Məkkədə biabırçılıq - FOTO

Məkkədə biabırçılıq - FOTO"Bu polis zabitinin davranışı tərbiyəsizlik, qəbuledilməz hadisədir".

Bütün müsəlmanlar üçün müqəddəs məkan olan Məkkədə misli görünməmiş biabırçılıq yaşanıb.

Məkkə şəhərindəki Kəbədə, zəvvarların təhlükəsizliyin təminatı üçün xüsusi vəzifəyə görəvləndirilmiş polis zabitlərindən biri Kəbə divarına söykənib, ayağını da müqəddəs Kəbəyə qoyub.

Bu olayın fotoşəkili sosial şəbəkələrdə yayılandan sonra çox böyük qalmaqal qopub.

BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, Məkkə əmiri Məşal bin Abdulla bin Əbdüləziz olayın araşdırılması ilə bağlı Səudiyyə Ərəbistanının Prokurorluğuna göstəriş verib.

"Bu polis zabitinin davranışı tərbiyəsizlik, qəbuledilməz hadisədir. Müsəlmanların müqəddəs məkanında hər kəs ədəbli davranmalıdır", - Məkkə əmiri bildirib.

Ərəblərdə kimisə ən ağır şəkildə təhqir etmək istəyən adam ya ayaqqabısını ona atır, ya da ayaqqabısını çıxarıb onu döyür. Ayaqqabının harasa qoyulması o yerin aşağılanması, təhqiri kimi qəbul olunur.

Məkkənin polis rəisi, general-mayor Əbdüləziz əl Səuli Kəbədəki biabırçı olayla bağlı araşdırmanın başladığını bildirib: 

"Bu insidenti qətiyyətlə pisləyirik. Həmin zabitə qarşı sərt inzibati, qanun çərçivəsində nəzərdə tutulmuş tədbirlər görüləcək".

Məkkədə biabırçılıq - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 11880   Tarix: 30 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar