər bu istiqamətdə işlər görürürk".

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 2849 Tarix: 02.06.2014
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
tatlimmm
tatlimmm 02.06.2014
her biri mutleqdi dini nikahda resmi nikahda cunki biri butun camaat icinde qebul olunur biri ise rebbimin dergahinda qebul olunan birlikdelikdi buna gore ikisinede onem verirem
xeber ucun twkler
davinci
davinci 02.06.2014
ZAKS deyilen nigah mutleq olmalidir.. yoxsa halal sayilmaz bir- birilerine
Everything is good... Never feel the bad


 
Atiii
Atiii 02.06.2014
DINI NIGAHDA MUTLEQ LAZIMDI.AMA DOVLET MESELERINE GELENDE ONA BAXMIRLAR.MUTLEQ DOVLET TEREFINDEN EVLILIK TESDIQLENMELIDI
TWK XEBERCUN
А ты попробуй сказатъ в лицо то,
что говоришъ за спиной...


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər