Cənubi Qafqaz Boru Kəməri üzrə iş genişləndiriləcək

Cənubi Qafqaz Boru Kəməri üzrə iş genişləndiriləcək

Xərclər 50 milyon dollara çatacaq.

Cari ilin ilk 3 ayında Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı əməliyyat işlərinə 12 milyon dollar, əsaslı xərclərə isə 137 milyon dollar sərf edilib.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, "bp-Azerbaijan" şirkətindən bildirilənə görə, ümumiyyətlə, 2014-cü il üçün əməliyyat xərclərinin 50 milyon dollar olacağı gözlənilir.

Əsaslı xərclər isə CQBK-nın genişləndirilməsi üzrə işlərin sürət götürməsi nəticəsində 1 milyard 250 milyonadək artacaq.

CQBK-nın iki operatoru var – bp şirkəti boru kəməri obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, "Statoyl" şirkəti isə biznes icrası üzrə məsul kommersiya operatorudur.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: bp 28,8 faiz, SOCAR 16,7 faiz, "Statoyl" 15,5 faiz, "Total" 10 faiz, "LUKoyl" 10 faiz, "NİKO" 10 faiz, "TPAO" 9 faiz.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2750 Tarix: 26.05.2014
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
davinci
davinci 27.05.2014
bize xeyri ne olacaq mene cox maraqlidir duzu... Qaz pulu , isiq pulu, su pulu , benzin pulu kelle carxa vurub uje..mene lazim deyil bele kemer filan redd olsun bize lazim olmuyan iqtisadiyyatimiz...
Everything is good... Never feel the bad


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər