Bakının mərkəzində "Avropa"

Tədbirin sonunda Niderland, Xorvatiya, Estoniyadan olan musiqiçilərin konserti təqdim olunacaq.

Mayın 31-də İçərişəhərdə - Qoşa qala qapısı meydanında Avropa şəhərciyi (Eurovillage-2014) təşkil ediləcək.

BiG.AZ AzərTAc-a istinadən xəbər verir ki, tədbir Avropa İttifaqı və bu quruma üzv olan ölkələrin Azərbaycandakı səfirliklərinin təşkilatçılığı ilə keçiriləcək.

Birgünlük tədbirdə Avropa İttifaqına üzv olan bir sıra ölkələrin çadırları qurulacaq. Şəhər sakinləri və xarici qonaqlar həmin çadırlara yaxınlaşaraq müxtəlif ölkələrin mədəniyyətləri, tarixləri və milli xüsusiyyətləri barədə əyləncəli və maraqlı şəkildə məlumat alacaqlar.

Bundan əlavə, tədbirdə qonaqlar üçün geniş mövzulu viktorinaların, xor kollektivləri və müxtəlif janrlarda ifaçıların çıxışlarının və furşetlərin təşkil olunması planlaşdırılıb.

Tədbirin sonunda isə Niderland, Xorvatiya, Estoniyadan olan musiqiçilərin konserti təqdim olunacaq.

Həmin gün şəhərimizin sakinləri və qonaqlar İçərişəhərdəki Avropa şəhərciyini gəzərkən özlərini virtual olaraq Avropada hiss edəcəklər.Bakının mərkəzində "Avropa"

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1570 Tarix: 27.05.2014
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər