Türkiyə mətbuatı: Azərbaycanın ən uzun kişisindən yazdı – VİDEO

Türkiyə mətbuatı: Azərbaycanın ən uzun kişisindən yazdı – VİDEO"O deyir ki, başı qapıya dəyir, gecə yataqda narahat olur".

Türkiyə mətbuatı Azərbaycanın ən uzun adamı haqqında sujet hazırlayıb.

Oxu.Az Media Təqib Mərkəzinə istinadən xəbər verir ki, 2 metr 20 santimetr boyu olan Aqil Sadiqzadə Beyləqan rayonun yerli teatrında aktyor olaraq çalışır. 18 yaşında boyu 21 sm uzanan Aqil deyir ki, əvvəllər uzunluğunu özünə kompleks etməyib:

"18 yaşına kimi də uzunboylu olmuşam. Boyum bir il ərzində 21 sm uzandı. Bundan sonra çətin günlər yaşadım. Amma müalicə aldım hər şey yaxşı oldu".

Aqil bildirir ki, yolda, parkda, alış-veriş, səyahət zamanı hamı ona baxır, boyu ona xeyli maneə törədir. Həkimlər isə ona fiziki işləri qadağan edib. Əks halda sümüklərinin əyilə biləcəyini deyiblər. Uzunboylu olmağın gətirdiyi problemlər bununla da bitmir. O deyir ki, başı qapıya dəyir, gecə yataqda narahat olur. İstədiyi ölçüdə ayaqqabı və şalvar tapa bilməməyi isə onu birazda narahat edir. Ona görə də bu əşyaları xüsusi tikdirir. Aqil Sadiqzadə evlənməyə hazırlaşdığını da qeyd edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2818   Tarix: 25 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040