"Biz müstəqilliyi tam itiririk" - Erməni mediası

"Biz müstəqilliyi tam itiririk" - Erməni mediası

"Ermənistanın Xarici İşlər Nazirliyi tam olaraq Rusiyanın nəzarətinə keçir".BiG.AZ axar.aza istinadla xəbər verir ki, bu iddia ilə Ermənistan mətbuatı çıxış edib. Mətbuat müdafiə nazirlərinin son Moskva görüşündən sonra bu prosesin artıq başlandığını bildirib: "Moskvadakı son görüş Ermənistanın taleyini həll etdi. Ermənistan Rusiya ordusunun Qafqazda güclənməsinə tam kömək etdi. Sonuncu addım isə Gömrük İttifaqı olacaq. Məhz bundan sonra Ermənistan xarici siyasətində heç bir hüquqa malik olmayacaq. Onsuz da indi ölkənin xarici siyasətini rus hərbisi idarə edir. Seyran Ohanyanın son addımı bunu daha da qətiləşdirdi. Ölkəni isə İqtisadiyyat və Müdafiə Nazirlikləri idarə edəcək. Nəticədə Ermənistan süqut ərəfəsində olan müstəqilliyini tam itirəcək".

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1095 Tarix: 27.05.2014
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər