İrəvan Konçitanın erməni olmasını niyə gizlədir? - FOTO

Həqiqi adı Tom Noyvert olan Konçita Vurst "Eurovision"-da qələbə çaldıqdan sonra rusdilli saytlar dərhal onun erməni mənşəli olmasından yazdılar.

BiG.AZ-ın ANS Press-ə istinadən verdiyi məlumata görə, bu məsələ erməniləri ciddi narahat etdi və aparıcı KİV-lərdən bu barədə məlumatların çıxarılması üçün addımlar atıldı. Rəsmi İrəvana yaxın KİV-lər həm də bunun Azərbaycan mətbuatının uydurması olduğunu bildirdi.

Amma araşdırmalara görə, erməni KİV-lərinin bu barədə yazdıqları doğru deyil və bu məlumatlar rusdilli mətbuata ilk dəfə Rusiya portalları tərəfindən çıxarılmışdı. Məsələn, mayın 12-də "Tele.ru" saytı yazırdı ki, Konçitanın (Tom Noyvirt) atası erməni və anası avstriyalıdır. Həmçinin onun ən sevdiyi müğənni də erməni Şerdir (Şerilin Sarkisyan). Konçita öz mikrobloqunda yazıb: "Onun məndən yalnız bir üstünlüyü var, bu da Qremmidir. Mənim üçün bu mükafat vacibdir". Eyni sözləri "Piter.tv" saytı da yazmışdı.

İnternetdə axtarış apararkən hətta bir zamanlar "Vikipediya"da belə Tom Noyvertin atasının erməni Alfred Noyvelyan olduğu barədə məlumat olduğunu, sonradan çıxarıldığını görmək olur. Axtarış səhifəsində adətən ilkin variant anons edilir. Materialın içərisinə girdikdə isə sonradan hansısa sirli əlin bu məlumatları dəyişdiyi anlaşılır.

Ermənistan rəhbərliyi görünür, porno ulduz Kim Kardaşyandan sonra Tom Noyvertin də erməni gəncləri üçün pis örnək olacağından qorxur. Vaxtı ilə ermənilər Kim Kardaşyanın erməni olması faktını qəbul etmirdilər. Amma indi Kim Kardaşyanı "kübar dünyanın pələngi" kimi təqdim edirlər və o, erməni ailələrinin əxlaq dəyərlərini dağıtmaq baxımından ən təhlükəli silahdır. Bu baxımdan Konçita da erməni kişiləri üçün arzuolunmaz örnəkdir və buna görə də yasaq altına düşüb. Amma Kim Kardaşyanın nümunəsi göstərir ki, zaman keçəcək və günlərin bir günü ermənilər Konçitanı uydurma "soyqırım"ın tanıdılması uğrunda ən alovlu mübariz kimi təqdim edəcəklər.

Yeri gəlmişkən, Konçitanın atasının və anasının sosial şəbəkələrdə yayılan fotoları bu ehtimalı gücləndirir:
İrəvan Konçitanın erməni olmasını niyə gizlədir? - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 3263   Tarix: 12 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040