Ekspret: "Azərbaycanın dörddə bir hissəsi su altında qalacaq"

Ekspret: "Azərbaycanın dörddə bir hissəsi su altında qalacaq""Mən deyə bilərəm ki, qlobal istiləşmə getmir, əksinə soyuma prosesi gedir. Əgər söhbət şimaldan gedirsə, orada əriyən buzlaqlar, əksinə, bərpa olunub, hətta artıb. Qlobal istiləşmə termini 2006-cı ildən ləğv olunub. Ona görə də bütün bunlar cəfəngiyatdır".

Bu sözləri "Axar.az"a Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov qlobal istiləşmənin yaratdığı fəsadlara münasibət bildirərkən söyləyib:

"Ola bilər ki, ABŞ özündə olan hərbi silah vasitəsilə şimal qütbünün üzərində azon təbəqəsini dağıtsın və günəş şüalarını ora yönəltsin, buzlaqlar ərisin. Ancaq mən inanmıram ki, onlar Rusiyaya bata bilsinlər. Rusiyanın son dövrdə əldə etdiyi silahlar dünyanın heç bir dövlətində yoxdur. Onlar 1 dəqiqə ərzində 3-cü Dünya müharibəsinin taleyini həll edə bilər".

Ekspert hesab edir ki, qlobal iqlim dəyişikliyindən əziyyət çəkən ölkələrin çoxu Afrika qitəsinə düşür:
"İqlim dəyişməsində ən çox Afrika dövlətləri əziyyət çəkir. Sakit Okean üzərində ozon təbəqəsində dəlik var ki, məhz yerdə baş verən iqlim dəyişikliyinin əsas səbəbkarlarından biri də bu deşikdir. Əgər onu oynatsalar, dünyanın axırı olacaq".

Ekoloq Telman Zeynalov iqlim dəyişməsinin Azərbaycan üçün nəticələrindən də danışdı:

"Biz Rusiya ilə qonşu olduğumuza görə onlarda baş verən hadisə bizə təsirsiz ötüşməyəcək. Əgər onların ərazisindəki buzlaqlar ərisə, şimala doğru axan çayların əksəriyyəti cənuba doğru axmağa başlayacaq və Xəzər dənizinin səviyyəsinin 30-40 metr qalxmasına şərait yaradacaq. Bu da o deməkdir ki, Azərbaycanın 25-30 faizi suyun altında qalacaq".

Xatırladaq ki, ABŞ ekspertlərinin verdiyi məlumata görə, hazırda istiləşmə ilə əlaqədar olaraq buzlaqlar daha tez əriməyə başlayıb. Bu səbəbdən Afrika və Yaxın Şərq sakinləri artıq köç etməyə başlayıblar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 3630   Tarix: 19 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040