"Qadınlar kinonu kişilərdən fərqli hiss edir" - müsahibə

"Qadınlar kinonu kişilərdən fərqli hiss edir" - müsahibəBiG.AZ kulis.az-a istinadən bu günlərdə aktrisa Nikol Kidmandan alınan müsahibəni təqdim edir.

- Necə oldu ki, sizi Qreys Kelli roluna çəkdilər?

- Heç vaxt şahzadəni oynamamışdım. Məni sevindirdi ki, "Monako Şahzadəsi" ənənəvi bioqrafik film deyil, müxtəlif janrların kombinasiyasıdır. Bundan əvvəlki iki filmim çox ağır təcrübə idi və qərara gəldim ki, yaxın yarım ildə özümü xoş bir şeylə mükafatlandırım. Avstraliya səhrasında qan-tər içində eşələnirsən, bir də fransız Rivyera, dadlı yemək, gözəl hava... uşaqları da özümlə götürdüm. Əlbəttə filmə çəkilmək üçün başqa səbəblərim də var idi. Anam Qreys Kelli heyranı idi, mən də uşaqlıqdan onun filmlərinə baxırdım, xüsusən Hiçkok çəkənə.

- Çəkildiyiniz filmin qəhrəmanı kübar qaydalardan, öhdəliklərdən əzab çəkir. Siz də oxşar hisslər keçirmirsiniz ki? Elə, məsələn Kannı götürək: qırmızı xalılar, fotosessiyalar, müsahibələr...

- Öz peşəmlə 14 yaşımdan məşğul olmuşam, ərə gedəndə də çox gənc idim. Yəqin bilirsiniz, bu mənim ikinci evliliyimdir, dörd uşağım var. Əlbəttə, elə dövrlər oldu ki, üstümə götürdüyüm öhdəliklərdən ikrah duyurdum. Hiss edirdim ki, əlim-qolum bağlıdır. Amma bunun öhdəsindən gələ bildim. Amerikanın cənubunda ən sakit bir yerdə məskunlaşmışam. Orada özümü azad hiss edirəm.

- Obrazını yaratdığınız Qreys bilərəkdən aktyor karyerasından ailəsinin xətrinə vaz keçir. Özünüz belə addım atardınızmı?

- Xoşbəxtlikdən belə seçim etmək məcburiyyətim yoxdur. Əgər kinodan getmək istəsəm, bunu günü sabah, sakitcə edə bilərəm. Amma mənə elə gəlir ki, ən yaxşı rollarımı hələ də oynamamışam. İndiyədək işləmək imkanım olmayan istedadlı rejissorlarla işləməyi arzulayıram. Amma aktrisanın işi budur: arzulamaq və gözləmək! Dünən Alfonso Kuaronu gördüm və öz-özümə dedim: "İlahi, o, necə də xoşbəxtdir. O, nəsə düşünə, yaza və film çəkə bilər. Biz isə həmişə gözləyirik..."

- Sizə nə olub axı, kamera götürün və irəli!

- Nə danışırsınız? Mənim uşaqlarım var. Mən bu yerdə Qreys Kellini yaxşı başa düşürəm. Yaxşı ana olmaq və özünü kinoya həsr etmək dəhşətli dərəcədə çətindir. Uşaqlar, ailə, iş, yaradıcılıq... bunları necə bir birinə qatasan? Uşaqlarımı Fransaya "Monako Şahzadəsi"nin çəkilişlərinə, sonra da Verner Hersoqun "Səhra kraliçası" filminin çəkilişlərinə apara bildim, xoşbəxtlikdən. Amma onları özümlə hər yerə daşıya bilmərəm axı... Yox, rejissor olmaq üçün mənim enerjim, ən əsası da istedadım çatmır. Mən rejissorlarla onların dünyagörüşü ilə, fikirləri ilə, çəkilişləri müxtəlif aspektlərdən çəkə bilməsi ilə fəxr edirəm. Mənim istedadım başqadır: mən istənilən mövqe və nəzər nöqtəsində məna və məntiq tapa bilərəm. Bu keyfiyyət mənə müxtəlif adamlarla dostluq etmək, hamı ilə ümumi dil tapmaq imkanı verib.

- Sizin başqa nadir keyfiyyətiniz var: siz heç nədən qorxmursunuz...

- İmkan vermərəm ki, mənim hərəkətlərimi qorxu idarə etsin. Mən istəyirəm ki, arxaya, keçmişə baxanda deyə bilim: "Mən hər şeyi daddım. Əlbəttə, bütün təcrübələr eyni dərəcədə uğurlu olmadı, amma heç olmasa cəhd etdim. Bütün gücümlə cəhd etdim."

- Belə olurmu ki, ekrana baxanda nə isə xoşagəlməz, sizə diskomfort gətirən bir şey görəsiniz?

