"Qızlar 9-cu sinfi bitirən kimi nişanlanır"

"Qızlar 9-cu sinfi bitirən kimi nişanlanır"Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının paytaxt üzrə apardığı təhlillərin nəticələrinə görə, bu məktəblər 209, 184 və 197 saylı tam orta məktəblərdir ki, bir abituriyenti belə, ali təhsil müəssisəsinə qəbul olmayıb.

BiG.AZ xezerxeber.com saytına istinadən xəbər verir ki,həmin məktəblərin məzunlarının uğursuzluğunun nəticəsini araşdırarkən maraqlı faktlar üzə çıxıb. 197 saylı məktəbin direktoru Elmira Namazova açıqlamasında bildirib ki, ötən il məktəbin 11-ci sinfinin 7 məzunu olub: "Bizim məktəbin 395 şagirdi var. Qızlar 9-cu sinfi bitirən kimi nişanlanırlar. Yuxarı siniflərə barmaqla sayılacaq qədər şagird gəlir. 7 məzundan ötən il biri texnikuma qəbul oldu. Korgöz kəndində yaşayan sakinlərin çoxu xüsusilə qız uşaqlarını təhsildən yayındırırlar. 9-cu sinifi bitirər-bitirməz nişanlayırlar, iki il keçən kimi toy edirlər. Nə qədər maarifləndirmə işi aparsaq da fayda yoxdur".

Məktəbin direktoru bu kənddə oğlan uşaqlarının da əksəriyyətinin 9-cu sinfə qədər təhsil aldığını bildirdi: "Vəziyyətdən Qaradağ Rayon İcra hakimiyyətinin və Təhsil Nazirliyininin də xəbəri var".

Qaradağ rayon 184 saylı məktəbdən də bildiriblər ki, məktəbin məzunlarının ali məktəblərə qəbul zamanı uğursuz nəticəsi məktəbin günahı deyil: " Xahiş edirəm bizi düz başa düşün. Məktəbdə 350 uşaq təhsil alır. Ötən il 5 məzunumuz olub. Onlardan biri texnikuma sənəd verib. Gərək ali məktəbə sənəd verən çox olsun ki, 20-dən 5-i qəbul olsun. Bizim günahımız yoxdur. Uşaqları zorla təhsilə cəlb edirik. 3 qızı 9-cu sinif oxumağa güclə razı salmışıq. Burada oxuyan şagirdlərin çoxu Yardımlı və Ağcabədidən çoxu daş karxanasında işləməyə gələnlərin uşaqlarıdır. Onlar da qızlarını oxutmaq istəmədiklərini deyirlər. Açıq şəkildə deyirlər ki, qız nədi oxudu nədi. Biz nə edək? Məsələ ilə bağlı rayon İcra Hakimiyyətini Təhsil Nazirliyini məlumatlandırmışıq. Valideynlərlə söhbət səmərə vermir. Deyirlər biz tərəfdə qız 15 yaşına çatanda nişanlanıb evdə oturur".

209 saylı məktəbdən isə dəstəyi qaldıran olmadığından məktəb direktorundan münasibət öyrənmək mümkün olmayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 5560   Tarix: 21 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040