Müsəlman ölkəsində 2 qadın evləndi
Qazaxıstanda eyni cinsdən olanların ilk evlənməyi faciə ilə bitib.
BiG.AZ-ın ans press-ə istinadən məlumatına görə, 2013-cü ilin mayında Qazaxıstanda ilk dəfə olaraq iki qadın – Kristina və Karolina evlənib.
Qazaxıstanın yerli saytlarının verdiyi xəbərə görə, onlardan biri - Kristina əvvəlcə yoxa çıxıb, sonra isə onun doğranmış və yandırılmış meyitini tapıblar. İndi isə şübhəli qismində onun həyat yoldaşı – Karolina həbs olunub.
BBC xatırladır ki, eyni cinsdən olanların evlənməyini rəsmən qəbul etməyən Qazaxıstanda iki qadının evlənməyinə sosial mediada çox mənfi reaksiya olub.
Onlar isə evlənəndə yazıblar ki, "Biz evlənməklə tam xoşbəxtliyi yaşamaq istəyirik".
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş