Dünyanın ən sadiq itləri - MARAQLI - FOTO

Dünyanın ən sadiq itləri - MARAQLI - FOTOİnsanların sadiq dostu olan itlər

Sədaqət dediyimizdə ağıla ilk gələn onlardır – itlər. İnsanların sadiq dostu olan itlər. O qədər sadiqdirlər ki, müdafiə və güvənmək kimi sahələrdə də onlardan yararlanırlar. Həssas heyvanların tarixə qızıl hərflərlə yazılan elə hekayələri var ki, eşitdiyinizdə duyğulanacaqsınız.

1. Çinli Lao Pan 2001-ci ildə öldükdən sonra birlikdə yaşadığı balaca iti həftələrlə onun məzarının başından ayrılmayıb. 7 gün heç nə yemədən orda gözləyib. İti məzardan kənarlaşdırmağı bacarmayan qonşular, çarəni ona yemək gətirməkdə görüblər. Hətta məzarın yanında ona daxma tikməyi belə düşünüblər.

2. Labrador cinsindən olan Haukeye, sahibi Con Tumilsonun ölüm mərasimində hamını təəcübləndirib. Sahibinin ölüm acısını hiss edən bu it, onun tabutunun yanına gedərək, bir müddət yerdə uzanmış vəziyyətdə qalıb.

3. Tokio Universitetinin professoru Hidesaburo Ueno, 1924-cü ildə Haçiko adlı bir itə baxmağa başlayıb. Akita cinsindən olan bu iti ilə sahibi arasında güclü bağ yaranır. Haçiko hər gün işə gedən sahibinə yaxınlıqdakı Şibuya qatar stansiyasına qədər yoldaşlıq edir. Bir gün də Ueno qatardan düşəndə Haçikonu orda görür. Demə, ağıllı it sahibinin gələcəyi vaxtı hesablamış və orda onun gəlişini gözləyirmiş. O gündən onlar evə bir qayıdırlarmış. Günlərin bir günü, Haçiko yenə həmin yerdə sahibini gözləyir, ancaq Ueno gəlib çıxmır. Həmin gün professor universitetdə beyin qanaması keçirərək vəfat edir. İt tam 9 il yorulmadan sahibinin gəlişini eyni yerdə gözləyir. İlk əvvəl stansiya işçiləri ona yaxşı yanaşmırdılar, ancaq Uenonun Haçiko haqqında yazdığı məqaləsindən sonra it artıq məşhurlaşmışdı. Sonradan hər gün itə yemək gətirməyə başladılar. 1934-cü ilin aprel ayında Şibuya stansiyasının girişində itin heykəli qoyuldu. 8 may 1935-ci ildə isə öldü. Cəsədi Yapon Milli Elm muzeyində saxlanır və xatirəsinə Aoyama məzarlığında abidə ucaldılıb.

4. 2011-ci ildə Yaponiyada baş verən güclü sunami zamanı, sahildə yaralı dostunun yanından bir an belə kənarlaşmayam it axır ki, xilasedicilərin diqqətini çəkərək, dostunun həkimə aparılmasına nail olub.

5. ABŞ-da yaşanan 11 sentyabr hadisəsində qəribə bir hal baş verib. Hücum zamanı ticarət mərkəzininn 71-ci mərtəbəsində olan iti Dorada ilə işləyən görmə qüsurlu Ömər Eduardo Rivera o anları belə xatırlayıb: "Hadisə baş verərkən aşağı düşməyin çətin olacağını bildim. İtimi xilas etmək üçün zəncirini açdım ki, qaçsın. Ancaq aşağı düşərkən piləkənlərdə məni gözləyən Doradanı hiss etdim. Mən həyatımı ona borcluyam".

6. Şirek adlı it isə qəhrəmanlıq göstərərək birlikdə yaşadığı ailənin kiçik oğlunu xilas edib. Hadisə Rusiyada baş verib. Həyətə girən tülkü toyuqlardan birini parçaladıqdan sonra gözünü həyətdəki 10 yaşlı Maksimə dikib. Ancaq Şirekin sərt reaksiyaları ilə qarşılaşıb. Şirek başından ciddi xəsarətlər alsa da, həyatı bahasına Maksimi xilas edib.

7. Golden Retriver cinsindən olan Ledi, 81 yaşlı sahibi Parley Nikolsun sağ qolu idi. Onlar həmişə bir yaşayıb və heç vaxt ayrılmayıblar. Yaşla bağlı yaddaş problemi yaşayan Nikols Ledi ilə birgə itmişdi. Polislər onları 1 həftə sonra tapıblar. Bədbəxtlikdən, Nikols infartk keçirərək vəfat etmişdi artıq, ancaq sadiq Ledi onun başından bir an belə ayrılmamışdı. Nikolsun ölümündən sonra övladları Lediyə sahibləniblər.

Dünyanın ən sadiq itləri - MARAQLI - FOTODünyanın ən sadiq itləri - MARAQLI - FOTODünyanın ən sadiq itləri - MARAQLI - FOTODünyanın ən sadiq itləri - MARAQLI - FOTODünyanın ən sadiq itləri - MARAQLI - FOTODünyanın ən sadiq itləri - MARAQLI - FOTODünyanın ən sadiq itləri - MARAQLI - FOTODünyanın ən sadiq itləri - MARAQLI - FOTODünyanın ən sadiq itləri - MARAQLI - FOTODünyanın ən sadiq itləri - MARAQLI - FOTODünyanın ən sadiq itləri - MARAQLI - FOTODünyanın ən sadiq itləri - MARAQLI - FOTODünyanın ən sadiq itləri - MARAQLI - FOTODünyanın ən sadiq itləri - MARAQLI - FOTODünyanın ən sadiq itləri - MARAQLI - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 12119   Tarix: 26 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571