Kann kinofestivalının ən yaxşı 10 filmi

Bu gün Fransada 67-ci Kann kinofestivalı öz işinə başlayır. 2 həftə ərzində nüfuzlu festivalın qonaqları Robert Pattinson, Nikol Kidman, Marion Kotiyyar kimi tanınmışların baş rollarda çəkildiyi filmləri izləyəcəklər.

BiG.AZ-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, buro 24/7 Azərbaycan redaksiyası kinofestivalın ən maraqlı 10 filminin siyahısını hazırlayıb.

"Monako Şahzadəsi"/ Grace of Monaco
Fransız rejissor Olivye Daanın filmi bu gün 67-ci Kann kinofestivalının açılışında nümayiş olunacaq. Baş rollarda Nikol Kidman, Tim Rot və Paz Veqanın çəkildikləri "Monako Şahzadəsi" məşhur aktrisa, Monako şahzadəsi Qreys Kellinin həyatından bəhs edir.
Kann kinofestivalının ən yaxşı 10 filmi"Ulduz xəritəsi"/ Maps to the Stars
Rejissor Devid Kronenberqin "Ulduz xəritəsi" filmində Hollivudun səhnəarxası həyatından, aktyorların, prodüserlərin və agentlərin heç kimə məlum olmayan gizli işləri göstərilib. Baş rolları Robert Pattinson, Culiann Mur, Con Kyusak və Mia Vasikovska ifa edirlər.
Kann kinofestivalının ən yaxşı 10 filmi"İki gün, bir gecə"/ Deux jours, une nuit
Dram filmi gənc qadının həyatından bəhs edir. O, çətin həyat yaşayır və işini itirmək təhlükəsiylə üz-üzədir. Büdcəsi 7 milyon avro təşkil edən filmin rejissor və prodüserliyini Jan-Pyer və Lyuk Dardenn qardaşları ediblər. Əsas rollarda Marion Kotiyyar, Olivye Qurme, Ketrin Sali, Fabritsio Roncone və digərləri çəkiliblər.
Kann kinofestivalının ən yaxşı 10 filmi"Tülkü ovçusu"/ Foxcatcher
Rejissor Bennett Millerin filmi real hadisələr əsasında çəkilib. Süjet xəttinin mərkəzində Dyuponlar imperiyasının varisi Con Dyupon dayanır. O, özünün dəbdəbəli əmlakını güləşçilər üçün idman zalına çevirir, 7 illik gərgin məşqlərdən sonra Deyv Şults və Mark Şults kimi 2 idmançı yetişdirir. Filmdə Stiv Karell, Çenninq Tatum, Mark Ruffalo və Sienna Milleri görmək imkanımız var.
Kann kinofestivalının ən yaxşı 10 filmi"Cimminin zalı"/ Jimmy's Hall
Ken Louçun filmində hadisələr ötən əsrin 30-ci illərində cərəyan edir. Nyu-Yorkdan İrlandiyaya dönən kommunist Ceyms Qrolton illər öncə idarə etdiyi rəqs zalını yenidən açır. Berri Uord, Simona Kirbi, Endryu Skott, Cim Norton və başqaları ekran əsərinin əsas qəhrəmanlarıdır.
Kann kinofestivalının ən yaxşı 10 filmi"Sen-Loran"/ Saint Laurent
Rejissor Bertran Bonello "Qızıl palma budağı" mükafatına əsas iddiaçılardandır. Onun "Sen-Loran" filmi XX əsrin istedadlı kutyuryelərindən olan İv Sen-Loranın həyatından bəsh edir. Əsas rolları Jeremi Renye, Lea Sendu, Qaspar Ulyel, Lui Qarrel ifa edirlər.
Kann kinofestivalının ən yaxşı 10 filmi"Sonuncu" The Last One
Kinofestivalının "Qısa metr" proqramına daxil edilən "Sonuncu" qısametrajlı bədii filminin quruluşçu rejissoru Sergey Pikalovdur. İkinci dünya müharibəsinin veteranı barədə fəlsəfi və ibrətamiz hekayəni tamaşaçıya nəql edən filmdə İdris Rüstəmovla Corc Qafarov çəkiliblər.
Kann kinofestivalının ən yaxşı 10 filmi"İtirilmiş çay"/ Lost River
Rayan Qoslinqin debüt işi yeraltı dünyaya yol tapan tənha ana və onun yeganə oğlundan bəhs edir. Ekran işində Kristina Hendriks, Sirşa Ronan və Yeva Mendes görünəcəklər.
Kann kinofestivalının ən yaxşı 10 filmi"Avara"/ The Rover
Fantastik dram filminin rejissoru Devid Mişonun "Avara" filmində əsas rolları Robert Pattinson və Qaye Pirs ifa edirlər. Süjet xəttinin mərkəzində taleyin gözlənilməz oyununda üz-üzə gələn nümunəvi vətəndaş və oğru dayanırlar.
Kann kinofestivalının ən yaxşı 10 filmi"Zils Mariyanın buludları" / Clouds of Sils Maria
Rejissor Olivye Assayasanın dram filmində Jyulyet Binoş, Kristen Stüart və Xloya Morets çəkiliblər. Film Almaniya, Fransa və İsveçrənin birgə layihəsidir.
Kann kinofestivalının ən yaxşı 10 filmi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1745   Tarix: 22 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation"

19.04.2024 362
.

"Efirdə qısa geyinməyi yaraşdırmıram"

Aparıcı Xoşqədəm Hidayətqızı qısa geyinən aparıcılardan danışıb. Axşam.az xəbər verir ki, o, bu haqda sosial şəbəkədə canlı yayımda danışıb. Hidayətqızı bildirib ki, efirdə qısa geyinməyi aparıcıya yaraşdırmır:. "Efirdə qısa, açıq geyinmək. Qonağım geyinə bilər. Amma mən aparıcı, junalist olara

12:16 161
.

Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı - CANLI YAYIM

Əməkdar artist Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlanıb. -ın məlumatına görə, o, Yasamal qəbiristanlığında dəfn ediləcək. Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə Göy məscidə göndəriləcək

14:06 0
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 457
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

19.04.2024 197
.

Faktiki hava açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Göygöl, Gədəbəy, Şahdağ, Daşkəsən, Xınalıqda şimşək çaxır, arabir yağış yağır. Saat 16:14 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb

19.04.2024 313
.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

19.04.2024 456
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19.04.2024 378
.

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universitet

11:53 147