- Bu, tez-tez baş verir. Amma nə edə bilərəm? İş artıq görülüb. Həm də ekranda mən deyiləm, personajdır.

- Bəs tənqidi resenziyalar da kefinizi pozmur?

- Düzü, mən onları oxumuram. Hərdən deyirlər ki, səni tənqid ediblər. Ötən il mən Kann münsiflər heyətində oldum, bu, əla bir məşq oldu: mən heç nə oxumadım, yalnız filmlərə baxdım və öz hisslərimi dinlədim. Dünyada məlumat həddən artıq çoxdur, artıqları ötürmək, ələmək lazımdır. Xoşbəxtlikdən resenziya yazmağım da lazım deyildi. Mən sadəcə qadın və aktrisa kimi reaksiya verməli idim. Biz qadınlar kinonu kişilərdən fərqli hiss edirik. Kannda işləyəndə buna bir daha əmin oldum. Elə hallar oldu ki, başqalarını qıcıqlandıran filmlərə heyran qaldım! Bir də mübahisə etməyi sevirəm və məni inandırmaq da mümkündür! Yəni yekunla tamamən razı idim.

- Xüsusən fəxr etdiyiniz filminiz hansıdır?

- "Dovşan yuvası". Bu layihə mənə əzizdir və ona qələbə qazandırdığım üçün fəxr edirəm. Həm də ona maliyyə tapmağa da yardım etmişəm. Bu qədər əzab və iztirab dolu rolu oynamaq üçün hisslərimin, intuisiyamın, beynimin ən gizlin künc-bucağını gözdən keçirdim. Bir də, Conatan Qleyzerin "Doğuş" filmini. Bu filmə görə məni nə qədər danladılar! Amma bu film indiyədək mənə maraqlı və qeyri-adi gəlir. Ümumiyyətlə, mən rollarımla fəxr edirəm. Şadam ki, belə banal burjua həyat tərzi keçirirəm , o, mənə öz peşəmdə eksperimentlər etməyə və qorxmamağa imkan verir. Əgər mən yaxşı yemək bişirə bilsəydim, bundan həzz alardım və aktrisalığa getməzdim. Amma mənim bişirdiklərim bərbaddır. Hərənin bir işi var, mən də kinoya çəkilirəm.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 2119   Tarix: 20 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Dilarə Əliyeva anasından danışıb ağladı - Video

Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib:. "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana"

06.07.2020 5362
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816
.

"Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artistindən çağırış

"Müvvəqəti çətinlikdən maksimum istifadə edirəm. Evimdə tələbələrimə onlayn dərslər keçirəm. Kitabların üzərində işləyirəm, çoxlu mütaliə edirəm. Evdən ancaq ən vacib anlarda - aptekə, mağaya getmək üçün çıxıram". xəbər verir ki, bu sözləri -a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib

04.04.2020 2918
.

Ciddi münasibətlər üçün ƏN YAXŞI tanışlıq saytları - REYTİNQ

"Mashable" portalı ciddi münasibətlər qurmaq istəyənlər üçün nəzərdə tutulan ən yaxşı tanışlıq saytlarının reytinqini tərtib edib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, birinci yerdə saytıdır. 1995-ci ildə istifadəyə verilən sayt altı ay ərzində qeydiyyatdan keçən hər kəsin özünə həya

21.02.2020 23053
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

Manananın Gürcüstandakı evi, ailəsi... - VİDEO

"ATV maqazin onlarla" verilişi Əməkdar artist Manananın Gürcüstandakı evində qonaq olub. xəbər verir ki, övladları və həyat yoldaşı Georgi ilə obyektiv qarşısına keçən müğənni ailəsindən bəhs edib. Manana falçının ona dediklərindən söz açıb:. "Bir dəfə 17 yaşımda qaraçı çıxdı qarşıma

25.02.2020 9637
.

"BİG GROUP"un rəhbəri Emil Əkbərovla SƏMİMİ MÜSAHİBƏ

Həyat hər bir insana uğur qapılarına doğru yollar göstərir, lakin bir çoxları o yolları çətin bilib, daha rahat yolun ardınca qaçır, sonda isə uğursuzluğun səbəbini başqalarında axtarmağa başlayır, daim kimisə nədəsə günahlandırırlar. Halbuki insan həyatının bütün məsuliyyətini öz üzərinə götürüb va

08.07.2020 1152
.

"O, mənim tək sevgimdir" - Könül Muxtarova ilə MÜSAHİBƏ

Tanınmış aparıcı, Lider Tv-nin siması Könül Muxtarova -ın qonağı olub. Həmsöhbətimizlə həyat və yaradıcılığındakı yeniliklər, gündəmdə olan məsələlər barədə danışdıq. Sözügedən müsahibəni təqdim edirik:. Xoş gəlmisiniz. İşləriniz necə gedir? Hansı yeniliklər var?. Xoş gördük. İşlərim stabildir. Yen

05.03.2020 6515
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083