Faciə qurbanlarının ruhuna dualar oxunacaq - Azərbaycanda

Faciə qurbanlarının ruhuna dualar oxunacaq - AzərbaycandaAzərbaycan məscidlərində Türkiyədə daş kömür mədənində həlak olmuş insanların ruhuna dualar oxunacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.
Onun sözlərinə görə, mayın 16-da Azərbaycanın bütün məscidlərində Türkiyədə Soma qəsəbəsindəki daş kömür mədənində 300 nəfərə yaxın insanın ölümü ilə nəticələnmiş hadisə ilə bağlı xütbə və moizələr oxunacaq.

Məscidlərdə insanlar baş vermiş faciə ilə bağlı ətraflı məlumatlandırılmaqla yanaşı, həlak olanların ruhuna dualar oxuyacaq, onlara Allahdan rəhmət diləyəcəklər.
Qeyd edək ki, Türkiyədə mayın 13-də kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 282 nəfərə çatıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2240   Tarix: 15 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040