Toydan 22 gün sonra ölən gəncin hekayəsi

Toydan 22 gün sonra ölən gəncin hekayəsi"Toyu üçün işdən 24-25 günlük icazə almışdı. Soma mədənində baş verən qəzadan 20 gün əvvəl evlənmişdi. Evimizin həyətində toyunu etdik. 3 həftə sonra isə eyni yerdə yas çadırlarını qurduq".

BiG.AZ-ın ans press-ə istinadən məlumatına görə, bunu Soma mədənindəki qəza nəticəsiondə həyatını itirən Mustafa Türkhanın böyük qardaşı Gaffur Türkhan deyib.

Onun sözlərinə görə, Mustafa hərbi xidmətdən yeni qayıtmışdı. Pul qazanıb ailə qurmaq üçün Somadakı mədəndə işə düzəldi. Toydan qalan gəlirlə banklara olan kredit borclarını bağlamağı planlaşdırırdı. Amma əcəl onu daha tez yaxaladı.

Gaffur deyir ki, qardaşının toy üçün işdən aldığı icazə müddəti başa çatdı və işə çıxandan 2 gün sonra mədəndə əbədi torpağa qovuşdu.

"20 gündür ki, ailə quran qardaşım Mustafanı ilk dəfə olaraq həyat yoldaşı işə yola saldı. Bu qardaşımın son gedişi oldu. Digər qardaşım Rasim də həmin mədəndə işləyirdi. Rasim növbəni dəyişmək üçün Mustafanı gözləyirdi. Lakin Rasimə onun cəsədini qucaqlamaq qismət oldu. Kreditlərini ödəmək üçün girdiyi mədən onun məzarı oldu",- deyə Gaffur bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 5981   Tarix: 17 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040